» » İlahi buyuruqlarda qəlbin həyatı və Allah dostlarının səciyyələri haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İlahi buyuruqlarda qəlbin həyatı və Allah dostlarının səciyyələri haqqında
+5
Müəllif: RuQeYyA | 11-05-2015, 16:30 | Baxılıb: 1 222
 
 
İlahi buyuruqlarda qəlbin həyatı və Allah dostlarının səciyyələri haqqında
 
"(Azğın) qəlbini Allah qorxusu (xəşyət-zərər yox, kiçiklik qorxusu) ilə öldür. Libasların köhnə, qəlbin təzə və təravətli olsun. Yer əhlinə tanınma, mələklər və göy əhlinə tanın. Evin döşənəcəyi ol (şöhrətdən çəkin). Gecənin çırağı ol (gecə oyaq qal, çıraq tək işıq saç). Hüzurumda səbirlilər tək qunut tut (hövsələ ilə raz-niyaza dur). İbadət zamanı günahlarının çoxluğuna görə qarşımda günahkar, düşmənindən qaçan kəs kimi nalə çək. Həmin halda məndən yardım dilə. Çünki mən ən yaxşı yardımçı, yardım istənilən ən üstün kəsəm.”
Allah qorxusunun insan qəlbinə təsiri
Allah-taala həzrət Musaya tövsiyə edir ki, qəlbini Allah qorxusu ilə öldürsün. Mətndə qorxu mənası "xəşyət” sözü ilə ifadə olunmuşdur. "Xəşyət” və "xof” sözləri arasında bir o qədər də fərq yoxdur. Ayə və rəvayətləri nəzərdən keçirdikdə uyğun təbirlər arasında nəzərə çarpacaq fərq görünmür. Hətta bu sözlər bir-birinin əvəzinə də işlənir. Amma dəqiq təhlillə onları bir-birindən fərqləndirmək olur. "Xəşyət” dedikdə insanın əzəmətli bir varlıq qarşısında öz kiçikliyini hiss etməsi başa düşülür. Məsələn, insan Allahın əzəmətini dərk etdiyi vaxt onda təvazö hissi yaranır. Allah özü insanın daxilində belə bir hal üçün zəmin yaratmışdır. Əlbəttə ki, bu hiss təkcə bəşər övladına aid deyil. Başqa canlı varlıqlar da özündən böyük varlıq qarşısında kiçiklik hiss edir. Amma "xof” dedikdə zərər qorxusu nəzərdə tutulur. Allah qarşısında xof dedikdə pis əməllərdən qaynaqlanan əzaba görə qorxu nəzərdə tutulur. Allah qorxusu ilahi hüzurun dərki və məbuda diqqət üçün şərtdir. Bu qorxu əməl və rəftara münasibətdə qəfləti aradan qaldırır. Allah qorxusu bir çox ayə və rəvayətlərdə mədh olunmuş sifətdir. Müəyyən ayələrə əsasən peyğəmbərlərin göstərişlərindən faydalanmaq və əbədi səadətə çatmaq üçün Allah qorxusu şərtdir: Sən yalnız Allah ayələrinə tabe olan və xəlvətdə mehriban Allahdan qorxan kəsi qorxuda bilərsən. Beləsini Allahın böyük əcri ilə müjdələ.”("Yasin”, 11)
Hədisin bu hissəsində qəlbin Allah qorxusu ilə öldürülməsindən və bunun ardınca onun təravətindən danışılır. Qəlbin təravəti dedikdə onun diriliyi nəzərdə tutulur. Məsələnin batininə varmadıqda bu iki nöqtə bir-birinə zidd görünür. Ayə və rəvayətlərdə zahirən bir-birinə zidd görünən qəlbə aid sifətlər çoxdur. Yalnız düşüncə və araşdırmalar vasitəsi ilə buradakı uyğunluğu hiss etmək olar. Hazırkı hədisdə də zahirən uyuşmayan nöqtələr nəzərə çarpır. Bir tərəfdən Allah qorxusu ilə qəlbi öldürməkdən, digər tərəfdən onu diriltməkdən danışılır. Yəni bir tərəfdən qəlbin öldürülməsi, digər tərəfdən onun dirildilməsi istənilir. Əmirəl-möminin Əli (ə) imam Həsən Müctəbaya (ə) buyurur: "Qəlbini moizə-nəsihətlə dirilt, paklıqla öldür.”("Nəhcül-bəlağə”, 31-ci məktub) Həzrət hazırkı buyuruğunda qəlbi moizə-nəsihət vasitəsi ilə diriltməyi tapşırır. Şübhəsiz ki, insanda Allah qorxusu yaradan moizə nəzərdə tutulur. Həzrət sözünün davamında buyurur ki, qəlbini paklıqla öldür. Başqa bir hədisdə də Allah-taalanın belə bir buyuruğu ilə rastlaşırıq: qəlbini Allah qorxusu ilə öldür.” Maraqlıdır, qəlbi öldürmək, həm də diriltmək tapşırıqları bir-birinə zidd deyilmi? Allah-taala Quranın nazil olma fəlsəfəsi haqqında buyurur: "(Quran nazil oldu ki) kim (qəlbən) dirisə qorxutsun və kafirlərə münasibətdə (Allahın) buyuruğu gerçəkləşsin.”("Yasin”, 70)
Bu ayədə ilahi öyüd-nəsihəti dinləyib, qəlbini ilahi hidayət nuru ilə işıqlandıran şəxs diri qəlbli insan kimi tanıtdırılır. Ayədən məlum olur ki, Allah insanın diri qəlbli olmasını istəyir. Başqa bir ayədə Allah-taala başqalarının düşdüyü əzabdan ibrət götürən bəndəni diri qəlbli kimi tanıtdırır: "Şübhəsiz, bu cəzalarda qəlb sahibi və dinləyib şahid olan üçün ibrət və xəbərdarlıq var.” ("Qaf”, 37)
Ayədən məlum olur ki, insanlar iki qisimdir: birinci qisimdən olanlar qəlb sahibidirlər, öyüd-nəsihətdən bəhrələnirlər, ilahi əzab onları oyadır. İkinci qisimdən olanlar isə qafillərdir və onların qəlbləri yoxdur. Şübhəsiz ki, burada sənubər şəkilli maddi ürək nəzərdə tutulmur. Rəvayətdə düşüncə və hisslərin mərkəzi olan qəlbə də işarə olunmamışdır. Çünki müsbət və mənfi hisslərdən məhrum insan olmur.
Zidd sifətlərin qəlbə aid edilməsinin izahı
Dini mətnlərdə zidd sifətlərin qəlbə aid edilməsi, bəzilərinin qəlb sahibi kimi, bəzilərinin qəlbdən məhrum kimi tanıtdırılması sual doğurur. Sualı belə cavablandırmaq olar: "Qəlb”, "nəfs” kimi sözlərin müxtəlif mənaları var. Ardıcıllıq, uyğunluq və söhbətin məzmunundan nəzərdə tutulmuş mənanı müəyyənləşdirmək olar. Ötən söhbətdə qeyd olunduğu kimi, qəlbin üç səciyyəsi və işlənmə yeri var:
1. Qəlb düşüncə, idrak və ağıl mərkəzidir. İnsan qəlb vasitəsi ilə düşünüb təhlil aparır. Allah düşüncəni qəlbə məxsus səciyyə sayır: "Məgər yer üzündə gəzmirlərmi ki, vasitəsi ilə düşünəcəkləri qəlbləri olsun?”("Həcc”, 46)
2. Verilmə (şühudi, hüzuri) biliklər qəlb vasitəsi ilə əldə olunur. Bu biliklərin qəbulu qazanılma (hüsuli) elmin qəbulundan fərqlənir. Dini mənbələrdə qəlbə verilən biliklər "röyət” adlandırılmışdır. Əmirəl-möminin (ə) qəlbin bu xüsusiyyəti haqqında buyurur: "Gözlər onu cisim kimi görməzlər. Amma qəlblər həqiqi iman sayəsində onu dərk edər.”(Nəhcül-bəlağə”, xütbə 179)
3. Qəlbin üçüncü işi hiss və duyğular mərkəzi olmasıdır.
Qəlbin üç işi ilə tanış olduqdan sonra aydınlaşır ki, sağlam və diri qəlb dedikdə bəyənilmiş düşüncə və biliyə sahib olan qəlb nəzərdə tutulur. Belə bir qəlbin ruhani şahidlik istedadı da olmalıdır. Onun müsbət hiss və duyğularla yaşaması da zəruridir. Başqalarına münasibətdə düşmənçilik də hiss sayılır. Amma bu qəbil hisslər bəyənilməmişdir. Sağlam qəlb düzgün istiqamətdə istifadə edilən qəlbdir. Onun düşüncəsi, hiss və duyğuları pakdır. Əksinə, bəyənilməmiş düşüncə və hisslərə sahib olan qəlb qəlb sayılmır. Dini mənbələrdə həqiqəti görməyən göz kor kimi tanıtdırılır. Beləcə, həqiqətləri dərk etməyən qəlb də sağlam qəlb sayılmır və kor kimi tanıtdırılır: "Həqiqətən, gözlər yox, sinələrdəki qəlblər kordur.”("Həcc”, 46)
Qəlb üçün arzulanan həyatın səciyyələri
Sual olunur ki, qəlb üçün həyat üstündür, yoxsa ölüm? Sualın cavabında qeyd etməliyik ki, qəlbin fərqli həyatları var. Bəzən qəlbin həyatı səmərəli olur, insan bu həyat sayəsində kamala çatır. Şübhəsiz ki, belə bir həyat arzulanandır. Amma bəzən qəlbin həyatı məstlik və qəflət kimi təsirlərə malik olur. Əlbəttə ki, qəlb üçün belə bir həyat bəyənilmir. Uyğun vəziyyətdə qəlb üçün ölüm həyatdan üstün sayılır. İnsan üçün həyat o zaman faydalı olur ki, bu həyatın arzulanan nəticələri olsun. Əks təqdirdə həyat faydasızdır və ölüm ondan üstün sayılır. Bir həyatda ki, insanı dəyərli edən, onu kamala çatdıran istedadlar çiçəklənmir, belə bir həyatı həyat adlandırmaq olmaz. Allah-taala bu nöqtəni işıqlandırmaq üçün cəhənnəm əhlinin həyatını təsvir edir: "Bir vaxt ki, orada (odda) nə ölərlər, nə də yaşayarlar.”(Ə’la”, 13)
Cəhənnəm oduna düçar olan kəs ölmür. Axı ölü odu hiss edə bilməz. Amma Quran baxımından belə bir insan diri də deyil. Çünki qiyamətdə yalnız Allahın razılığını qazananlar, behişt nemətinə çatanlar həqiqi həyat sürür. Qiyamətdə əzab çəkən isə gerçək həyatdan məhrumdur.
Arzulanan təsirlərə, inkişaf zəmininə malik olan həyat həyat sayılır. İnsanın gerçək ehtiyacları yalnız belə bir həyatda təmin olunur. Bu həyat insanı ali kamilliklərə çatdırır. Quran insanları məhz belə bir həyata dəvət edir. Quran belə bir həyatı nəzərdə tutaraq öncə qəflət içində olmuş insanlara minnət qoyub bildirir ki, peyğəmbərlər və hidayət göndərməklə insanlara həyat verilmişdir: "(Qəlbi) öldüyü vaxt diriltdiyimiz, xalq arasında getməsi üçün nur qərar verdiyimiz kəs qaranlıqda yol gedib ondan çıxmayası şəxs kimidirmi?”("Ən’am”, 122)
Bəli, Quran baxımından, həqiqi həyat nurludur və bu nur düzgün həyat yolunu işıqlandırır. Həmin nur sayəsində insan öz xeyir-ziyanını tanıyır, bəsirətlə öz xoşbəxtliyinə doğru addım atır. Amma şəhvətlər, maddi ləzzətlər, həqiqətdən xəbərsizlik içində ötüşən heyvani həyat əsil ölümdür. Belə bir rəzil həyatı yaşamaqla insan xoşbəxtlik və səadətdən məhrum olur, Allah elçilərinin tövsiyələrindən faydalana bilmir. Allahın böyük peyğəmbərlərinin təkidləri də belə bir qəlbi oyatmır. Allah-taala peyğəmbərinə təsəlli verərək buyurur:"Sən arxa çevirdikləri bir vaxt ölüləri eşidən edib karlara dəvət səsini çatdıra bilməzsən. Sən korlara yol göstərən deyilsən, onlara eşitdirə bilməzsən. Yalnız ayələrimizə iman gətirənlər, müsəlmanlar istisnadır.” ("Qəsəs”, 76)
 
Kitabın adı: İlahi nəsihətlər
Müəllif: Usdad Misbah Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 11 Mayıs 2015 18:00 | Redaktor | Şərh yazdı
Allah köməyin olsun əziz bacım.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 11 Mayıs 2015 16:46 | İstifadəçi | Şərh yazdı
Allah  razi  olsun bacim cox  gozel  sozlerdir ellerin var olsun ,Eledir gerey  biz  bendeleri  hec bir vaxt  Allahi yadimizdan cixarmayaq, her saniye ureyimizde qorxu  olmalidir Allahim biz  sene  tevekkul edirig ve penah   apaririq. Allah  butun insanli  haqqin yolundan azdirmasin in se Allah  amin Allah.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.