Bismillahir Rəhmanir Rəhim
"Hər kim bağışlasa əziz olar. Hər kim paxıllıq etsə xar olar.”
İmam Hüseyn (ə)
***
"İnsan ağlı yalnız haqqa tabe olmaqla kamilləşər.”
İmam Hüseyn (ə)
***
"Sizlərdən bir şəxs, müsəlman qardaşının çətinliyə düşdüyünü bilsə, dərhal onu həll etsin və macal verməyin ki, o öz istəyini dilinə gətirsin.”
İmam Əli (ə)
***
"Nadana tərbiyə vermək və bir şeyə adət etmişi adətindən çəkindirmək, möcüzə kimidir.”
İmam Həsən Əskəri (ə)
***
"Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər .”
İmam Həsən Əskəri (ə)
***
"Hər kim ata – anasına qəzəblə baxsa onlar ona zülm etmiş olsalar belə, onun namazı qəbul deyil.”
İmam Sadiq (ə)
***
"Allah dərgahında ən sevimli əməllərdən biri mömini sevindirmək, ac olarsa onu doyurmaq, qəm – qüssəsini dağıtmaq və borcunu ödəməkdir.”
İmam Sadiq (ə)
***
"Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Rza (ə)
***
"And olsun Allaha! Allah camaatdan iki şey istəyib. Biri odur ki, Onun nemətlərini iqrar etsinlər, O da həmin nemətləri artırsın və öz günahlarını etiraf etsinlər və O da bağışlasın.”
İmam Məhəmməd Baqir (ə)
***
"Kim camaatın abrını tökməsə, Allah qiyamət günü onun xətalrından keçər. Kim camaatdan qəzəbini saxlasa, Allah qiyamət günü öz qəzəbini ondan saxlayar.”
İmam Museyi Kazım (ə)
***
"Əmanətdarlıq və düzdanışmaq ruzinin çoxalmasına səbəb olur. Xəyanət və yalan isə kasıbçılıq və nifaqa səbəb olur.”
İmam Museyi Kazım (ə)
***
"Hər kəs Allahın qulu olsa, Allah-Təala hər şeyi ona qul və müti edər.”
İmam Həsən (ə)