Ağıldan İstifadənin əhəmiyyəti, Allah zikri və qəflətdən həzər
Me’rac hədisində Allah-təala ilə həzrət Peyğəmbər (s) arasındakı söhbətlərin rəngarəng üsulu danışıqda bəlağətin bir növüdür. Eyni bir üslubda söhbət yorucu olur. Rəngarəng üslublardan istifadə edildikdə isə söhbət təravətli və canlı olur.
Uyğun hədisin son iki bəhsində insana şirin və davamlı həyat bəxş edən sifətlərdən danışıldı. Bu xüsusiyyətlərlə yanaşı riza aşiqlərinin başqa xüsusiyyətləri də araşdırıldı. Hədisin bu hissəsində danışıq üslubu dəyişir və Allah-təala peyğəmbərə bir neçə tövsiyə verərək buyurur: "Ey Məhəmməd, sə’yini bir istiqamətdə yönəlt və dilini bir halda qərar ver. Bədənini diri saxla və heç vaxt qafil olma. Məndən qəflətdə olanların hansı vadidə həlak olacağı mənim üçün mühüm deyil.” Tövsiyələrdən belə bir nəticəyə gəlmək olmaz ki, insanın dünyada yalnız bir məqsədi olmalıdır. Məqsəd odur ki, insan yalnız Allahın razılığı intizarında olmalıdır. İstər ictimai, istər fərdi, istər maddi, istərsə də mə’nəvi işlərdə Allahın razılığı əsas götürülməlidir. Rəvayətdə tövsiyə olunur ki, insan gah dünya, gah da axirət ardınca qaçmamalıdır. Onun bütün sə’y və təlaşı Allahın razılığını qazanmaq istiqamətində yönəlməlidir.
Şirk (Allaha şərik qoşma) səbəbindən insan həm Allahı istəyir, həm də başqalarını. Bu xüsusiyyət onun əməl və rəftarında da öz tə’sirini qoyur. İnsan şəraitə uyğun danışmağa və hərəkət etməyə başlayır. Belələrinin əsas məqsədi istənilən bir vasitə ilə başqalarının diqqətini cəlb etməkdir. Axirət əhli isə belə deyil.
Sonra Allah qəflətin bəlası kimi pis aqibəti bəyan edir. Allahı yaddan çıxaran insan istənilən bir fəlakətə düçar ola bilər. Allahın varlıq aləmindəki qaydalarına görə insan azaddır. Allahın buyuruqları isə sadəcə insanı qəflətdən oyatmaq üçündür. Qur’ani-kərimdə oxuyuruq: "Allahın zikrindən dönənə şeytanı urcah edərik ki, onunla yoldaş olsun.” Şeytan Allahı zikr edən insana heç vəchlə yol tapa bilməz. Qur’anda oxuyuruq: "Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə haqq yolda olduqlarını güman edərlər.”
Me’rac hədisinin davamında oxuyuruq: "Ey Məhəmməd, ağlını əlindən çıxmamış işə sal. Ağlından istifadə edən kəs xəta, tüğyan etməz.” Bəli, ağılından bəhrələnən insan hədləri tanıyır və riayət edir. Ağılını bir kənara qoyan insan isə həddi aşaraq şəhvət və ya qəzəbə məğlub olur.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi