» » Dünya və axirət İstəyinin mahiyyəati, bu iki İstəyin mərhələləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dünya və axirət İstəyinin mahiyyəati, bu iki İstəyin mərhələləri
    +5
    Müəllif: Ewqi_Kerbela | 26-06-2015, 14:00 | Baxılıb: 1 242
     
     
    Dünya və axirət İstəyinin mahiyyəati, bu iki İstəyin mərhələləri
     
    Me’rac hədisinin davamında Allah-təala öz peyğəmbərinə belə xitab edir: "Ey Məhəmməd, dünya və onun əhlini düşmən, axirət və onun əhlini dost tut.” Qeyd etməliyik ki, ayə və rəvayətlərdə məzəmmət olunan dünya axirətə aparan dünya yox, son məqsəd olan dünyadır. Yə’ni ayə və rəvayətlərdə dünya əhli  deyildikdə dünyada yaşayan insanlar yox, dünya və onun ne’mətlərinə əsir olmuş insanlar nəzərdə tutulur. Əgər dünya ne’mətləri, eləcə də su, torpaq, səma Allahın ayətləridirsə, onlara məhəbbət necə məzəmmət oluna bilər?! Bundan əlavə yer üzündə məscidlər, mə’bədlər, barigahlar kimi müqəddəs yerlər mövcuddur. Əlbəttə ki, bu sayaq müqəddəs məkanlara məhəbbət məzəmmət oluna bilməz. Əgər axirətdə cəhənnəm varsa, cəhənnəmdə üsyankar insanlar varsa, axirət əhli dedikdə də bütün axirət əhli nəzərdə tutulmamışdır. Məgər cəhənnəm və cəhənnəm əhli sevgiyə layiqdirmi?!
    Məzəmmət olunan dünya əhli sonməqsədi dünya olan, dünya ləzzətlərindən savay fikir-zikri olmayan insanlardır. Dünya ləzzətləri ardınca qaçıb, axirət haqında düşünməyən insanlar, doğrudan da məzəmmətə layiqdir. Bir sözlə, dünyanı sevməyin də mərtəbələri, dərəcələri vardır. Bir qrup insan dünyaya pərəstiş edir və axirət aləminə arxa çevirir. Belə bir dəstənin qurtuluşuna heç bir ümid yoxdur. Allah-təala bu insanlar haqqında buyurur: "Bu kafirlər qiyaməti təkzib etdilər və biz cəhənnəm odunu qiyaməti təkzib edənlər üçün hazırlamışıq.” Dünyanı sevən bir başqa qrup isə axirət həyatına inansa da, bu iman onların əməlinə tə’sir etmir. Onlar dildə olmasa da, əməldə axirəti inkar etmiş olurlar. Əməldə sübuta yetirilməyən bir iman, təbii ki, səmərəsizdir. Belə bir iman susuz qalıb quruyan ağaca bənzəyir. Qur’ani-məciddə oxuyuruq: "Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətini görmürlərmi?! Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəlmişdi. Allah onlara zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər; Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha pis oldu.” İnandığına əməl etməyən insanın imanı asta-asta əldən çıxır və nəhayət, bu insan kafirlər zümrəsinə qatılır.
    Dünyanı sevənlər arasında elələri də var ki, axirətə inansalar da, dünyanı axirətdən üstün tuturlar. Onlarda həm dünyaya, həm də axirətə maraq vardır. Belələri haqqında Qur’anda buyurulur: "Onların bir qismi də günahlarına e’tiraf etdi. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.”
    Dünyamızda dünyanı sevənlərlə yanaşı axirəti sevənlər də vardır. Ayə və rəvayətlərdə axirət aşiqləri mədh olunmuşdur. Əlbəttə ki, axirət aşiqlərinin də dərəcələri  vardır. Axirət aşiqləri zümrəsində ilk dərəcəni dünyaya rəğbətsiz insanlar təşkil edir. Bu insanlar dünya həyatında Allahın göstərişlərinə əməl edir və Allahın razılığı əsasında yaşayırlar. Onlar dünyaya və onda olan ne’mətlərə Allahın nişanələri kimi baxırlar. Dünya həyatında olan bütün gözəlliklər onlara Allahı xatırladır. Əməli olaraq belə bir məqama çatmaq asan deyil. İnsanın dünyaya rəğbətsiz olması çətin əldə olunan bir xüsusiyyətdir. Axirət aşiqləri arasında behişt ne’məti arzusunda olanlarla yanaşı, öz xoşbəxtliyini Allahın razılığında, onunla ünsiyyətdə görənlər də var.
    Demək, ayə və rəvayətlərdə dünyaya əsir olan dünya əhli məzəmmət olunur və xoşbəxtliyini Allahın razılığında görən axirət əhli mədh edilir. Ayə və rəvayətlərdə dünya və axirət əhli müxtəlif sifətləri ilə yad edilir. Əgər bir insanda dünyapərəstlik sifətlərindən biri olarsa, bu onun dünyapərəstlər zümrəsindən hesab edilməsi üçün bəsdir. Əgər me’rac hədisində dünyapərəstlərin bir çox sifətləri sadalanmışdırsa, özümüzdə bu sifətlərdən birini gördükdə həyəcan təbili çalıb tə’cili tədbir görməliyik. Eləcə də, axirət əhli üçün sadalanmış sifətlərdən bə’zilərini özümüzdə görmədikdə düşdünməməliyik ki, biz dünya əhliyik. Çünki həm dünya, həm də axirət əhlinin müxtəlif mərtəbələri vardır. Ayə və rəvayətlərdə dünyapərəstlik küfrə bərabər sayılmış, dünyapərəstlərə əbədi əzab və’d edilmişdir. Axirət əhlinə isə axirət ne’mətləri və əbədi səadət və’d edilir. Ayə və rəvayətlərdə bu da bildirilir ki, Allah hər iki dəstənin öz yoluna davam etməsi üçün mövcud maneələri aradan qaldırır. Qur’ani-məciddə oxuyuruq: "Hər kəs fani dünyanı istəsə, dilədiyimizə dünya matahını verərik. Sonra isə cəhənnəmi ona nəsib edərik. O, cəhənnəmə qınanmış və qovulmuş bir vəziyyətdə daxil olar. Mö’min olub axirəti istəyən və onun uğrunda çalışanların da zəhməti qəbul olunar.”
    Qur’an buyurur ki, insanların bir qrupu bir anda ötüb-keçən dünyanı dost tutur və ondan sonranı düşünmürlər. Əlbəttə ki, Allah-təala bu insanlara bütün istədiklərini vermir. Dünyanın nizamına uyğun olaraq onların istəkləri həyata keçir. Allah hər kəsə öz ne’mətlərindən bir hissə verir. Demək, dünyapərəstlər heç də bütün arzularına çata bilmirlər. Dünya ne’mətlərinə əsir olub, onlardan cüzi bir hissəsini əldə edə bilən belələri əbədi əzaba düçar olur və məzəmmət olunmuş halda cəhənnəmə atılırlar. Ötəri dünya həvəsində olanların aqibəti belədir. Onlar cüzi və ötəri ne’mətlər xatirinə əbədi əzabı qəbul edirlər. Axirət aşiqləri isə öz zəhmətlərinin bəhrəsini görərək əbədi behiştlə mükafatlandırılırlar. Axirət həyatı arzusunda olanlar inanırlar ki, dünya həyatından sonra əbədi və dəyərli bir həyat vardır. Onlar bu inamlarını əmələ çevirərək axirət səadəti əldə etmək üçün çalışırlar. Maraqlıdır ki, əbədi axirəti qazanmaq üçün nə qədər zəhmət çəkmək lazım gəlir? Dünyapərəstlərə nəzər salın. Onlar ötəri dünya ləzzətləri üçün hansı əzab-əziyyətlərə dözmürlər?! Onlar dünya ləzzətlərindən daha çox faydalanmaq üçün gecə-gündüz tər tökürlər. Həzrət Əli (ə) gecədən sübhədək ibadət etməsinə, göz yaşları axıtmasına baxmayaraq buyurur: "Azuqə necə də az, yol necə də uzun...” Əlbəttə ki, axirət təlaşının şərti budur ki, bu təlaş Allaha imandan qaynaqlansın. Allah-təala bu halda buyurmur ki, biz behişti onlara verdik. Buyurur ki, onlara təlaşları müqabilində əta etdik. Sözsüz ki, saleh mö’minlərin mükafatı onların əməllərindən qat-qat böyük olur. Bu barədə buyurulur: "Hər kəs yaxşı iş görsə, ona on qat mükafat verərik.” Başqa bir ayədə isə belə buyurulur: "Hər kəs yaxşı iş görsə, ondan da üstün bir mükafat alar.” Allah-təala behişt əhlinə təsəvvürə gəlməyəcək qədər mükafat verər. Bu ne’mətlərin qədərini və ləzzətini dərk etmək gücümüz yoxdur. Bütün bu ne’mətlər mö’minlər tərəfindən istənilmədiyi halda əta olunacaq. Çünki insan yalnız təsəvvür etdiyi şeyi istəyə bilər. Allah isə öz mö’min bəndələrini misilsiz ne’mətlərlə mükafatlandırmaq istəyir. Başqa bir ayədə buyurulur: "Gecəni oyaq qalanların (ibadət edənlərin) mükafatının hansı ne’mətlər və ləzzətlər olduğunu kimsə bilmir.”
     
    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.