» Birinci dərs - Vəsiyyət olunan şəxs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Birinci dərs - Vəsiyyət olunan şəxs
    +5
    Müəllif: Qonaq | 16-09-2014, 17:00 | Baxılıb: 688
      

    Vəsiyyət olunan şəxs

    Həzrət (ə) sözünün davamında müraciət etdiyi şəxsi belə tanıtdırır: "İləl-vələdil-muəmməli ma la yudrəkussaliki səbilə mən qəd hələkə, ğərəzil-əsqami və rəhinətəl-əyyami” ("o övlada vəsiyyət edir ki, arzularına çatmaz, həlak olanların yolunu gedər, xəstəliklərin hədəfi, zəmanənin girovu olar.”)

    Bu ata öz övladına vəsiyyət edir, ömrünün qazancını ona təhvil verir. Bu övladın arzuları var və vücudunda gənclik alovu şö’lələnməkdədir. Gənclik dövrünün ümid və arzular dövrü olduğunu bilirik. İnsan ümid və arzular olmadan hərəkət etmək iqtidarında deyil. Həyatı hərəkətə gətirən arzulardır. İnsanın gənclik dövründə fəallığının səbəbi həmin dövrdə arzuların çoxluğudur. O, yaşa dolduqca arzular tükəndiyindən həyat fəaliyyəti də zəifləyir. "Həlak olanların yolunu gedər, xəstəliyə hədəf olar” tə’birləri Qur’ani-kərimin bə’zi tə’birlərini xatırladır: "Həqiqətən, insan zərərdədir”; "İnsan tələsəndir”; "Həqiqətən, insan dözümsüz xəlq olunmuşdur”. Bu ayələri oxuyarkən sual yaranır ki, mə’sumlardamı başqaları kimi bu xüsusiyyətlərə malikdirlər? Məgər mə’sumlar da tələsən və dözümsüz yaradılmışlar? Qur’ani-kərimdə insana ünvanlanan bir sıra məzəmmətləri imamlara (ə) aid etmək olarmı? Qeyd etməliyik ki, bu müraciətlər adi insanlara ünvanlanmışdır. Uyğun tə’birlər mə’sum imamlara şamil edilmir. Bəli, insan təbiətən dözümsüz, tələskəndir. Həzrət (ə) "o övlada vəsiyyət edirəm ki, arzularına çatmaz” deyərkən və ya başqa nöqsanlı sifətləri sadalayarkən imam Həsəni (ə) nəzərdə tutmur. İmam (ə) öz mövqeyini və vəsiyyət etdiyi gəncin mövqeyini müəyyənləşdirməklə, özünü və övladını adi insan kimi fərz edir. Özünü pir, övladını gənc görən ata təcrübələrini övladının ixtiyarına verir. Aydın olur ki, öncə qeyd edilmiş iki baxış kökündən yanlışdır. Ona görə də bildiririk ki, Həzrət (ə) özünün və oğlu Həsənin (ə) yox, vəsiyyət edən və vəsiyyət olunanın mövqeyini bəyan edir. Yə’ni vəsiyyət olunan şəxs həlak olub, dünyadan köçənlərin yolunu gedir. Bu bəyanda "həlak olmaq” dedikdə hər hansı başqa mə’na yox, "ölüm” nəzərdə tutulur.

    Təbii ki, hər bir gənc onu oxlar tək nişan almış çətinliklər, xəstəliklər, müsibətlərlə qarşılaşasıdır. O, bir növ dövranın girovudur - zaman onu girov götürərək, oxlarla nişana almışdır.

    Vəsiyyətnamədə bəyan olunmuş "əbduddunya” və "tacirul-ğurur” tə’birləri çoxlarında şübhə yaratmışdır ki, Həzrət (ə) imam Həsənə (ə) yox, Məhəmməd ibn Hənəfiyyəyə müraciət edir. Bu iki tə’bir mənfi mə’nalara malikdir. Amma onlar "təkvini” mə’nada işlənmişdir. "Dünyanın qulu”, "hiylə və yalan sövdəgəri” mə’nalarına malik olan həmin iki ifadə, sözsüz ki, mə’sum imam məqamına layiq deyil. Zənnimizcə, Həzrət (ə) öz vəsiyyətnaməsində konkret vəsiyyət olunan şəxsi yox, dünyaya gəlmiş və dünyanın tə’sirlərinə məhkum olan insanı nəzərdə tutur. Yə’ni hər bir insan gəldiyi dünyada həmin dünyanın problemlərinə məhkumdur, başqa sözlə, "əbdud-dunya”, yə’ni "dünyanın quludur”. Hər bir insan peyğəmbər, imam, övliya olmasından asılı olmayaraq, təbiət qanunlarına təslimdir. Məhkum insanın sövdəsi, ticarəti yalnız hiylə və yalan ola bilər. Qur’ani-kərimdə buyurulur: "Dünya həyatı yalnız aldadıcı matahdır.” Demək, dünya matahı ilə əlaqədə olan insan təbii şəkildə "tacirul-ğurur”, yə’ni "yalan və hiylə sövdəgəri”olur. Diqqət etsək görərik ki, Həzrət (ə) öz tərəfe-müqabilini "tacirul-ğurur” sifətinə görə məzəmmət etmir, "nə üçün beləsən” demir. O, sadəcə, dünya həyatının belə olduğunu nəzərə çatdırır. Bu tə’birlər "təkvini”, yə’ni təbii, qaçılmaz həqiqətləri bəyan edir.

    Bəli, elə moizə etmək lazımdır ki, dinləyicilər özünü "tacirul-ğurur” görüb, bir daha dünya matahına aldanmasınlar.

    Söhbətin davamında Həzrət (ə) üz tutduğu şəxsi, yə’ni insanı belə nəsihət edir: "və ğərimil-mənaya və əsiril-məvti və həlifil-humumi və qərinil-əhzani və rəsidil-afati və səriiş-şəhəvati və xəlifətil-əmvati” ("o, heçliyin borclusu, ölümə giriftar, kədərlə və’dəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub, gedənlərin canişinidir”). O, borc sahibinin (tələbkarın) əl çəkmədiyi borcludur. Əcəl hər bir insanın ardınca gəzib borcunu tələb edir, almayınca ondan əl çəkmir. Bəli, insan borcludur. Ölüm və bəla əlində çırpınan borclu!

    Bə’ziləri "kədərlə və’dəli, qüssə ilə yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub” kimi tə’birləri də imam Həsənin (ə) məqamına münasib bilmirlər. İmam Həsənin (ə) nəfs istəkləri ilə mübarizədə məğlub olması, doğrudan da məntiqi deyil. Adətən, güləş meydanında məğlub olub, yerə yıxılan şəxs ərəb dilində "səri” adlanır. "Səriiş-şəhəvat” isə "şəhvətlərə məğlub olmuş” mə’nasını verir. Hansı ki, imam Həsənin (ə) şəhvətə məğlub olması mümkünsüzdür. Amma qəbul etməliyik ki, insan öz təbiəti e’tibarı ilə nəfs istəklərindən tam azad olmaq gücündə deyil və bu istəklər olmadan dünya həyatını davam etdirə bilməz. İstər yaşamaq, istər yemək istəyi, istərsə də cinsi istək dünya həyatının davamı üçün vasitələrdir. İnsan elə xəlq olunmuşdur ki, uyğun istəkləri büsbütün inkar edə bilməz. Adi insan üçün belə bir məqam mümkünsüzdür. Amma qeyri-adi bir insanın belə bir iş görməsi barədə hələlik danışmırıq.

    Burada söhbət nəfs istəklərinin qələbə çaldığı bir gəncdən gedir. Bunu da qeyd etməliyik ki, nəfs istəklərinin qarşısının alınması dedikdə bütün istəklər nəzərdə tutulmur. Bə’zi istəklərin ödənməsi vacibdir.

    Həzrət Əli (ə) vəsiyyət etdiyi şəxsi "xəlifətil-əmvat”, yə’ni "ölülərin yerində qalmış” adlandırır. Vəsiyyət olunan şəxs vəsiyyət edən şəxsin özü kimi ölülər məskənində sakindir. Bir vaxt bu məskəndə yaşayanlar hazırda dünyadan köç etmişlər. Bu vəsiyyəti eşidən şəxs də ölülərin canişinidir. Vəsiyyətnaməni dinləyən bizlər də bu gün durduğumuz yerdə əbədi qalası deyilik.

    təslim əlaməti olaraq əllərini qaldırır, qəbul edir ki, ömür ötəridir və onunla mübarizə aparmaq əbəsdir.
     

    Vəsiyyətin davamında Həzrət Əli (ə) vəsiyyət edən şəxs kimi özünü belə tanıtdırır: "əzzaimi liddünya”, yə’ni bu vəsiyyət o şəxs tərəfindəndir ki, ömrü başa vurmuşdur və dünyaya məzəmmətlə baxır. Həzrət (ə) sanki öz vəsiyyətinin dünya bərbəzəyi haqqında olmadığını nəzərə çatdırır. O, dünyanı məzəmmət etdiyini önə çəkir. Ömrü başa çatmaqda olan, dünya həyatını xoşlamayan bir ata başqalarını dünya həyatının qədrini bilməyə, ondan daha çox ləzzət almağa çağıra bilərmi?! Əsla! Bu ata tövsiyyə edir ki, dünyanı yüksək məqamlı, sitayişə layiq bilməyək. O, dünyanı məzəmmət edir, ölülər məskənində sakin olduğunu bildirir. Yə’ni o, bir yerdə yaşayır ki, əvvəllər də orada yaşamışlar və hazırda həmin adamlardan əsər də yoxdur. O, tezliklə öləcəyini bildirir. Bizim yaşadığımız məkanda əvvəl minlərlə adam yaşamış və heç bir iz qoymadan dünyanı tərk etmişlər. Onların yerini tutmuş bizlər əbədi qalacağıqmı?! Şübhəsiz ki, biz də onlar kimi öləsiyik. Vəsiyyət edən ata da özünü həmin mövqedə görür. Ölülər karvanının ötüşdüyü yerdə qərar tutmuş bu ata özünü eyni mövqedə hiss edir. Hamı bu dayanacaqda nəfəsini dərib, yoluna davam edir. Həzrət (ə) də onların ardınca gedəcəyini bildirir. Həzrət Əli (ə) buyurur: "əzzaini ənha ğəda”, yə’ni vəsiyyət edən kəs sabah bu dayanacaqdan köçəcəkdir.  Müvəqqəti olaraq bu karvansarada dayansa da, əvvəlki karvanlar tək yola düşəcəkdir.

    Bu bəyanlar vəsiyyət edən şəxsin mövqeyini müəyyənləşdirir. Onu tanımaq üçün uyğun vəsflərə, tə’birlərə nəzər salıb, düşünmək kifayətdir. Bu məqamda insan həmin vəsiyyətin onun özü üçün də faydalı olub-olmadığını müəyyən edə bilər.

     Mənbə: "Əbədi öyüd" kitabı


     

     
     
    Bölmə: ---
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nura | Status: | 17 Eylül 2014 09:07 | Qonaq | Şərh yazdı
    Allah her birinizden razi olsun, oxuyan gozleriniz var olsun. Allah yaninda deyerli qiymetli olasiniz insallah
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 16 Eylül 2014 23:37 | İstifadəçi | Şərh yazdı
    podzatylnik ALLH RAZI OLSUN BACIM MARAQLI MELUMATDR tost
    ALLAH BUTUN EHLIBEYT YOLUNDA BIR CEKDIYIN EZIYYETININ  EVEZINI MIN VERSIN  IN SE ALLAH AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 16 Eylül 2014 22:57 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: imam zaman nokeri | Status: İstifadəçi Offline | 16 Eylül 2014 22:15 | İstifadəçi | Şərh yazdı
    podzatylnik ALLAH razi olsun heqiqeten cox maraqli idi.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.