Sükut
1137 Süküt
3682. Allahın Peyğəmbəri (s) (Əbuzərə nəsihətindən): «Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz: ibadətin başlanğıcı olan sükut.»
3683. İmam Əli (ə): «Sükut fərasətin əlaməti və ağlın meyvəsidir.»
3684. İmam Əli (ə) (möminin vəsfində): «Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olunar.»
1138 Sükutun səmərələri
3685. Allahın Peyğəmbəri (s) : «Çox susmağı sənə tövsiyə edirəm. Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir.»
3686. İmam Əli (ə): «Daim sükut etməyi seç ki, onun ən az faydası salamat qalmağındır.»
3687. İmam Əli (ə): «Sükut təfəkkürün bağıdır.»
3688. İmam Həsən (ə): «Sakit insan çox heybətlidir.»
3689. İmam Həsən (ə): «Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməkçidir.»
3690. İmam Rza (ə): «Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər».
1139. Bəyənilmiş sükut
3691. İmam Əli (ə): «Dili hikmətə bağlamaqda bir xeyir yoxdur. Həmçinin nadanlıqla söz danışmağın da bir xeyri yoxdur.»
3692. İmam Əli (ə) (təqvalının əlamətlərini bəyan edərkən): «Sükut etməyi seçsə, sükutu onu qəmgin etməz və gülsə səsini ucaltmaz.»
Kitabın adı: Mizanul-Hikmət (xülasəsi) 2-ci cild