Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Vəsiyyətnamənin davamında həzrət Əli (ə) dünya keşməkeşlərindən ibrət götürməyə çağırır: "Həzzirhu səvlətəd-dəhri və fuhşə təqəllubihi və təqəllübəl-ləyali vəl-əyyami.” ("qəlbinə dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır”) Dövran insanı məğlub etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və heç vaxt qane olmur. Bir çox qüdrətli insanlar dövrün hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona görə də insan bu hücumlardan həzər qılmalıdır. Dünyanın hücumları çox təhlükəlidir. Bə’zi insanlar ehtiyatsızlıq səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün qüdrət zirvəsində xumarlanan, sabah miskin bir varlığa çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mə’nəvi yönlərə də aiddir. Elmdə, təqvada, mə’nəviyyatda, irfanda çox ali mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa bir müddət ərzində ağlasığmaz bədbəxtliyə düçar olmuş, bütün qazanclarını əldən vermişlər. Qısa ömür ərzində başımıza elə hadisələr gəlir ki, əvvəlcədən bu hadisələri təsəvvür edə bilməzdik. İnanmaq olmur ki, böyük insanlıq məqamına yüksəlmiş bir şəxsiyyət qısa bir zamanda ən alçaq heyvan səviyyəsinə enir. Amma bütün bunlar aşkar həqiqətlərdir. Bəli, hər an bu hadisələri gözləməliyik. Bu hadisələr bizi qəfil yaxaladıqda bütün varlığımız təhlükə altına düşür. Hər birimizin yolu üstə dayanmış bu hadisələrdən həzər qılmalıyıq. Onlardan ibrət götürmək, arxayınlaşmamaq lazımdır. Pusquda durmuş bəlalara diqqətsizlik həyatımızı puça çıxara bilər.
Mənbə: "Əbədi öyüd” kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |