» » Axirət əhlinin dünyapərəstlərdən mühüm fərqi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət əhlinin dünyapərəstlərdən mühüm fərqi
    +6
    Müəllif: Ewqi_Kerbela | 7-07-2015, 14:30 | Baxılıb: 1 221
     
     
     Axirət əhlinin dünyapərəstlərdən mühüm fərqi

    Axirət əhlinin on doqquzuncu xüsusiyyəti dünya və axirətin onların nəzərində fərqsiz, eyni olmasıdır. Bu xüsusiyyətin də o biri xüsusiyyətlər kimi mərtəbələri vardır. Dünyapərəstlərin isə axirətə etiqadı yoxdur və onlar yalnız dünya haqqında düşünürlər. Allah-təala onların dilindən buyurur: "Kafirlər deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyatımız yoxdur, ölürük və dirilirik, bizi öldürən ancaq ruzigardır...” Onlardan fərqli olaraq, axirət əhlinin bir dəstəsi ölümdən sonrakı həyata qəlbən inanır, amma onların inamı söz həddini aşmır. Bundan əlavə, onların axirətlə bağlı işlərində dünya rəngi olur. Məsələn, biz adətən gecə namazı qıldıqda dualarımızın qəbul olunacağını, ruzimizin artacağını gözləyirik. Bə’zən gecə namazı vasitəsi ilə xalqın da diqqətini cəlb etmək nəzərdə tutulur. Bəli, bizlər çox vaxt Allaha ibadəti dünya ne’mətlərinə çatmaq üçün vasitə seçirik. Qədr gecəsi oyaq qalırıq ki, dünya ilə bağlı hansısa arzularımız yerinə yetsin. Qədr gecəsində oyaq qalmaq və həmin gecənin ibadəti kimi əzəmətli pərəstişləri yalnız dünya işlərimizin yoluna qoyulması məqsədi ilə yerinə yetiririk. Mə’lum olur ki, bizlər axirət işlərini dünyamız xatirinə istəyirik. Yəni dünyanı nağd bilir və əldən çıxarmaq istəmirik. Övliyalar isə axirəti də nağd bilmişlər.
    Sübh iş dalınca gedib dolanışıq xərcini qazanmaq istəyən insan demir ki, indiki rahatlığım nağddır və özümü zəhmətə salmayacağam. Əksinə, ağıllı insanlar zəhmət çəkərək bə’zən neçə illər sonra həyata keçəcək məqsədlər yolunda çalışırlar. İnsan universitetə daxil olur ki, yalnız neçə illərdən sonra ixtisas qazanıb, qazanc əldə etsin. Yaxşı nəticə əldə etmək üçün bir neçə il zəhmət çəkilməsini ağıl qəbul edir. Demək, insanın dünyada axirət səadəti üçün çalışması ağılsızlıq deyil. Əksinə, belə bir iş sağlam ağılın hökmüdür.
    Bizlər dünya işlərinin nəticəsinə nə qədər inanırıqsa, övliyalar axirət işlərinin nəticəsinə bizdən də çox inanırlar. Çünki dünya işlərinin nəticəsinə bir o qədər də e’tibar yoxdur. Məsələn, əkin əkdiyimiz vaxt məhsul götürəcəyimizə əmin olmuruq. Çünki əkin sahəsinə min bir bəla gələ bilər. Bununla belə, insanlar əkir-becərir, gecə-gündüz zəhmət çəkib, nə vaxtsa bəhrə götürəcəklərini gözləyirlər. Əgər axirətə də bu qədər inanmış olsaydıq, axirət işlərini tə’xirə salmazdıq. Dünya işlərinin ləzzəti adətən bir saatdan çox çəkmir. Bu bir saatlıq ləzzətə çatmaqdan ötrü uzun müddət çalışırıq. Əgər əbədi axirət ləzzətlərinə çatmaqdan ötrü bir iş görmürüksə, demək, axirətə inamımız yoxdur. Güclü imana malik olan insan əbədi ne’mətləri qoyub, müvəqqəti ne’mətlər üçün ömrünü çürütməz.
    Axirət əhli üçün dünya ilə axirətin fərqi yoxdur. Onlar həm dünyadan, həm də axirətdən faydalanırlar. Onlar dünya işlərini götür-qoy etdikləri kimi, axirət işlərini də götür-qoy edirlər. Dünya və axirət işlərindən birini seçmək lazım gəldikdə onlar tərəddüd etmədən əbədi axirət ləzzətlərinə üstünlük verirlər. Əlbəttə ki, bu xüsusiyyətin üstün dərəcələri də vardır. Belə ki, axirət əhlinə aid olan bə’zi insanlar yalnız axirət haqqında düşünürlər.
    İmam Sadiq (ə) buyurur: "Bir gün həzrət Peyğəmbər (s) sübh namazını camaatla birlikdə qıldı, sonra nəzərləri məsciddəki bir cavana dikildi. Zeyd ibn Harisə adlı bu gənc başını aşağı salıb fikrə getmişdi. Onun rəngi saralmış, bədəni arıqlamış, gözləri çuxura düşmüşdü. Həzrət (s) ona buyurur: "Halın necədir?” Ərz etdi: "Ey Allahın rəsulu, mən yəqin əldə etmişəm.” Həzrət Peyğəmbər (s) onun sözlərindən xoşhal olub buyurdu: "Hər yəqinin bir mahiyyəti var. Sənin yəqininin mahiyyəti nədir?” Zeyd belə ərz etdi: "Ey Allahın rəsulu, bu yəqinlik məni qəmgin etmişdir. Yoldaşım gecələr oyaqlıq, isti günlər susuzluq olmuşdur. Dünya və onda olanlara rəğbətsiz olmuşam. Sanki xalqın sorğusu üçün bərpa olmuş Allahımın ərşini görürəm. İnsanlar hesab üçün toplanmışlar və mən də onların arasındayam. Sanki ne’mətlər içində qərq olmuş, kürsülərə söykənmiş behişt əhlini görürəm. Onlar bir-birlərini tanıtdırırlar. Sanki orada əzaba düşmüş, fəryad çəkən cəhənnəm əhlini görürəm...” Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: "Bu gənc Allah tərəfindən qəlbi iman nuru ilə işıqlandırılmış bir bəndədir.” Sonra həmin gəncə buyurdu ki, hansı haldasansa o halda da qal.” Gənc dedi: "Ey Allahın rəsulu, sənin yanında şəhadətə yetməyimi Allahdan istə.” Həzrət Peyğəmbər ona dua etdi. Çox keçmədi ki, həmin gənc peyğəmbərlə birlikdə savaşda iştirak etdi və şəhid oldu.
    Təsəvvür edin ki, bir şəxs evdə oturduğu halda, öz həyətindəki bağçanı təsəvvür edə bilir. O həyəti görməsə də, həyətin və həyətdəki ağacların olduğuna şübhə etmir. Axirət əhli behişti gözlə görə bilməsə də, onun varlığına zərrəcə şübhə etmir. Amma elə uca mərtəbəyə çatmış övliyalar var ki, behişti həqiqətən görürlər. Bəli, axirəti də dünya ilə yanaşı açıq-aşkar görən övliyalar vardır.
     

    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.