Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
"Vəsiyyət” sözü "sifariş” mə’nasında işlədilir. Araşdırdığımız mətndə həmin söz ölümdən sonraya aid olan fiqhi mə’nada deyil. Cümə namazının xütbəsində xətib "sizə təqva vəsiyyət edirəm” deyərkən bunu nəzərdə tutmur ki, onun ölümündən sonra insanlar təqvalı (pəhrizkar) olsunlar. Əmirəl-mö’mininin (ə) bu vəsiyyəti də onun ölümündən sonra yalnız yaxınlarının əməl etməsi üçün nəzərdə tutulmamışdır.
Həzrət Əli (ə) bu vəsiyyətin başlanğıcında şəxsiyyətini açıqlamaqla özünü təqdim edir. Öz mövqeyini və vəsiyyətin məqsədini nəzərə çatdırır. Vəsiyyət edən şəxsin kimliyi və hansı mövqedə olmasından danışılır. Sonra vəsiyyət edənlə vəsiyyət edilən şəxslər arasındakı əlaqəyə işarə olunur. Vəsiyyətin başlanğıcında onun qısa məzmunu yığcam şəkildə xatırladılır, sonra isə ətraflı şəkildə danışılır.
Həzrət Əlinin (ə) bəyanında düşünüləsi tərbiyəvi məqamlar olduqca əsrarəngizdir. Məsələlərə xüsusi üslubla yanaşma nəticəsində vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sadalanmış xüsusiyyətləri bə’zən düzgün anlaşılmır. Bu vəsiyyətdə Əmirəl-mö’minin (ə) haqqında zikr olunan sifətlər ilk baxışdan mə’sum imama layiq sifətlər deyil. Eləcə də imam Həsən Müctəbaya (ə) aid edilən sifətlər mə’sum imam məqamına uyuşmur. Buna görə də bə’ziləri bu vəsiyyətin imam Həsənə yox, Məhəmməd ibn Hənəfiyyəyə ünvanlandığını iddia edirlər. Onların nəzərincə, vəsiyyətdə sadalanan xüsusiyyətlər imamət məqamına layiq deyil. Zahirən, bu vəsiyyət mə’sum olmayan bir şəxsə ünvanlanmışdır. Vəsiyyətin bəyan keyfiyyəti onun haqqında yanlış təsəvvür yaratmış, zəif imanlı insanlar bu rəvayəti imamların mə’sum olmamasına dəlil gətirmişlər. Onlar bildirirlər ki, imamlar özlərini mə’sum hesab etməmişlər və onların məqamı şiələr tərəfindən şişirdilmişdir. Guya imamlar özlərini qeybi elm və paklıq sahibi saymamışlar. Guya onların vəsiyyətləri də sübut edir ki, onlar özlərini adi, xətakar, bə’zən isə nadan bilmişlər. Bu iddiada olanlar uyğun vəsiyyətin ilk ifadələrini öz iddialarına dəlil göstərirlər. Məsələn, "tacirul-ğürur” ("hiylə və yalan sövdəgəri”) və "səriiş-şəhəvat” ("nəfs istəklərinə məğlub”) tə’birlərinin imam Həsənə (ə) ünvanlanması paklıq məqamı ilə uyuşmur. Əgər imamın müraciət etdiyi şəxs mə’sum olarsa, şübhəsiz ki, belə tə’birlər yanlış olar. Əgər həzrət Əli (ə) öz vəsiyyət etdiyi şəxsi "nəfs istəklərinə məğlub” adlandırırsa, demək, həmin şəxs şəhvətlərlə mübarizə meydanında məğlub olmuşdur. Hansı ki, belə tə’birlər imam Həsənin (ə) məqamı ilə uyuşmur. Belə çıxır ki, ya vəsiyyət imam Həsənə (ə) ünvanlanmamışdır, ya da bə’zilərinin düşündüyü kimi, imamlar üçün mə’sumluq zəruri deyil. Əslində isə hər iki yanaşma yanlışdır.
Rəvayətin mətnindəki ali və ilahi məziyyətlər, onu nəql edənlərin mö’təbərliyi ciddi əsas verir ki, həqiqətən də imam (ə) belə bir vəsiyyət etmişdir. Digər bir tərəfdən, vəsiyyətnamənin tə’birləri haqqında düşündükdə həmin iki yanaşmanın yanlışlığı aşkar olur.
Həzrət Əli (ə) bu vəsiyyəti hamının istifadə edəcəyi şəkildə bəyan etmişdir. Əgər Həzrət (ə) bir mə’sum imam adından digər mə’sum imamı nəsihət etsəydi, mə’sumluq məqamına uyğun tə’birlər işlədərdi. Həmin halda adi adamlar fövqəladə zərif nöqtələri anlamaz, vəsiyyətdən faydalana bilməzdilər. Ali səviyyədə bəyan olunmuş mətləblərdən bəhrələnmək bizim üçün müyəssər olmayan bir işdir. Təsəvvür edin ki, iki mə’sum şəxs bir-birlərinə tövsiyyə verir. Bu insanlar ilahi elmdən xəbərdar olduqlarından elə tə’birlər işlədəcəklər ki, bu tövsiyyələrin başqaları üçün heç bir faydası olmayacaq. Onda həmin sözləri hamı mə’sumlara aid bilər və faydalanmazdı.
Həqiqətdə isə öz mə’sum övladına müraciət edən Əmirəl-mö’mininin (ə) əsas məqsədi bütün insanların bu vəsiyyətdən faydalanmasıdır. İmam Həsən (ə) belə bir vəsiyyətə ehtiyaclı olmaya da bilərdi.
Başlanğıcda vəsiyyət edənin mövqeyini müəyyən edən bəyanatda daha sonra vəsiyyət olunanın mövqeyi müəyyənləşdirilir. Bununla da Həzrət (ə) öz mə’mumuna vəsiyyət etmədiyini nəzərə çatdırır. Vəsiyyət olunan şəxsin mə’sum və ya qeyri-mə’sum olmasından asılı olmayaraq, imam (ə) "bu, ölümə yaxın bir atanın öyüdüdür”, buyurur. Maraqlıdır ki, vəsiyyət olunan şəxsin kimliyinin bəyanı onun bu xüsusiyyətlərə malik istənilən bir adama aid olduğunu aşkar göstərir.
Mənbə: "Əbədi öyüd" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |