» » » Qəzavü-qədər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qəzavü-qədər
    +5
    Müəllif: Elya | 9-01-2015, 12:00 | Baxılıb: 2 509
     
     
    333. Qəzavü-qədər

    1517. Qəzavü qədər.
    Qur‘an:
    «De: Allahın, bizim üçün yazdığından (müəyyən etdiyindən) başqa bizə heç bir şey yetişməz. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.»
    «Ancaq (belə oldu ki) Allah, olacaq bir işi yerinə yetirdi.»
    «Biz, həqiqətən hər bir şeyi müəyyən ölçüdə yaratmışıq.»
    Hədis:
    5251. Allahın Peyğəmbəri (s): «Hər bir şey əvvəldən müəyyən olunub, hətta gücsüzlük və zirəklik də.»
    5252. Allahın Peyğəmbəri (s): «Əgər İsrafil, Cəbrayıl, Mikayıl ərşi daşıyan mələklər və mən səninçün dua etsək belə, sənin taleyinə yazılmış və müəyyən edilmiş qadından qeyrisilə evlənməyəcəksən.»
    5253. İmam Əli (ə)(Pak olan Allaha sitayişindən): «Allaha öz məxluqlarından istədiyi kimi şükr edirəm. Allah hər bir şey üçün qəzavü-qədər müəyyən etmiş, hər qəzavü-qədər üçün bir əcəl, hər bir əcəl üçün isə (müəyyən edilmiş və qeyd olunmuş) bir yazı.»
    5254. İmam Əli (ə): «Qəzavü-qədər (tale) Allahın sirlərindən bir sirr, gizlinlərindən bir gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin olan əlçatmaz qalalardan biridir.»
    5255. İmam Əli (ə) (Təqdir barədə soruşan kişiyə cavabından):–«Dərin bir ümmandır, onun içində batma.» Ərz etdi: «Ey Əmirəl-möminin! Məni alın yazısından agah et.» Buyurdu: «Allahın sirridir. Özünü (onu öyrənmək üçün) zəhmətə salma.» (üçüncü dəfə) Soruşdu: «Ey Əmirəl-möminin məni təqdirdən agah et.» Buyurdu: «İndi ki, israr edirsən bil ki, təqdir iki işin arasındadır: nə alın yazısıdır, nədə ki, işləri özbaşına buraxmaq.»
    5256. İmam Əli (ə): «Təqdir (bizim) hesab-kitabımıza o qədər üstün gələr ki, uzaqgörənlik ziyan və çətinliyə səbəb olar.»
    5257. İmam Əli (ə): «Bütün işlər müqəddarata tabedir. Hətta tədbirlər belə ölümlə sona çatar.»
    5258. İmam Sadiq (ə): «Qəza və qədər Allahın yaratdığı məxluqlardan ikisidir və Allah öz yaratdığına hər bir şeyi artırar.»
    5259. İmam Sadiq (ə): «Qiyamət günündə Allah məxluqları bir yerə yığanda, onlara buyurub əmr etdiklərinin sorğu-sualını aparar, ancaq onlar üçün təyin etdiklərindən heç nə soruşmaz.»
    5260. İmam Sadiq (ə): «Allah hər bir şeyi istədikdə, onu təyin edər. Təyin etdikdə, hökmünü verər və hökmünü verdikdə isə icra edər.»
    5261. İmam Hadi (ə): «Müqəddərat, ağlına belə gəlməyən şeyləri sənə göstərər».
    1518. İnsanın qəzavü-qədərinin yazılması.
    5262. İmam Baqir (ə) (İnsanın ana bətnində yaradılması barədə): «Dörd ayı tamam olanda, Allah iki yaradan mələk göndərər və onlar de­yər­lər: «İlahi, nə xəlq edirsən, oğlan, yoxsa qız?» Onun ikisindən biri üçün lazı­mı göstəriş verilər. Sonra ərz edərlər: «İlahi, bədbəxtdir, yoxsa xoşbəxt?» Bu ba­rədə də lazımi göstəriş verilər. Bu vaxt ərz edərlər: «İlahi, ömrünün müd­də­ti və ruzisi nə qədərdir?» Onun bütün halları– Həzrət cəmi bir neçəsinin adı­nı çəkmişdir – yazılar və həmin iki mələk, bunu iki gözünün arasına yazar.»
    5263. İmam Baqir (ə) (Yenə də bu barədə): «Bu vaxt Allah iki mələyə vəhy buyurar: «Qəzavü-qədəri və Mənim onun barəsində əmrlərimin icrasını yazın və yazdıqlarınızda Mənim bədamı şərt qoyun. (Bəda haqqında məlumat almaq üçün «Usulu – Kafi» kitbına müraciət edin.)»
    1519. Allahın mömin üçün qoyduğu, xeyirdir.
    5264. Allahın Peyğəmbəri (s): «Allahın hər bir qəzavü qədərində mömin üçün bir xeyir (gizlənmişdir) var.»
    5265. İmam Sadiq (ə): «Allah-taalanın, onunçün xeyirdən başqa heç bir qəzavü-qədər müəyyən etmədiyi müsəlman kişiyə mat qalıram. Əgər qayçı ilə tikə-tikə doğransa da, onun xeyrinədir. Əgər dünyanın şərqindən qərbinə qədərini də əlinə keçirsə, yenə də onunçün xeyirdir.»
    5266. İmam Sadiq (ə): «Allah möminin şad olduğu qəzavü-qədərdən başqa elə bir qəzavü-qədər müəyyən etməyib ki, həmin qəzavü-qədər onun xeyrinə olmamış olsun.»
    1520. İlahi qəzavü qədərə şad olmayan.
    5267. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurdu: Mənim verdiyim qəzavü-qədərə şad olmayan, alın yazısına inanmayan kimsə (getsin və) başqa bir mə‘bud axtarsın.»
    5268. İmam Əli (ə): «Qiyamət günü ən ağır əzab Allahın qəzavü qədərinə sevinməyənə veriləcək.»
    5269. İmam Əli (ə): «Dünyaya görə kədərlənən, ilahi qəzavü qədərə şad olmaz.»
    5270. İmam Əskəri (ə): «Əgər ilahi qəzavü qədər pusqudadırsa, daha zəiflik və zəlillik nəyə lazımdır?»
    1521. Qəzavü qədərdən olanlar.
    5271. Allahın Peyğəmbəri (s): «Təqdirdən başqa bir dərman yoxdur və istəyən hər kəs üçün, istədiyi hər bir miqdar qədər faydalı olar.»
    5272. «Kənzul-Ummal»: «Allahın Peyğəmbərinə (s) ərz etdilər: «Özümüzü müalicə etdiyimiz dərman, onunla özümüzə əlac etdiyimiz dualar və işlətdiyimiz başqa şeylər Allahın təqdirinin qarşısını alırmı? Peyğəmbər buyurdu: Yox, bunların özü, elə Allahın təqdirindəndir.»
    5273. İmam Əli (ə) (Süffeyn döyüşündən qayıdarkən bir qoca kişi ondan soruşur ki, şamlılarla döyüşə getməyin ilahi qəzavü qədərdən idimi?): «And olsun aləmi yaradana və insanları xəlq edənə! Allahın qəzavü qədəri olmadan, heç bir dərədən keçmədik və heç bir təpəyə qalxmadıq... Sanki sən qəzanı lazımi əmr, qədəri (ixtiyarını əlindən alacaq) mütləq və qaçılmaz bir iş sanırsan. Əgər belə olsaydı, müjdə, qorxu, mükafat və cəzanın mə‘nası olmazdı. Günahkar Allah tərəfindən qınanmaz, yaxşı əməl sahibi Allahın razılığını qazanmazdı.
    5374. Yaxşı əməl sahiblərinin yaxşılığının mükafatının dəyəri, pis əməl sahibindən çox olmazdı. Bu sözlər bütpərəst dəstələrin ... və bu ümmətin məcuslarının sözüdür. Allahı xeyir işlər görməyi əmr etmişdir və insan öz ixtiyarı ilə onları yerinə yetirər. Çəkindirməklə pis əməlləri qadağan etmişdir, zorla yox. İtaətsizlik və itaət də güclə, məcburən deyil. Öz ixtiyarlarını da başqasına verməmişdir.»
    5275. İbn Nubatə: «Əmirəl-möminin əyilmiş bir divarın yanından başqa bir divara tərəf getdi. Həzrətə ərz olundu: Ey Əmirəl-möminin! Allahın qəzavü qədərindən qaçırsan? Buyurdu: Allahın qəzasından Onun qədrinə qaçıram.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 9 Ocak 2015 22:50 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun mənim bacım.Allahin əmirlərinə tabe olub iman gətirən hər bir insan mütləq mükafatlandirilacaqdir.Allah öz əmrinə qabil,vədinə sadiqdir!
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.