Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6739

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6723

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Haziran 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qorxu
    +5
    Müəllif: Elya | 18-01-2016, 12:00 | Baxılıb: 2 121
     

    138. Qorxu

    653. Qorxu. (Allah qorxusu)

    1985. Allahın Peyğəmbəri (s):«Hikmətin başı Allah qorxusudur.»

    1986. Allahın Peyğəmbəri (s):«Hamıdan çox Allahdan qorxan kəs, Allah yanında ən ali məqam sahibi olan insandır.»

    1987. Allahın Peyğəmbəri (s):«Üç şey insana nicat verər: …və gizlində Allahdan sanki Onu görürmüş kimi qorxmaq. Çünki sən Onu görməsən də, O səni görür.»

    1988. Allahın Peyğəmbəri (s):«Allahı daha çox tanıyan, Allahdan daha çox qorxar.»

    1989. İmam Əli (ə):«Allah qorxusu, Allahı tanıyanların köynəyidir.»

    1990. İmam Səccad (ə):«Ey Adəm övladı! Allah qorxusu sənin altdan geydiyin paltar və qəm-qüssə üstdən geyindiyin geyim olanadək daim xeyir-bərəkət içində olacaqsan.»

    654. Mömin iki qorxu arasında yaşayır

    1991. İmam Sadiq (ə):«Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz.»

    655. Mömin qorxu və ümidlə yaşayır

    1992. Allahın Peyğəmbəri (s):«Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, ona arxalanıb az bir əməldən başqa heç nə etməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, heç vaxt nicat tapmayacağınızı düşünərdiniz.»

    1993. İmam Sadiq (ə):«Allaha elə ümidvar ol ki, səndən günah etmək qorxusunu götürməsin və Allahdan elə qorx ki, səni Onun rəhmətindən məyus etməsin.»
    1994. İmam Sadiq (ə) :«Atam buyurardı:Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nur olmasın: qorxu nuru və ümid nuru. Əgər onların hər ikisi tərəziyə qoyulsa, biri-digərindən ağır gəlməz.»

    656. Allahdan qorxanın əlamətləri

    1995. İmam Əli (ə) :«Öz Rəbbindən qorxan kəs zülm etməkdən çəkinər.»

    1996. İmam Sadiq (ə):«Bəndə, qorxan və ümidvar olmayınca mömin olmaz. Qorxu və ümid onu (xeyir) əmələ çəkməyincə, qorxan və ümidvar olmaz.»

    1997. İmam Sadiq (ə):«Qorxan kəs odur ki, qorxu onunçün danışan dil saxlamasın.»

    657.Qorxunun izahı

    1998. İmam Əli (ə):«Allahın zülmündən qorxmayın (Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun.»

    1999. İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

    2000. İmam Əli (ə):«Allahdan qorxduğun zaman Ona tərəf qaçırsan, məxluqdan qorxduğun zamansa ondan qaçırsan.»

    658. Qorxunun nəticələri

    2001. Allahın Peyğəmbəri (s):«(Yolun təhlükəsindən və quldurlardan) Qorxan kəs gecə vaxtı hərəkət edər. Gecə hərəkət edən kəs mənzil başına çatar. Bilin ki, Allahın malları çox bahalıdır. Bilin ki, Allahın malı Cənnətdir.»

    2002. Allahın Peyğəmbəri (s):«Allah-taala buyurmuşdur:Öz izzəti cəlalıma and olsun, bəndəm üçün iki qorxunu və iki asayişi birlikdə yaratmaram. Beləliklə, əgər (bəndə) dünyada özünün Məndən amanda olduğunu bilsə, Qiyamət günü onu qorxudaram və əgər dünyada Məndən qorxarsa, Qiyamət günü ona asayiş bəxş edərəm.»

    2003. İmam Əli (ə):«Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin qarşısını alar.»

    2004. İmam Əli (ə) :«Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər.»

    2005. İmam Əli (ə):«Qorxunun meyvəsi asayişdir.»

    2006. İmam Həsən (ə):«Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər.»

    2007. İmam Sadiq (ə):«Kim Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar və kim Allahdan qorxmasa. Allah-taala onu hər şeydən qorxudar.»

    2008. İmam Hadi (ə):«Kim Allahdan qorxsa hamı ondan qorxar.»

    659. Allahdan qeyrisindən qorxmaqdan çəkindirmək

    2009. Allahın Peyğəmbəri (s):«Allahın Adəm övladına hökmran təyin etdiyi elə bir kəs olmayıb ki, Adəm övladı ondan qorxmasın. Əgər Adəm övladı Allahdan qeyrisindən qorxmasaydı, Allah-taala özündən başqa heç kəsi onun üzərində hakim təyin etməzdi. Adəm övladı ümid etdiyi kəsdən başqa heç kəsə tapşırılmadı. Əgər Adəm övladı Allahdan qeyrisinə ümid bəsləməsəydi, Allahdan başqa bir kəsə tapşırılmazdı.»

    2010. Allahın Peyğəmbəri (s):«Xoş o kəsin halına ki, Allah qorxusu onu insanlardan qorxmaqdan çəkindirmişdir.»

    2011. Allahın Peyğəmbəri (s):«Allah yolunda heç bir məzəmmət edənin danlağından ürəyinə qorxu salma.»

    660. Bir şeydən qorxanda münasib rəftar

    2012. İmam Əli (ə):«Bir işdən qorxan zaman özünü onun ağuşuna at. Çünki o işdən bərk qorxmaq, o işə başlamaqdan daha çətin və daha çox ziyanlıdır.»

    2013. İmam Əli (ə):«İşin çətinliyindən və ağırlığından qorxanda onun müqabilində dəyanət və əyilməzlik göstər ki, o iş sənə ram olsun. Hadisələr qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun.»

    661. Müxtəlif

    2014. İmam Əli (ə):«Heç kəsi qorxutmayan kəs, heç vaxt qorxmaz.»

    2015. İmam Sadiq (ə):«Qorxduğun bir yerə daxil olan zaman bu ayəni oxu:«Rəbbi ədxilni mudxələ sidqin vəəxricni muxrəcə siqgin vəcəl li min lədunkə sultanən nəsira.»(Yəni, ey Rəbbim. Məni həqiqi girişdən daxil və həqiqi çıxış yerindən xaric et, öz tərəfindən mənim üçün bir qüdrətli köməkçi təyin et) Qorxduğun bir kəsi gördüyün zaman ayətəl -kürsü oxu.»

    2016. İmam Rza (ə):«Azda (günahda) Allahdan qorxmayan, çox (günahda) da Ondan qorxmaz.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild


     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 19 Ocak 2016 09:20 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı Allah hacətini versin çox gözəl dəyərli məqalə idi Allah dünya və axirətdə bizləri Əhli beyt (ə)məşhur eləsin amin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 19 Ocak 2016 09:11 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN

    ALLAH BIZLERI HEQIQI BENDELERINDEN QERAR VERSIN AMIN

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 18 Ocak 2016 23:38 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim ellerin var olsun çox deyerli oxunub emel edesi hedislerdi.Çox sagol.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 18 Ocak 2016 22:45 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsin baci Allah gunahlarimizi bagislasin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 18 Ocak 2016 20:20 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun cox gozel hedislerdir Inwallah oxudugum kimide   emel edmekde nesib olar Allahim qelbime o qeder boyuk qorxu qoyki gunah gorende  onan qaca bilim 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 18 Ocak 2016 15:01 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci Allah qorxusu olan qelb gunahlardan cekiner

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.