Namazı batil edən şəkklər
Məsələ 1152: Namazı batil edən şəkklər
bunlardır:
1. İki rük`ətli vacib namazların rük`ətlərinin
sayında şəkk etmək. Məsələn, sübh və müsafirin namazı. Amma müstəhəbb
namazların rük`ətlərinin sayında və ehtiyat namazının rük`ətlərində şəkk etmək
namazı batil etməz.
2. Üç rük`ətli namazın rük`ətlərinin sayında
şəkk etmək.
3. Dörd rük`ətli namazda bir rük`ət və ya çox
qıldığına şəkk etmək;
4. Dörd rük`ətli namazda ikinci səcdəyə daxil
olmazdan qabaq iki rük`ət, ya çox qıldığına şəkk etmək;
5. İki-beş, ya iki və beşdən çox arasında şəkk
etmək.
6. Üç-altı, ya üç və altıdan çox arasında şəkk
etmək.
7. Dörd-altı, ya dörd və altıdan çox arasında
şəkk etmək (aşağıda izah olunacaqdır).
Məsələ 1153: İnsan batil edən şəkklərlə
qarşılaşarsa, şəkki bərpa olana qədər namazını pozmaması, namazın surəti
pozuluncaya və ya yəqin və zənn hasil etməkdən ümidsiz oluncaya qədər
fikirləşməsi daha yaxşıdır.