Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Etina olunmayan şəkklər
Məsələ 1154: E`tina olunmayan şəkklər bunlardır:
1. Yerinə yetirilmə məhəlli keçmiş olan əməldə şəkk: məsələn, rükuda Həmdi oxuyub-oxumadığına şəkk edərsə;
2. Namazın salamından sonra şəkk etmək;
3. Namazın vaxtı keçəndən sonra şəkk etmək;
4. Kəsirüş-şəkkin şəkk etməyi, yə`ni o kəs ki, çox şəkk edir;
5. Camaat namazında mə`mum rük`ətlərin sayını bilirsə, imamın, yaxud imam rük`ətlərin sayını bilirsə, mə`mumun rük`ətlərin sayında etdiyi şəkk;
6. Müstəhəbb və ehtiyat namazlarındakı şəkk.
1. Məhəlli keçmiş bir şeydə şəkk etmək
Məsələ 1155: Namazda ikən namazın vacibatından hər hansı birini edib-etmədiyində şəkk edərsə, məsələn, Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər şər`i nəzərdən əvvəlki işi qəsdən tərk etdiyi təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn surəni oxuyarkən Həmdi oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Əks təqdirdə edib-etmədiyində şəkk etdiyi işi yerinə yetirməlidir.
Məsələ 1156: Əgər bir ayəni oxuyan zaman şəkk etsə ki, əvvəlki ayəni oxumuşdur ya yox və ya ayənin axırını oxuyan vaxtda şəkk etsə ki, onun əvvəlini oxumuşdur ya yox, öz şəkkinə e`tina etməsin.
Məsələ 1157: Əgər rüku və səcdədən sonra şəkk etsə ki, onun zikri demək və bədəninin sakit olması kimi vacib işlərini görmüşdür ya yox, gərək öz şəkkinə e`tina etməsin.
Məsələ 1158: Səcdəyə gedən halda rükuya gedib-getməməsində şəkk etsə, yaxud şəkk etsə ki, rükudan sonra qalxmışdır ya yox, gərək öz şəkkinə e`tina etməsin.
Məsələ 1159: Əgər qalxan halda şəkk etsə ki, səcdə ya təşəhhüdü yerinə yetirib ya yox, gərək öz şəkkinə e`tina etməsin.
Məsələ 1160: Oturduğu, yaxud uzandığı yerdə namaz qılan şəxs, Həmd və ya təsbihatı oxuyan yerdə şəkk etsə ki, səcdə və ya təşəhhüdü yerinə yetirmişdir ya yox, gərək öz şəkkinə e`tina etməsin. Əgər Həmdi və ya təsbihatı deməmişdən əvvəl şəkk etsə ki, səcdə və ya təşəhhüdü demişdir ya yox, gərək yerinə yetirsin.
Məsələ 1161: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə məşğul olmasa, gərək onu yerinə yetirsin. Məsələn, əgər təşəhhüdü oxumamışdan qabaq şəkk etsə ki, iki səcdəni əmələ gətirmişdir ya yox, gərək yerinə yetirsin. Sonradan yadına düşsə ki, o rüknü əmələ gətiribmiş, rükn artıq olduğuna görə, namazı lazım ehtiyata əsasən batildir.
Məsələ 1162: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə mə üşğul olmayıbdırsa, gərək onu yerinə yetirsin. Məsələn, surəni oxumazdan qabaq Həmdi oxuyub-oxumadığına şəkk edərsə, gərək Həmdi oxusun. Əgər onu yerinə yetirəndən sonra yadına düşsə ki, onu yerinə yetiribmiş, rükn artıq olmadığı üçün namazı səhihdir.
Məsələ 1163: Əgər şəkk etsə ki, rüknü yerinə yetirib ya yox, məsələn, təşəhhüdə məşğul olanda bir cüt səcdəni yerinə yetirib-yetirməməsində şəkk edərsə, öz şəkkinə e`tina etməsə və sonra yadına düşsə ki, o rüknü yerinə yetirməyibdir, əgər sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olubdursa, namazı lazım ehtiyata əsasən batildir. Məsələn, əgər sonrakı rük`ətin rükusundan əvvəl yadına düşsə ki, əvvəldəki iki səcdəni yerinə yetirməyib, gərək yerinə yetirsin və əgər rükuda, yaxud ondan sonra yadına düşsə, deyildiyi kimi namazı batildir.
Məsələ 1164: Əgər şəkk etsə ki, rükn olmayan bir əməli yerinə yetirib ya yox, belə ki, ondan sonrakı işə məşğul olsa, gərək öz şəkkinə e`tina etməsin. Məsələn, surə oxumağa məşğul olarkən şəkk etsə ki, Həmdi oxuyubdur ya yox, gərək öz şəkkinə e`tina etməsin. Əgər sonradan yadına düşsə ki, onu yerinə yetirməyib, belə ki, sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu və ondan sonrakıları yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olmuşdursa, namazı səhihdir. Buna əsasən əgər qunutda yadına düşsə ki, Həmdi oxumamışdır, gərək oxusun və əgər rükuda yadına düşsə, namazı səhihdir.
Məsələ 1165: Namazın salamını deyib-demədiyi barədə şəkk edərsə, əgər namazdan sonra, tə`qibə və ya başqa bir namaza başlamışdırsa, yaxud namazı pozacaq bir iş görərək, namaz halından çıxmışdırsa, şəkkinə e`tina etməməlidir. Amma əgər bunlardan əvvəl şəkk edərsə, salamı deməlidir. Lakin, salamı düzgün deyib-demədiyi barədə şəkk edərsə, hər hansı halda olsa belə, şəkkinə e`tina etməməlidir.
2. Salamdan sonrakı şəkk
Məsələ 1166: Namazın salamından sonra, namazın səhih olub-olmadığı barədə şəkk edərsə, məsələn; rüku edib-etmədiyi barədə şəkk edərsə və ya dörd rük`ətli bir namazın salamından sonra, dörd rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Amma əgər şəkkinin hər iki tərəfi batil olsa, məsələn; dörd rük`ətli namazın salamından sonra, üç rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, namazı batildir.
3. Vaxt keçəndən sonra baş verən şəkk
Məsələ 1167: Namazın vaxtı keçdikdən sonra, namazı qılıb-qılmadığında şəkk edərsə və ya qılmadığını zənn edərsə, qılması lazım deyildir. Amma vaxt keçməzdən qabaq, namazı qılıb-qılmadığında şəkk edərsə, qıldığını zənn etsə belə, o namazı yenidən qılmalıdır.
Məsələ 1168: Əgər namazın vaxtı keçdikdən sonra, onu düzgün qılmadığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir.
Məsələ 1169: Zöhr və əsr namazının vaxtı keçdikdən sonra, dörd rük`ət namaz qıldığını bildiyi halda, zöhr niyyətinə, yoxsa əsr namazı niyyətinə qıldığını bilməzsə, üzərinə vacib olan namaz niyyəti ilə dörd rük`ət qəza namazı qılmalıdır.
Məsələ 1170: Şam və xiftən namazının vaxtı keçdikdən sonra, bir namaz qıldığını bildiyi halda, üç rük`ətli, yoxsa dörd rük`ətli qıldığını bilməzsə, həm şam, həm də xiftən namazının qəzasını qılmalıdır.
4. Kəsirüş-şəkk (çox şəkk edən şəxs)
Məsələ 1171: Kəsirüş-şəkk, çox şəkk edən şəxsdir. Belə ki, hiss orqanlarının iğtişaş səbəbi olması və ya olmaması baxımından onu, onun kimi olan şəxslərlə müqayisə etdikdə adi qaydadan çox şəkk edirlər və bu təkcə çox şəkk etmək adəti olan şəxsə məxsus deyil. Əksinə şəkkin çoxluğu adət ərəfəsində olması kifayətdir.
Məsələ 1172: Çox şəkk edən şəxs, əgər namazın hissələrindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Məsələn; əgər rüku edib-etmədiyində şəkk edərsə, etdiyini qəbul etməlidir. Amma əgər yerinə yetirilməsi namazı batil edən bir şeyi yerinə yetirib-yetirmədiyində şəkk edərsə, məsələn; sübh namazını iki rük`ət, yoxsa üç rük`ət qılmış olduğunda şəkk edərsə, doğru tərəfi qəbul etməlidir.
Məsələ 1173: Namazın bir şeyində çox şəkk edən şəxsin şəkkləri, o şeyə məxsus hesab olarsa, belə ki, namazın başqa şeylərində şəkk etsə, gərək onun göstərişinə əməl etsin, məsələn, səcdə edib-etməməsində çox şəkk edən şəxs, əgər rükunun yerinə yetirilməsində şəkk etsə, gərək onun göstərişinə əməl etsin. Yə`ni əgər səcdəyə getməyibsə, rükunu yerinə yetirsin, əgər səcdəyə getmişdirsə, e`tina etməsin.
Məsələ 1174: Müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edən şəxs, belə ki şəkk çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər başqa bir namazda, məsələn; əsr namazında şəkk edərsə, şəkk qaydalarına əsasən əməl etməlidir.
Məsələ 1175: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin.
Məsələ 1176: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir.
Məsələ 1177: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk edib ona e`tina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna e`tina etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 1178: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə və şəkkinə e`tina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri yerinə yetirməlidir. Əgər məhəlli keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə və buna e`tina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir.
5. İmam və mə`mumun şəkki
Məsələ 1179: Əgər imam, namazın rük`ətlərinin sayında şəkk edərsə, məsələn; üç rük`ət, yoxsa dörd rük`ət qıldığı barədə şəkk edərsə, bu halda əgər mə`mum yəqin və ya zənni olaraq dörd rük`ət qıldığını bilsə və dörd rük`ət qıldığını imama başa sala bilərsə, imam namazı tamamlamalıdır və ehtiyat namazı qılması da lazım deyildir. Həmçinin imam, neçə rük`ət qıldığını yəqin və ya zənni olaraq bilib, mə`mum namazın rük`ətlərinin sayında şəkk edərsə, şəkkinə e`tina etməməlidir. Onların hər biri, səcdənin sayı kimi namazın işlərində də şəkk edərsə hökm eynidir.
6. Müstəhəbbi namazda şəkk
Məsələ 1180: Müstəhəbb namazların rük`ətinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Məsələn; əgər sübh namazının nafiləsində, iki rük`ət, yoxsa üç rük`ət qıldığı barədə şəkk edərsə, iki rük`ət qıldığına qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, məsələn; bir rük`ət, yoxsa iki rük`ət qıldığında şəkk edərsə, şəkkinin hansı tərəfinə görə əməl edərsə, namazı səhihdir.
Məsələ 1181: Rüknün az olması nafiləni batil edər, amma rüknün çox olması onu batil etməz. Belə ki, əgər nafilənin işlərindən birini unutsa və sonrakı rüknə məşğul olan vaxtda yadına düşsə, gərək o işi yerinə yetirsin və ikinci dəfə olaraq o rüknü yerinə yetirsin. Məsələn; əgər rükuda Həmdi oxumadığını xatırlayarsa, qalxıb Həmdi oxumalı, sonra da rükunu yerinə yetirməlidir.
Məsələ 1182: Əgər nafilənin işlərindən birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-rükn, əgər məhəlli keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçmişdirsə, öz şəkkinə e`tina etməməlidir.
Məsələ 1183: Əgər iki rük`ətli müstəhəbb namazda gümanı üç, yaxud çox rük`ətə getsə, gərək e`tina etməsin və namazı səhihdir. Əgər gümanı iki və ya az rük`ətə getsə, vacib ehtiyata əsasən, gərək həmin gümana əməl etsin. Məsələn, bir rük`ət qıldığını güman etsə, gərək ehtiyata görə, bir rük`ət də qılsın.
Məsələ 1184: Əgər nafilə namazında, vacib namazlarda səhv səcdəsini vacib edən bir iş görərsə ya da bir səcdəni unudarsa, namazdan sonra səhv səcdəsini və ya səcdənin qəzasını yerinə yetirməsi lazım deyildir.
Məsələ 1185: Əgər müstəhəbb bir namazı qılıb-qılmadığına şəkk edərsə, bu namaz Cə`fəri-Təyyar namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, qılmadığını qəbul etməlidir. Amma əgər gündəlik nafilə namazları kimi, müəyyən vaxtları vardırsa, belə ki, vaxtı keçməzdən qabaq onu yerinə yetirib-yetirmədiyində şəkk edərsə, yenə də eyni hökmü daşıyır. Amma vaxtı keçdikdən sonra, belə bir şəkkə düşən şəxs, şəkkinə e`tina etməməlidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |