Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yaddan çıxmış təşəhhüd və səcdənin qəzası
Məsələ 1238: İnsan, unutduğu səcdənin qəzasını namazdan sonra edərkən, bədən və libasının pak olması, üzü qibləyə olmaq kimi, namazın bütün şərtlərinə sahib olması lazımdır.
Məsələ 1239: Əgər səcdəni bir neçə dəfə yaddan çıxarsa, məsələn, birinci rük`ətdən bir səcdə yaddan çıxarsa və ikinci rük`ətdən də bir səcdə yaddan çıxarsa, gərək namazdan sonra hər ikisinin qəzasını yerinə yetirsin və ehtiyat müstəhəbb odur ki, yaddan çıxan hər səcdə üçün bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1240: Əgər bir səcdə və təşəhhüdü yaddan çıxarsa, unudulmuş təşəhhüd üçün bir cüt səhv səcdəsi yerinə yetirsin. Amma unudulmuş səcdə üçün yaxşı olmasına baxmayaraq, layiq deyil.
Məsələ 1241: Əgər iki rük`ətdən iki səcdə yaddan çıxarsa, qəza edən zaman tərtibə riayət etməsi lazım deyildir.
Məsələ 1242: Namazın salamı ilə səcdənin qəzası arasında, namaz əsnasında qəsdən və ya unutqanlıqla edildiyi təqdirdə, namazı batil edən bir iş görərsə, məsələn; arxasını qibləyə çevirərsə, səcdənin qəzasını etdikdən sonra o namazı təkrarən qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 1243: Əgər namazın salamından sonra, son rük`ətin bir səcdəsini unutduğunu xatırlayarsa, əgər hədəs kimi namazı pozan bir iş baş verməyibsə, onu və ondan sonra olan təşəhhüd və salamı yerinə yetirsin və vacib-ehtiyata əsasən yersiz olan salam üçün iki səhv səcdəsi etməlidir.
Məsələ 1244: Əgər namazın salamı ilə səcdənin qəzası arasında səhv səcdəsi vacib olan bir iş görsə, məsələn, səhvən danışsa, vacib ehtiyata əsasən, gərək əvvəlcə səcdənin qəzasını etsin və sonra bir cüt səhv səcdəsi etsin.
Məsələ 1245: Əgər namaz əsnasında səcdəni, yoxsa təşəhhüdü unutduğunu bilməzsə, səcdənin qəzasını etməli və iki səhv səcdəsi yerinə yetirməlidir. Təşəhhüdü də qəza etməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1246: Səcdə və ya təşəhhüdü unudub-unutmadığı barədə şəkk edərsə, qəza və ya səhv səcdəsi vacib olmaz.
Məsələ 1247: Səcdəni unutduğunu bilib, sonrakı rük`ətin rükusundan qabaq onu xatırlayıb və yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, qəza etməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1248: Səcdəni qəza etməsi vacib olan bir şəxsə, başqa bir əməl səbəbindən də səhv səcdəsi vacib olarsa, vacib ehtiyata əsasən namazdan sonra, əvvəl səcdəni qəza etməli və sonra səhv səcdəsini yerinə yetirməlidir.
Məsələ 1249: Namazdan sonra, unutmuş olduğu səcdənin qəzasını yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, namazın vaxtı keçməmişdirsə, səcdəni qəza etməlidir. Hətta namazın vaxtı keçmiş olsa belə, vacib-ehtiyata əsasən qəza etməlidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |