![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Camaat namazının hökmləri
Məsələ 1441: İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını tə`yin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər «hazırkı imama iqtida edirəm» deyə niyyət edərsə, namazı səhihdir.
Məsələ 1442: Mə`mum gərək Həmd və surədən başqa namazın bütün şeylərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun.
Məsələ 1443: Əgər mə`mum sübh, şam və xiftən namazının birinci və ikinci rük`ətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.
Məsələ 1444: Əgər mə`mum imamın Həmd və surəsinin bə`zi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.
Məsələ 1445: Mə`mum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.
Məsələ 1446: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir mə`mum Həmd və surəni oxuya bilər.
Məsələ 1447: Mə`mum zöhr və əsr namazının birinci və ikinci rük`ətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin.
Məsələ 1448: Mə`mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat müstəhəbb odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.
Məsələ 1449: Əgər mə`mum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.
Məsələ 1450: Mə`mumun təkbirətül-ehramdan başqa, digər şeyləri imamdan qabaq söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, imamdan qabaq deməməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1451: Mə`mum gərək namazda oxunan şeylərdən başqa sair işləri, məsələn; rüku və səcdələri imamla eyni vaxtda, ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, namazı səhihdir (1404–cü məsələdə qeyd olunduğu kimi).
Məsələ 1452: Əgər mə`mum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fərdi) namazı 1404-cü məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.
Məsələ 1453: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.
Məsələ 1454: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu mə`lum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.
Məsələ 1455: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən və ya imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.
Məsələ 1456: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.
Məsələ 1457: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması məhəlli-işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1458: Əgər mə`mum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1459: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1460: Əgər imam qunut olmayan rük`ətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rük`ətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, mə`mum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |