» » Davamlı həyatın xüsusiyyətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Davamlı həyatın xüsusiyyətləri
    0
    Müəllif: Ewqi_Kerbela | 18-07-2015, 14:00 | Baxılıb: 883
     
     
    Davamlı həyatın xüsusiyyətləri

    Əslində namaz və digər ibadətlərin nəticəsi bir o qədər də gec əldə olunmur. Axı dünya həyatımız nə qədər uzun olsa da, axirətlə müqayisədə bir göz qırpımına bənzəyir. Əgər insan dünya və axirət ləzzətlərini bir-biri ilə müqayisə edə bilsə, anlayar ki, dünya ləzzətləri ötəri olduğundan axirət ləzzətləri ilə müqayisəyə gələ bilməz.
    Şəksiz ki, dünyada hər hansı bir işdən ləzzət almaq üçün əvvəlcə xeyli zəhmət çəkmək lazım gəlir. Axı bir tikə quru çörək də zəhmətsiz əldə olunmur. Ona görə də insan gecə-gündüz tər axıdaraq, dünya ləzzətlərindən daha çox faydalanmağa çalışır. Amma yuxusuna haram qatıb gecə-gündüz min bir əzab-əziyyətə qatlaşan insan yaxşı bilir ki, dünya ləzzətləri ötəridir. Bütün bu incəlikləri bilə-bilə, əbədi axirət ne’mətlərindən ötəri iki rəkət namaz qılmaq ağırdırmı?!
    Dünya və axirəti müqayisə edib düzgün nəticə çıxara bilən adam ibadət çətinliklərinə dözür, Allahı lazımınca tanıdıqda isə ibadətdən misilsiz bir ləzzət də alır.
    Demək, ibadət zəhmətini qəbul etmək üçün ilk öncə dünya və axirət həyatlarını müqayisə edib, onların həqiqi dəyərindən xəbərdar olmaq lazımdır.
    Rəvayətdən mə’lum olur ki, insan özünü hər nədən çox sevir və hətta başqalarına sevgisindən də bir ləzzət umur. Demək, insanın bütün münasibətləri özünəsevgi və daha çox ləzzət əldə etmək prinsipi üzərində qurulmuşdur. Amma insanın özünü sevməsi azdır. Xoşbəxt olmaq üçün düzgün həyat yolunu müəyyənləşdirmək lazımdır. Əslində özünü sevən insan xeyirə can atmalı və zərərli işlərdən çəkinməlidir. Əgər insan xeyirli və zərərli işləri düzgün dəyərləndirə bilsə, dünya onun nəzərində əhəmiyyətsiz görünər. O anlayar ki, əbədi axirəti qoyub müvəqqəti dünyaya əsir olmaq onun ziyanınadır. Qur’an ayələrində axirətin daha xeyirli olduğu təkrar-təkrar insanların nəzərinə çatdırılır. Həzrət Əli (ə) buyurur: "Ötən vaxtlarda, ilahi dəyərlər əsasında qardaş olduğum bir dost vardı. (Olsun ki, həzrət Əbuzəri nəzərdə tutur) Dünyanı kiçik sayması onu mənim nəzərimdə böyütmüşdü.” Həzrət Əlinin (ə) nəzərində o insanlar böyükdür ki, dünya onların nəzərində kiçikdir. Yə’ni dünyanın axirətlə müqayisədə əhəmiyyətsiz olduğunu anlamaq böyük insanlara xas xüsusiyyətdir. Öz xeyirini düşünən insan ötəri dünyaya aldanıb axirəti əldən çıxarmamalıdır. Əlbəttə ki, dünya və axirəti müqayisə etmək kifayət deyil. İnsan çalışıb elə bir mərtəbəyə çatmalıdır ki, ilahi əmrlərin icrası ona çətin gəlməsin. Belə bir məqama çatan insan seçim qarşısında qaldıqda Allahın üstün tutduğu işi tərəddüd etmədən üstün tutur.
    Hədisin davamında oxuyuruq: "Mənim istəyimi seçir, mənim razılığıma üstünlük verir, haqqımı böyük sayır, unutmur ki, mən onun bütün əməllərini görürəm və gecə-gündüz günah etməməyə çalışır.” İnsanın mə’nəvi təkamülə çatmaq üçün keçdiyi yol dünya və axirətin müqayisəsindən başlayır. Nəhayətdə insan əbədi səadəti seçmək qərarına gəlir. Belə bir insan Allahın razılığını düşünməli və Allahın istəyincə hərəkət etməlidir. Əgər insan Allahın onu daim gördüyünə inansa, mümkün günahlardan çəkinər. Axı imanlı insan körpə uşağın yanında günah etmədiyi halda, Allahın hüzurunda necə günah edə bilər?! Deyilənlər təkcə zahiri əzalara, gözə, qulağa, dilə, ayağa aid deyil. İnsan öz qəlbini də günah fikirlərdən qorumalıdır. Hədisdə buyurulur: "Qəlbini mənim xoşlamadığım fikirlərdən pak et.” Mərhum Seyyid Mürtəza qardaşı Seyyid Rəziyə deyir: "Yaxşı olar ki, günah etməmiş şəxs pişnamaz olsun.” Seyyid Rəzi qardaşının cavabında deyir: "Yaxşı olar ki, günah fikrinə düşməmiş insan pişnamaz olsun.”
    Hədisin davamında Allah-təala buyurur: "Mö’min insan şeytan və onun vəsvəsələrini düşmən tutur, iblis üçün qəlbinə və düşüncəsinə nüfuz yolu saxlamır.” Bəli, mö’min insan şeytanın ona hücuma keçdiyini hiss etdiyi vaxt mübarizə aparır, düşüncəsini və qəlbini onun vəsvəsəsindən qoruyur. Mö’min üçün şeytani düşüncələr də günah əməl kimi həzər qılınası işdir.
     
    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.