![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu, ölümə yaxın, zamanın qələbəsini e’tiraf etmiş bir atanın öyüdüdür; həyat ondan üz döndərmiş, o, rüzgara təslim olmuş, ölülər məskənində sakin olmuşdur; dünyanı məzəmmət etmiş, sabah isə ondan köçəsidir. O övlada vəsiyyət edir ki, arzularına çatmaz; o övlad ki, həlak olanların yolunu gedir, xəstəliklərin hədəfi, zəmanənin girovu olar. O, dünyanın qulu, hiylə və yalan sövdəgəri, heçliyin borclusu, ölumə giriftar, kədərlə və’dəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub, gedənlərin canişinidir.
Belə ki, dünyanın üz çevirməsini, dövranın azğınlığını, axirətin üz tutmasını gördükdə yalnız özümü düşünməli, arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki fikrim sadiqanə aşkarlandı, nəfs istəklərimin ardınca getməyimin qarşısı alındı, həqiqət mənim üçün işi aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz param, bəlkə də, bütün varlığım kimi gördüm. Belə ki, sənə dəyən zərbə sanki mənə dəymişdir. Ölüm səni taparsa, mənim həyatım qırılar. Gördüm ki, sənin işin nəzərimdə mənim öz işim kimi böyükdür, sənin işin mənim işimdir. Bu məktubu sənə yazıram ki, mən diri də olsam, dünyadan da getsəm, öyüdlərimə uyğun rəftar edib, onun himayəsində olasan.”
Allah-təalanın me’rac gecəsi Peyğəmbərə (s) bəyan etdiyi hədis və moizələrdən istifadə etdikdən və peyğəmbərin (s) öz ən üstün səhabələrindən olan Əbuzərə (r) moizəsi ilə qəlbimizi işıqlandırdıqdan sonra Allah-təalanın yardımı ilə Əmirəl-mö’mininin (ə) öz sevimli oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətləri haqqında söhbət edəcəyik.
Bu vəsiyyət mərhum Məclisinin "Biharul-ənvar” kitabında nəql olunmuşdur. Bu vəsiyyəti mərhum Hərrani "Tuhəful-uqul” kitabında azca fərqlə zikr etmişdir. Bu nəsihət mərhum Seyyid Rəzi tərəfindən tərtib edilmiş "Nəhcül-bəlağə”yə daxildir. Əlbəttə ki, bu hədislə başqa kitablarda da rastlaşırıq. Bu nəsihətlər əksər mənbələrdə Əmirəl-mö’mininin (ə) həzrət imam Həsən Müctəbaya (ə) vəsiyyəti kimi təqdim olunur. Maraqlıdır ki, bə’zi mənbələrdə həzrət Əlinin (ə) bu vəsiyyətlə Məhəmməd Hənəfiyyəyə müraciət etdiyi bildirilir. Qarşıdakı söhbətlərimizdə bu ehtimalı araşdıracağıq.
Bu vəsiyyətdə başqa vəsiyyətlərdə oxşarı olmayan xüsusiyyətlərlə rastlaşırıq. Başqa mətnlərdə onun ali məziyyətlərinə çox az təsadüf olunur. Xüsusi müqəddiməyə malik bu vəsiyyətdə mövzulara giriş və çıxışda psixoloji və tərbiyəvi nöqtələr çox faydalıdır.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |