Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Vəsiyyət edənin kimliyi tanıtdırıldıqdan və vəsiyyət olunan şəxsin xüsusiyyətləri sadalandıqdan sonra Həzrət (ə) vəsiyyətnamənin səbəbi, vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılıq haqqında buyurur: "əmma bə’d, fəinnə fima təbəyyəntu min nubarid-dünya ənni və cumuhid-dəhri ələyyə və iqbalil-axirəti iləyyə, ma yəzəuni ən zikri mən sivayə, vəl-ihtimami bima vərai...” ("Belə ki, dünyanın üz çevirməsini, dövranın azğınlığını, axirətin üz tutmasını gördükdə yalnız özümü düşünməli, arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki, fikrim sadiqanə aşkarlandı, nəfs istəklərimin ardınca getməyimin qarşısı alındı, həqiqət mənim üçün işi aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz param, bəlkə də, bütün varlığım kimi gördüm...”). Bu pir ata qarşıda onu gözləyən axirət həyatı haqqında düşündükdə öz övladını unutmalı idi. Amma o, bu övladı heç vəchlə unuda bilmir.
İmamların (ə) vahid bir vücud olduğunu nəzərə almasaq belə, təbiət e’tibarı ilə bu övlad pir atanın canparəsidir. Ata dünyadan gedəcəyini və öz övladının onun yerində canişin qalacağını düşünərkən övladında həyat davam edəcəyini zənn edir. Bu vaxt o, övladını öz vücudu, özünü onda əbədi görür. Həzrət (ə) dinləyicinin diqqətini cəlb etmək üçün belə danışır. O, özü üçün istədiyini övladı üçün də istəyir. Övladının qarşılaşacağı çətinlikləri öz çətinliyi hesab edir, onun ölümünü öz ölümü kimi dəyərləndirir.
Bildiyiniz kimi, insan öz həyatındakı bə’zi işlərə daha çox əhəmiyyət verir. Amma başqa işlərə e’tinasız yanaşır, onların fərqinə varmır. Həzrət (ə) bildirir ki, özü üçün əhəmiyyətli saydıqlarını övladı üçün də əhəmiyyətli bilir. O, bu vəsiyyətnaməni yazmaqla övladına sığınacaq yaradır. Çünki bu vəsiyyət Həzrətin (ə) misilsiz təcrübəsinin nəticəsidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |