Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Səhih olan şəkklər
Məsələ 1186: Bir neçə halda əgər dörd rük`ətli namazın rük`ətlərinin sayında şəkk etsə, gərək fikirləşsin, əgər şəkkin bir tərəfinə yəqin, yaxud güman tapsa, həmin tərəfi əsas götürüb, namazı tamam etsin və əgər belə olmasa, deyilmiş göstərişlə əməl etsin. O doqquz hal bunlardar:
1. İkinci səcdəyə getdikdən sonra, iki rük`ət, yaxud üç rük`ət qıldığı barədə şəkk edərsə, üç rük`ət qıldığını əsas götürməli və əlavə olaraq bir rük`ət də qılıb, namazı tamamlamalıdır. Namazdan sonra da ayaq üstə bir rük`ət ehtiyat namazı qılmalıdır, vacib ehtiyata əsasən oturan halda iki rük`ət kifayət deyildir.
2. İkinci səcdəyə daxil olandan sonra iki və dörd arasında şəkk etsə, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazdan sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın.
3. İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd arasında şəkk etsə, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazdan sonra iki rük`ət ayaq üstə və sonra iki rük`ət də oturan yerdə ehtiyat namazı qılsın.
4. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, namazı tamamlamalıdır. Namazdan sonra isə iki səhv səcdəsi yerinə yetirməlidir. Dördlə altı arasında şəkk etmək kimi, az tərəfi dörd rük`ət olan hər şəkkdə habelə, ikinci səcdəyə başladıqdan sonra, dörd rük`ətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman dörd rük`ət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yə`ni dörd rük`ətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rək`ətdən çox kimi ehtimalı olduğundan iki səhv səcdəsi yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən dörd şəkkdən birisi ilə qarşılaşsa, namazı batildir.
5. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturduğu yerdə ehtiyat namazı qılsın.
6. Ayaq üstə dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və namazın salamını versin. Bundan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın.
7. Ayaq üstə üç və beş rük`ət arasında şəkk etsə, gərək oturub təşəhhüdü oxusun və namazın salamını versin. Sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın.
8. Ayaq üstə üç, dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. İki rük`ət ayaq üstə və sonra iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın.
9. Ayaq üstə beş və altı rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. Sonra iki səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1187: Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, belə ki, namazın vaxtı dar olsa da, namazı başdan başlaya bilməsə, namazı sındırmamalı və deyilən göstərişə əməl etməlidir. Amma əgər namazın vaxtı geniş olarsa, namazı sındırıb yenidən başlaya bilər.
Məsələ 1188: Əgər insan namazda, ehtiyat namazı vacib olan şəkklərdən birilə qarşılaşarsa və bu halda namazı tamamlayarsa, ehtiyat müstəhəbb odur ki, ehtiyat namazı qılsın və ehtiyat namazını qılmadan namazı təzədən qılmasın. Əgər namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da vacib ehtiyata əsasən batildir. Amma namazı batil edən işlərdən sonra ikinci namaza məşğul olsa, ikinci namazı səhihdir.
Məsələ 1189: İnsan batil şəkklərdən biri ilə qarşılaşdıqda, əgər sonrakı hala keçdiyi təqdirdə, yəqin və ya zənn hasil olacağını bilirsə, onun batil şəkki namazın birinci iki rük`ətindəndirsə, şəkk halı ilə namazına davam etməsi caiz deyildir. Məsələn; əgər qiyam halında ikən bir rük`ət və ya daha çox qıldığında şəkk edərsə və rükuya getdiyi təqdirdə, bir tərəfə yəqin ya zənn edəcəyini bilirsə, bu halla rükuya getməsi caiz deyildir. Amma qalan batil şəkklərdə yəqin və ya zənn əldə etmək məqsədi ilə namazına davam edə bilər.
Məsələ 1190: Əgər əvvəl gümanı bir tərəfə çox olsa və sonradan nəzərində hər iki tərəf eyni olsa, gərək şəkkin göstərişinə əməl etsin. Əgər əvvəl nəzərində hər iki tərəf eyni olsa, vəzifəsi hansı tərəfədirsə, o tərəfə hesab etsin və sonra onun gümanı digər tərəfə getsə, gərək həmin tərəfi əsas tutsun və namazı tamam etsin.
Məsələ 1191: Zənninin bir tərəfə çox, yoxsa hər iki tərəfə də bərabər olduğunu bilməyən şəxs, şəkkin göstərişinə əsasən əməl etməlidir.
Məsələ 1192: Əgər namazdan sonra, namazda ikən, məsələn; iki rük`ət, yoxsa üç rük`ət qıldığına dair tərəddüd edib, üç rük`ət qəbul etdiyini bilir, amma üç rük`ət qıldığınımı zənn etdiyini, yoxsa hər iki tərəfin nəzərində bərabərmi olduğunu bilməzsə, ehtiyat namazı qılması lazım deyildir.
Məsələ 1193: Əgər ayağa qalxdıqdan sonra, iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə və o halda iki səcdənin tamamlanmasından sonra, səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, məsələn; iki rük`ət, yoxsa üç rük`ət qıldığında şəkk edərsə, o şəkkin hökmünə görə əməl edərsə, namazı səhihdir. Amma əgər təşəhhüdü oxuduğu zaman bu şəkklərdən biri ilə qarşılaşarsa, əgər şəkki iki ilə üç arasındadırsa, namazı batildir. Əgər iki ilə dörd ya iki üç və dörd arasında olsa, namazı səhihdir və gərək şəkkin göstərişlərinə əməl etsin.
Məsələ 1194: Əgər təşəhhüdə başlamazdan əvvəl və ya təşəhhüdü olmayan rük`ətlərdə ayağa qalxmazdan əvvəl, bir və ya iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə və həmin zamanda iki səcdəni yerinə yetirdikdən sonra səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, namazı batildir.
Məsələ 1195: Əgər qiyamda ikən, üç ilə dörd və ya üç, dörd və beş rük`ətlər arasında şəkk edərsə və həmin zamanda əvvəlki rük`ətin bir və ya iki səcdəsini yerinə yeirmədiyini xatırlayarsa, namazı batildir.
Məsələ 1196: Bir şəkki aradan gedən şəxs, digər bir şəkk ilə qarşılaşarsa, məsələn; qabaqcadan iki, yoxsa üç rük`ət qıldığı barədə şəkk edən şəxs, daha sonra üç, yoxsa dörd rük`ət qıldığı barədə şəkk edərsə, ikinci şəkkinin hökmünə görə əməl etməlidir.
Məsələ 1197: Əgər nazazdan sonra şəkk etsə ki, namazda, məsələn, iki ilə dörd rük`ət arasında şəkk edib, yoxsa üç ilə dörd arasında, hər iki şəkkin göstərişinə əməl edə bilər və həmçinin namazı batil edən işlərdən sonra onu ikinci dəfə qılar.
Məsələ 1198: Namazdan sonra, namazda bir şəkk ilə qarşılaşdığını bilərsə, lakin səhih şəkklərdən, yoxsa batil şəkklərdən olduğunu bilməsə gərək namazını yenidən qılsın. əgər səhih şəkklərdən olsa da, onların hansı qismindən olduğunu bilməzsə, o namazı, yenidən qılması caizdir.
Məsələ 1199: Oturaraq namaz qılan bir şəxs, bir rük`ət ayaq üstə və ya iki rük`ət oturaq halda ehtiyat namazı qılmasını lazım edəcək şəkk ilə qarşılaşarsa, bir rük`ət oturaq halda qılmalıdır. İki rük`ət ayaq üstə ehtiyat namazı qılmasını lazım edən bir şəkk etdiyi təqdirdə də, iki rük`ət oturaq halda qılmalıdır.
Məsələ 1200: Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılarkən ayaq üstə durmaqdan aciz olarsa, əvvəlki məsələdə hökmü müəyyən edilən oturaq halda namaz qılan bir şəxs kimi, ehtiyat namazını qılmalıdır.
Məsələ 1201: Oturaq halda namaz qılan bir şəxs, ehtiyat namazı qılacağı zaman ayaq üstə dura bilmə imkanını özündə müşahidə edərsə, ayaq üstə namaz qılan şəxsin vəzifəsinə görə əməl etməlidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |