![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Səhv səcdəsi (səcdeyi-səhv)
Məsələ 1223: İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin:
1. Təşəhhüdü unutsa.
2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rük`ətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rük`ət qıldığı barədə şəkk edərsə.
Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır:
1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.
2. Namaz əsnasında səhvən danışsa.
3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rük`ətdə səhvən salam versə.
Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.
Məsələ 1224: Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1225: Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir. Amma səhvən nalə çəksə, ya «ah» çəksə və ya «ah» desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Məsələ 1226: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səhv səcdəsi vacib deyildir.
Məsələ 1227: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir.
Məsələ 1228: Əgər səhvən təsbihati-ərbəəni deməsə, müstəhəbb ehtiyat odur ki, namazdan sonra bir cüt səhv səcdəsi etsin.
Məsələ 1229: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu ələyna və əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə, hərçənd «Və rəhmətullahi və bərəkatuh» deməsə də, lazım-ehtiyata əsasən iki səhv səcdəsi etməsi lazımdır. Amma əgər səhvən «Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, müstəhəbb ehtiyata əsasən, bir cüt səhv səcdəsi yerinə yetirməlidir. Amma əgər iki hərf yaxud salamdan artıq deyərsə, vacib ehtiyata əsasən iki səcdeyi səhv etsin.
Məsələ 1230: İnsan, salamın verilməsi lazım olmayan bir yerdə səhvən hər üç salamı da verərsə, bir cüt səhv səcdəsi kifayətdir.
Məsələ 1231: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rük`ətin rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat müstəhəbbə əsasən yersiz qiyam üçün bir cüt səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1232: Rükuda və ya rükudan sonra, əvvəlki rük`ətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə bir cüt səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1233: Əgər səhv səcdəsini namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir. Vacib ehtiyata əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, belə ki, səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək tə`cili əmələ gətirsin. Namazı yenidən qılması lazım deyildir.
Məsələ 1234: Bir şəxs, səhv səcdəsinin boynuna vacib olub-olmadığı barədə şəkk edərsə, onu yerinə yetirməsi lazım deyildir.
Məsələ 1235: Boynuna iki, yoxsa dörd səhv səcdəsi vacib olduğu barədə şəkk edən şəxsin, iki səhv səcdəsi yerinə yetirməsi kifayətdir.
Məsələ 1236: Əgər səhv səcdəsindən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, yenidən iki səhv səcdəsi yerinə yetirməlidir.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |