![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Namazın hissələrini və şərtlərini azaldıb-çoxaltmaq
Məsələ 1250: Əgər namazın vacibatından qəsdən bir şeyi azaltsa və ya çoxaltsa, bir hərf də olsa belə, namaz batildir.
Məsələ 1251: Əgər məsələni bilmədiyindən, namazın rükn olan vacibatından, bir şey azaltsa, namaz batildir. Amma qasir cahilin (e`timad edilən bir şəxsin dediyinə, yaxud mö`təbər risaləyə e`timad edən sonra isə onun xətası, ya risalənin düz olmadığı məlum olan) bir şəxsin rükn olmayan vacibləri azaltması namazı batil etməz. Belə ki, məsələni bilmədiyindən, hərçənd təqsir üzündən olsa belə, sübh, şam və xiftən namazlarının Həmd və surəsini alçaqdan oxusa, yaxud zöhr və əsr namazlarının Həmd və surəsini hündürdən oxusa və ya səfərdə zöhr, əsr və xiftən namazını dörd rük`ət qılsa, namazı səhihdir.
Məsələ 1252: Əgər namaz əsnasında yaxud namazdan sonra başa düşsə ki, dəstəmaz və ya qüslü batil imiş və yaxud qüslsüz və dəstəmazsız namaza məşğul olubmuş, namazı ikinci dəfə dəstəmaz və ya qüsllə qılmalıdır. Əgər vaxt keçibsə, qəza etsin.
Məsələ 1253: Əgər rükuya çatdıqdan sonra əvvəlki rük`ətdən hər iki səcdəni yerinə yetirmədiyini xatırlayarsa, ehtiyata əsasən namazı batildir. Əgər rükuya çatmazdan qabaq yadına düşərsə, qayıdıb iki səcdəni yerinə yetirməli, sonra da qalxıb Həmd və surəni və ya təsbihatı oxuyaraq namazı tamamlamalıdır. Namazdan sonra da ehtiyat-müstəhəbbə əsasən yersiz qiyam üçün iki səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1254: Əgər «Əssəlamu ələyna» və «Əssəlamu ələykum» deməmişdən əvvəl yadına düşsə ki, son rük`ətin iki səcdəsini yerinə yetirməyib, gərək iki səcdəni yerinə yetirsin və ikinci dəfə təşəhhüdü və namazın salamını versin.
Məsələ 1255: Namazın salamından qabaq, namazın sonundan bir rük`ət və ya daha çox qılmadığını xatırlayarsa, unutduğu miqdarı yerinə yetirməlidir.
Məsələ 1256: Namazın salamından sonra namazın sonundan bir rük`ət və ya daha çox qılmadığını anlayarsa, əgər namazda unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) görərsə, namazı batildir. Əgər unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş görməyibsə, dərhal unutduğu miqdarı yerinə yetirməlidir. Artıq salam verdiyi üçün bir cüt səhv səcdəsi etməsi lazım ehtiyata əsasəndir.
Məsələ 1257: Əgər namazın salamından sonra, namazda ikən unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) gördükdən sonra, son iki səcdəni etmədiyini xatırlayarsa, namazı batildir. Əgər namazı pozan bir iş görmədən xatırlayarsa, unutduğu iki səcdəni yerinə yetirib təkrarən təşəhhüd oxuyaraq namazın salamını verməli və vacib-ehtiyata əsasən əvvəl verdiyi salam üçün iki səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1258: Əgər namazı vaxtından qabaq qıldığını bilərsə, onu yenidən qılmalı, əgər vaxt keçmişdirsə də, qəza etməlidir. Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 dərəcədən artıq inhirafla qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkkli və ya cahil idisə, qəza etməlidir. Amma əgər şəkkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |