8) Məstedici içkilər
Məstedici içkilər, ehtiyati-vacibə görə napakdır.
Diqqət:
Spirtlər, növündən asılı olmayaraq əgər məstedici və maye halında olsa, ehtiyati-vacibə görə napakdır.
Əgər həşiş kimi maye halında olmayan məstedici bir maddə suya və ya başqa bir mayeyə qarışıb, maye halına düşsə, napak deyildir.
Əgər od üstündə qaynayan üzüm suyunun üçdə ikisi azalmasa, eyni halda məstedici olmasa, napak deyildir. Lakin onu içmək haramdır.
Əgər qora dənələrinə üzüm dənələri qarışsa və suyu birgə çəkilsə, belə ki, üzüm dənələri çox az olsa və üzümün suyu abqorada bilinməsə, başqa sözlə desək üzüm suyu deyil, sadəcə abqora adlandırılsa, qaynadıldığı vaxt haram olmur. Lakin üzüm dənələri od üstündə qaynadılsa, onu yemək haramdır.
9) Kafir
1) Tovhidi, nübüvvəti və ya namaz, oruc kimi islam dininin əsasların-dan birini inkar edən, həmçinin Həzrət Muhəmmədin (s) peyğəmbərliyində nöqsan olduğuna etiqad bəsləyən şəxs kafirdir.
Diqqət:
Əgər dinin əsaslarından birinin inkarı nübuvvətin və Peyğəmbəri-Əkrəmin (s) inkarı, şəriətin təkzib edilməsi ilə nəticələnsə, küfrə bais olur.
2) Kitab-əhlindən olan kafir, pak hökmündədir.
Diqqət:
Kitab-əhli dedikdə yəhudilər, məsihilər, zərdüştlər və sabiinlər kimi ilahi (səmavi) dinlərdən birinə etiqad bəsləyən, özünü ilahi peyğəmbərlərdən birinin ardıcılı bilib onlara nazil olan müqəddəs kitaba tapınan şəxslərə deyilir.
3) Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbər olduğunu qəbul etmək, islamı qəbul etmək demək deyildir, yəni, həmin şəxsin müsəlman olduğuna hökm vermək üçün kifayət etmir. Beləliklə, əqidə baxımından Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul edən, lakin öz əcdadlarının yolunu davam etdirən kitab-əhli,müsəlman sayılmırlar. Əlbəttə əgər kitab-əhlidirlərsə, pak hökmündədirlər.
4) Mürtəd (yəni dindən çıxan) müsəlman, kafirdir və kitab-əhli sayıl-madığı halda (yəni, islamdan çıxıb digər səmavi dinlərin birini qəbul etməsə) napak hökmündədir. Lakin təkcə namaz, oruc və s. bu kimi şəriətdə vacib buyurulan digər əməlləri tərk etmək müsəlmanın mürtəd, kafir və napak olmasına bais olmur və onun mürtəd olması sübut olunmayana qədər müsəlman hökmündədir.
5) Əgər "Əliallahı” firqəsi əmirəl-möminin Əli ibn Əbu Talibin Allah olduğuna (Allah bu nisbətlərdən çox-çox ucadır), yaxud Allahın şəriki olduğuna etiqad bəsləyirlərsə kafir və napakdırlar.
6) Məsum imamlardan birinin ünvanına nalayiq söz deyən və ona hörmətsizlik edən şəxs kafir və napakdır.
7) Azğın "Bəhai” firqəsinin ardıcıllarının hamısı napakdırlar.
Nəcasətlər barədə bir neçə məsələ:
Haram yolla cünub olan şəxsin təri pakdır. Lakin ehtiyati-vacibə görə bu tər ilə namaz qılmasın.
Haram və napak əti (məsələn donuz əti) yeyən şəxsin təri və ağzının suyu pakdır.
Yuyulduqdan sonra paltarda qalan qanın solğun ləkəsi – belə ki, qanın özü deyil, ləkəsi olub yumaqla aradan getmir – pakdır.
İnsanın qusmağı, istər südyeyən uşağın olsun, istər həm süd yeyən, həm də yemək yeyən uşağınkı, istərsə də böyük insanın, pakdır.