Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Camaat namazında imam və məmumun vəzifəsi
Məsələ 1461: Mə`mum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.
Məsələ 1462: Əgər imam və mə`mum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.
Məsələ 1463: Müstəhəbbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.
Məsələ 1464: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir.
Məsələ 1465: Müstəhəbbdir ki, mə`mumlar «Qəd-qamətis-səlat» deyiləndən sonra ayağa qalxsınlar.
Məsələ 1466: İmamın, halı zəif olan mə`mumları nəzərə alaraq, qunut, rüku və səcdələri uzatmaması müstəhəbbdir. Amma mə`mumların, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır.
Məsələ 1467: İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir.
Məsələ 1468: İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini başa düşsə belə, qalxması müstəhəbbdir.
Camaat namazında məkruh olan şeylər
Məsələ 1469: Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha dayanması məkruhdur.
Məsələ 1470: Mə`mumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur.
Məsələ 1471: Zöhr, əsr və xiftən namazlarını iki rük`ət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |