363. Xəstəlik
1636. Xəstəlik
5767. Allahın Peyğəmbəri: «Xəstə şəxsin günahları ağacın yarpaqlarıtək tökülər.»
5768. İmam Əli (ə): «Xəstəlik iki zindandan biridir»
5769. İmam Baqir ya İmam Sadiq (ə): «Bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın əcri bir ilin ibadətindən daha üstündür.»
5770. İmam Kazim (ə): «Mömin xəstələndikdə Allah onun sol çiynindəki mələyə vəhy buyurar ki, həbsdə və mənim bəndimdə olduğu müddətdə bəndəm üçün heç bir günah yazma! Sağ çiynindəki mələyə də vəhy buyurar ki, bəndəm sağlam olduğu vaxt yazdığın xeyir əməlləri onunçun yaz.»
1637. Xəstəliyi gizli saxlamaq
5771. Allahın Peyğəmbəri: «Yaxşılıqların xəzinələrindən biri də müsibətləri, xəstəlik və sədəqələri gizli saxlamaqdır.»
5772. Allahın Peyğəmbəri: «Kim üç gun xəstə olsa və ondan yoluxa bilənlərin heç birinə şikayətlənməsə, qanını, sümüyünü daha yaxşı qan və sümüklə əvəz edər. Ona sağlamlıq bəxş etsəm, günahsız bir sağlıq verərəm. Canını alsam, onu Öz rəhmətimin kənarına apararam.»
5773. İmam Əli (ə): «Kim ona üz verən dərdi üç gün camaatdan gizlətsə və Allaha şikayət etsə, onun dərdini sağaltmaq Allahın işidir.»
5774. İmam Əli (ə): «Öz xəstəliyini həkimlərdən gizlədən, bədəninə xəyanət etmişdir.»
5775. İmam Əli (ə): «Özünün gizlin dərdini gizlədən kimsə, təbibini onu müalicə etməkdə acız qoyar.»
1638.Ağrısızlıq dərdi
5776. «Əd-Də‘vat»: «Davud (ə) deyərdi: İlahi! Nə məni ağırlaşdırıb yatağa salan xəstəlik, nə də məni (səni xatırlamaqda) qəflətə çəkən sağlamlığı deyil, bunların arasındakı bir həddi (nəsibim et).»
5777. Allahın Peyğəmbəri: «Sağlam qalmaq üçün ağrı kifayət edər.»
5778. Allahın Peyğəmbəri: «Allah canına və malına bir ziyan çatmayan divsifət, murdar adama nifrət edər.»
5779. İmam Baqır (ə): «Bədən xəstələnməzsə, məst olar. Xəstəliyə düçar olmayan və məst bədəndə xeyir olmaz.»
1369. Xəstəni yoluxmaq
5780. Allahın Peyğəmbəri (s): «Xəstəni yoluxan (Allahın) rəhmətə bürünər.»
5781. Allahın Peyğəmbəri (s): «Allah qiyamət günü buyuracaq: Ey Adəm övladı! Mən xəstələndim, ancaq sən yoluxmağa gəlmədin? Ərz edəcəklər: Pərvərdigarə, sən dünyaların Rəbbi (və xəstələnmədiyin) olduğun halda necə Səni yoluxmadıq? Allah buyuracaq: Bəs bilmirdin ki, filan bəndəm xəstələndi və onu yoluxmadın? Məgər bilmirsənmi ki, onu yoluxmağa getsəydin Məni orada görəcəkdin?»
5782. İmam Sadiq (ə): «Kim xəstəni yoluxmağa gedərsə, yetmiş min mələk onu müşayiət edər və öz mənzilinə qayıdana qədər onun bağışlanmasını diləyər.»
1640. Yoluxmağın qaydaları
5783. Allahın Peyğəmbəri (s): «Ən yaxşı baş çəkmək odur ki, yüngül keçirilsin.»
5784. Allahın Peyğəmbəri (s): «Xəstəni yoluxmağa gedin və dəfndə iştirak edin ki, axirəti sizin yadınıza salsın.»
5785. İmam Əli (ə): «Allah yanında ən yaxşı mükafat, xəstəni yoluxan elə kimsənindir ki, qardaşına baş çəkməyə getsə, onun yanında az müddət qalsın. Yalnız xəstənin özü bunu istəsin və daha çox qalmasını ondan xahiş etsin.»
5786. İmam Sadiq (ə): «Xəstəyə baş çəkməyin vaxtı, dəvənin döşlərinin damarının dolması və ya sağılması müddəti qədər olmalıdır.»
5787. İmam Sadiq (ə): «Kamil yoluxmaq budur ki, əlini xəstənin biləyinə qoyasan və tez bir zamanda onun qabağından qalxasan. Çünki axmaqların baş çəkməsi xəstə üçün öz dərdindən daha ağırdır.»
5788. «Munyətul Murid»: İmam Sadiqin (ə) tərəfdarlarından biri deyir: «Həzrətin dostlarından biri xəstələndi və biz, imamın dostlarından bir dəstə onu yoluxmağa getdik. Yolda İmam Sadiqlə (ə) rastlaşdıq. Bizdən soruşdu: Hara gedirsiniz? Ərz etdik ki, filankəsi yoluxmağa gedirik. Buyurdu: Daya-nın. Biz dayanlıq. Həzrət buyurdu: Sizlərdən kimsədə alma, heyva, turunc, bir az ətir və ya varmı? Ərz etdik ki, üstümüzdə belə şey yoxdur. Həzrət buyurdu: Məgər bilmirsinizmi ki, xəstə ona bir şey aparanda rahatlıq tapar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild