ZÜHURA ÜMİDİMİZ VAR
Bütün şəhərlərdə, İslam ölkələrində, məscidlərdə, yığıncaqlarda duaya məşğul idilər. Səhradakı canlılar belə toplanıb, öz dillərində zühurun tezliyinə dua edirdilər.
Bu mənzərəni görəndən sonra zühurun olacağına tamamilə əmin oldum. Sıralar arasına qayıdıb, inqilabi bir əhval gördüm-bəziləri ağlar halda qurumuş dodaqlarla dua halında, bəziləri özündən getmiş. Dedim… Qalxın, ayıq olun ki, zühura ümidimiz var.
Az sonra dünyaya təvəssül edib, Kəbə evindən Həzrət İmam Zaman (ə)-ın səsini eşitdik…
"Eşidin, ey əhli-aləm, Mən intizarı çəkilən İmamam! Agah olun ki, cəddim Hüseyn susuz şəhid edilmişdir.”
Ordugaha qayıdıb Peyğəmbərin (s.ə.v.v) kəlamını uca səslə təkrar etdim… "Hər kəs oğlumun arxasında düşməndən intiqam almaq istəyirsə, əlindəki qılıncla geri qayıdıb, qəbrindən bayıra çıxsın!”
Dinlə o gizlin səsi, gör nə müjdəli səsdi,
Fəraq gecəsi ötdü, vüsal küləyi əsdi.
Torpaq oğluna söylə, ey torpaqdan qaralmış,
Cahan canı zühurda, zülmün bağrı yarılmış!
Mənbə: "Axirət aləminə səyahət" kitabı Son