» » » Fiqh təlimləri - Mütəhhirat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fiqh təlimləri - Mütəhhirat
    +5
    Müəllif: Admin | 17-10-2014, 20:00 | Baxılıb: 1 223

    MUTƏHHIRAT



    1. Su
    2. Yer
    3. Günəş
    4. İstihalə
    5. İntiqal
    6. İslam
    7. Təbəiyyət
    8. Nəcasətin təmizlənməsi
    9. Nəcasət yeyən heyvanın istibrası
    10. Müsəlmanın qaib olması

    Diqqət:

     Napaklığı pak edənlərə "mutəhhirat” (paklayıcı) deyilir.

    1. Su

    1. Qabları paklamağın yolu:
    1) Napak qabı qəlil su ilə üç dəfə yumaq lazımdır. Lakin kürr və axar suda bir dəfə yumaq kifayətdir.
    2) Əgər it, bir qabdan su və ya başqa maye içibsə, yaxud bir qabı yalayıbsa, əvvəlcə bu qabı torpaqlamaq, sonra yumaq lazımdır. Bu qabı qəlil su ilə yuduqda, torpaqladıqdan sonra iki dəfə yumaq lazımdır.
    3) Əgər donuz, bir qabdan maye halında bir yemək yeyibsə və ya su içibsə, bu qabı yeddi dəfə yumaq lazımdır, lakin onu torpaqlamaq lazım deyildir.

    2. Qablardan başqa əşyaları paklamağın yolu:

    1) Nəcasəti təmizləndikdən sonra napak olan bir şey, əgər bir dəfə kürr və ya axar suya salınsa, yaxud kürr suya birləşən kran suyunun altında napak olan yerlərin hamısı yuyulsa, pak olar. Xalça, paltar və bu kimi əşyaları ehtiyata görə (ehtiyati-vacib) suya saldıqda sıxmaq və hərəkət etdirmək lazımdır. Qeyd etmək lazımdır ki, bu əşyaları suyun daxilində sıxmaq və hərəkət etdirmək kifayət edir və sudan çıxardıqdan sonra bu işləri yerinə yetirmək lazım deyildir.

    2) Əgər bövlə dəyib napak olan şeyin nəcasəti təmizləndikdən sonra üstünə iki dəfə qəlil su tökülsə, pak olar. Bövldən başqa nəcasətlərə dəyib napak olan şey, nəcasəti təmizləndikdən sonra əgər bir dəfə yuyulsa, pak olar.
    3) Müəyyən bir şey qəlil su ilə suya çəkildikdə, bu əşyanın üstünə tökülən su ondan ayrılmalıdır (yəni, axıb getməlidir). Əgər sıxmaq mümkündürsə, məsələn, paltar və xalçada, suyun xaric olması üçün onu sıxmaq lazımdır.

    Diqqət:

     Xalça və bu kimi əşyaları su borularından axan (kürr suya birləşmiş) su ilə pakladıqda, bu əşyaların üstünə axan suyun ondan xaric olması şərt deyildir. Bu halda nəcasət təmizləndikdən sonra napak yerə suyun axması və tökülən suyu töküldüyü yerdən əl ilə hərəkət etdirməklə bu yer pak olar.
     Napak su ilə qarışdırılmış palçıqdan tikilən təndirin divarını yu-maqla pak olur və çörək bişirmək üçün təndirin divarının, yəni xəmir yapılan yerin paklığı kifayətdir.
     Paklandığı zaman suya rəngi çıxan (və nəticədə suyu rəngli edən) napak paltarlar, əgər paltarın rənginin çıxması suyun muzaf olmasına bais olmasa, üzərinə suyun tökülməsi nəticəsində pak olurlar.
     Əgər napak paltarları paklamaq üçün ləyənə qoyub üzərinə su borularından axan suyu axıtsalar və paltarlar tamamilə islansa, bu halda həm paltar, həm ləyən, həm su, həm də paltardan qopub suyun üzərinə yığılan və su ilə birgə axıb gedən xov pakdır. (əlbəttə, əvvəldə deyildiyi kimi paltar və bu kimi əşyaları ehtiyata görə suya saldıqdan sonra, sıxmaq və ya hərəkət etdirmək lazımdır.)

    2. Yer.
    Yol getmək nəticəsində ayağının və ayaqqabısının altı napak olan şəxs, əgər təxminən 10 addım quru və pak yerin üstündə yol getsə, nəcasətin aradan getməsi ilə ayaqqabısının və ayağının altı pak olar.

    Diqqət:
     Asfalt döşəmə və ya qırlanmış yer, ayağın və ayaqqabının altını pak etmir.

    3. Günəş.
    1) Günəş yeri, evləri və evə aid olan qapı, pəncərə, sütun kimi əşyaları, həmçinin ağac və bitkiləri pak edir.
    2) Günəş bu şərtlə pak edir
    1. Napak şey yaş olsun
    2. Üzərində nəcasət olmasın (üzərində nəcasət olduğu haldagünəş düşməzdən əvvəl onu təmizləmək lazımdır)
    3. Günəş napak şeyin üzərinə düşsün (bulud ya pərdə kimi heç bir şey günəşin düşməsinin qarşısını almasın)
    4. Günəşin düşməsi nəticəsində qurusun. (əgər nəm qalsa,pak olmaz)

    4. İstihalə (haldan-hala düşmək)
    Əgər nəcasət və ya napak bir şeyin mahiyyəti (tərkibi) dəyişib başqa bir şeyə çevrilsə, məsələn, çubuq yanıb kül olsa, şərab sirkəyə çevrilsə, it duzluğa düşüb duza çevrilsə, pak olar. Amma əgər onun tərkibi deyil, təkcə forması dəyişsə, məsələn buğda una çevrilsə, şəkər suda həll olsa, pak olmaz.

    Diqqət:
     Yağ və bu kimi maddələr napak olduğu hlda onların pak edilməsi üçün təkcə kimyəvi reaksiyalar (belə ki, bu reaksiyalar nəticəsində bir maddə yeni xassələrə malik olan digər bir maddəyə çevrilir) kifayət deyildir.
     Kanalizasiya sularının mikroblardan, (insan orqanizminə zərərli olan bir sıra) minerallardan və s. maddələrdən saflaşdırılması nəticəsində istihalə baş vermir. Amma əgər saflaşdırma, distillə yolu ilə, yəni, əvvəlcə suyun buxarlanması, sonra buxarın yenidən suya çevrilməsi yolu ilə olsa, onda istihalə sayılır.

    5. İntiqal (yerdəyişmə)
    Ağcaqanad və başqa həşəratların insanın bədənindən sorduğu qan, insan qanı sayılanadək napakdır (məsələn, zəlinin insandan sorduğu qan). Amma bir müddətdən sonra bu qan o həşəratın qanı sayıldığı halda pak olur.

    6. Nəcasətin təmizlənməsi.
    Əgər heyvanın bədəni nəcasətə bulaşarsa, nəcasət təmizləndiyi vaxt heyvanın bədəni pak olur və suya çəkməyə ehtiyac yoxdur. Nəcasətin kənardan içəriyə daxil olmaması şərtilə ağız və burun daxili də eynilə belədir. Deməli dişdən gələn qan əgər ağız suyuna qarışıb aradan getsə, ağız pak olur.

    7. Müsəlmanın qaib olması.
    Bir nəfərin başqa bir müsəlman fərdin bədəninin, paltarının və ya müəyyən bir əşyasının napak olduğuna yəqinliyi var idi. Əgər bu şəxs bir müddət o müsəlmanı görməsə və görüşdüyü vaxt onun bu napak əşya ilə pak bir əşya kimi davrandığını müşahidə etsə, o şey pak hökmündədir. Bir şərtlə ki, o müsəlman fərd əşyasının napak olduğunu, eləcə də paklıq və napaklıq hökmlərini bilsin.

    Bir şeyin paklığının sübuta yetirilməsi yolları.
    1. İnsanın özü napak bir şeyin paklandığına əmin olsun
    2. Bir şəxs, ixtiyarında olan əşyanın paklandığını söyləsin (məsələn, ev sahibi, satıcı və xidmətkar)
    3. İki adil şəxs napak bir şeyin paklandığına şahidlik versin

    Diqqət:
     Büluğ çağına yaxınlaşan uşaq, ixtiyarında olan bir şeyin pak olduğunu desə, onun sözünü qəbul etmək lazımdır. Başqa sözlə desək, bu barədə onun sözünə etibar etmək lazımdır.

    Paklıq qanunu

    1.Paklıq qanunu nə deməkdir?
    Ümumiyyətlə paklıq və napaklıq arasında (bir şeyin pak, yaxud napak olması barədə) tərəddüddə qaldıqda, paklığa hökm verilməlidir. Yəni, bir şeyin napak olmasına əmin olmayanadək o şey, müqəddəs
    şəriət baxımından pak sayılır və araşdırma aparmaq, ətrafdakılardan soruşmaq lazım deyildir.

    2. Paklıq qanununun istifadə olunduğu yerlər.
    1) Özünü çox vaxt napak edən uşağın yaş əlinin, ağzının suyunun və yeməyin qalığının napak olduğuna əmin olmayanadək, onlar pak hökmündədir.
    2) Xov və ya toz-torpağın pak, yoxsa napak paltardan çıxdığı məlum olmasa, pak hökmündədir. Həmçinin xov və ya toz-torpağın napak paltardan çıxdığını bilsək, lakin paltarın pak, yoxsa napak hissəsindən çıxdığını bilməsək yenə də pak hökmündədir.
    3) Kimyəvi təmizləməyə və ya camaşırxanalara yuyulmağa verilən paltarlar əgər əvvəlcədən napak olmasalar, pak hökmündədirlər. Baxmayaraq ki, bu yerlərdə paltarları yumaq üçün kimyəvi maddələrdən istifadə edilir.
    4) Pak, yoxsa napak olduğunu bilmədiyimiz bir yerə tökülən sudan sıçrayan damcılar pakdır.
    5) Şəhərin zibil daşıyan maşınlarından küçələrə tökülən suyun pak, yoxsa napak olduğunu bilmədiyimiz halda, bu su pak hökmündədir. Həmçinin küçələrdəki çalalarda toplanan suların pak, yoxsa napak olduğu məlum olmadığı halda, bu sular pak hökmündədir.
    6) Murdardan (cəsəd) hazırlanıb-hazırlanmadığı məlum olmayan dodaq boyası kimi zinət əşyalarının napaklığı şəri yolla məlum olmayanadək pak sayılırlar və onlardan istifadə etmək olar.
    7) Əgər dəri ayaqqabının şəriətin qoyduğu qaydada kəsilməyən heyvan dərisindən tikildiyinə yəqinliyimiz olsa və ayaq da bu ayaqqabının içərisində tərləsə, ayaq napak olar və namaz üçün suya çəkilməlidir. Lakin əgər ayağın tərlədiyinə, yaxud dərisindən ayaqqabı tikilən heyvanın şəri qaydada kəsildiyinə şəkk etsək, ayaq pak hökmündədir.
    8) Donuz tükündən hazırlanıb-hazırlanmadığı məlum olmayan rəsm fırçası, pakdır və hətta paklığı şərt sayılan işlərdə ondan istifadə etmək olar.
    9) Müsəlman, yoxsa kafir olduğunu bilmədiyimiz bir şəxs, pak hök-mündədir və ondan dinini soruşmaq lazım deyildir.
    10) Kitab-əhli olmayan kafirlərin əmlakı olan evlərin və mehmanxa-naların divar və qapılarının eləcə də onlarda mövcud olan məişət əşyalarının pak, yoxsa napak olduğunu bilmədiyimiz halda, pak hökmündədirlər. (Əlbəttə, napak olduğuna yəqinliyimiz olduğu halda da onların hamısını suya çəkmək lazım deyildir. Yalnız yemək, içmək və namaz qılmaq üçün istifadə edilən əşyaları paklamaq vacibdir.)
    11) Maşın və qatar oturacaqları kimi kafirlərin və müsəlmanların müştərək istifadə etdiyi əşyaların pak, yoxsa napak olduğunu bilmə-diyimiz halda, pakdırlar.
    12) Məstedici maye növündən olub-olmadığı məlum olmayan spirtlər, pak hökmündədirlər.

    Qabların hökmləri
    Qızıl və ya gümüş qabdan yemək-içmək üçün istifadə etmək haramdır. Amma bu qabları saxlamaq və ya yemək-içməkdən qeyri işlər üçün onlardan istifadə etmək, haram deyildir.

    Diqqət:
    Qızıl və ya gümüş suyuna çəkilən qablar və ya qızıl və gümüş qab adlandırılmayan və tərkibində az miqdarda qızıl və gümüşü olan metaldan hazırlanan qablar, qızıl və gümüş qab hökmündə deyildir.



    Bu barədə sualı olan varsa şərhdə bildirə bilərsiniz. 
     
    Kitabın adı: Fiqh Təlimləri
    Müəllif: Ayətullahil-uzma Seyyid Əli Xamneinin fətvaları əsasında
    www.ehliwie-samux.com


     
     
    Bölmə: Risalələr / Ayətullah Xamenei
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 17 Ekim 2014 21:14 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 17 Ekim 2014 20:39 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAW COX SAG OLUN COX BEYENDIM
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.