Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əvvəllər məni divanə hesab edənlər indi təəccüblə baxırdılar. Mənim Həbiblə söhbətimdən sonra ayıldılar, məni dövrəyə alıb dedilər… Deməli, sən divanə deyilsən, bəs niyə beləsən?
Dedim… Siz, sözsüz ki, Peyğəmbər Əhli-beytini sevənlərsiniz. Yoxsa burada yeriniz olmazdı. Əlbəttə ki, Peyğəmbərin, Əhli-beytin, möminlərin gözünün nuru olan İmam Əsri (ə) dünyada tanımısınız.
Dedilər… Biz onun aşiqləri, xidmətçiləriyik.
Dedim… Eşitmisinizmi ki, o, biyabanlarda sübh, şam ağlar-sızlar dolanır! Nə bir il, nə on il, min ildən çoxdur.
Dedilər… Bəli, bilirik. Amma əlimizdən bir iş gəlmir.
Dedim… Əlinizdən gəlmir ki, bu eyş-işrəti, şadlığı tərk edəsiniz? Ölsün o aşiq ki, məşuqunun rəngində deyil. O, intizarın uzun çətinliyi, təzyiqində, siz isə eyş-işrət, rahatlıq, sevinc balışlarına dirsəklənmiş! Bu halınızla aşiqlik iddiasındasınız? Bu məhəbbət əsəri deyil. Ən yaxşı söz əməlin təsdiq etdiyi sözdür.
Min nəfərdən artıq olan bu cəmiyyət sarsılıb, dağıldı. Gördüm ki, hamısı xeymələri söküb, dağıdırlar. Köhnə libas geyinib, baş-ayaq yalın gəldilər. Dedim… Qeyrətinizlə fəxr etdim. İndi Beytül-məmura tərəf dayanıb, uca səslə oxuyun…
"Əli hər yerdən üzülən kəs dua edəndə onu eşidib, şəri sovuşduran varmı?
Elə olsun ki, bədənlər qızsın. Bu çətinlikdə murad İmam Zaman əleyhissalamdır.
Həbib ibni Məzahir və Hadi tərəfindən bu qəziyyə Vadiyüs-səlamda yayıldı və bir inqilab yarandı. Mən əhali arasında qəriblik, köməksizlik, iztirab və İmamın intizarının uzunluğu, onlarda intiqam hissinin yaranması haqqında atəşin nitqlər söyləyirdim. Vadiyüs-səlamın özündə natiqlər, xətiblər heyəti yarandı və onlar kürsüyə çıxıb nitqlər söyləyirdilər.
Yavaş-yavaş buradan getmiş Səfiyyələr vasitəsi ilə əhalinin həyəcanı, daxili inqilabı yuxarı məqamlarda bilinirdi. Xəbərdar olduq ki, Əliyyibni Əbu Talib (ə), Həzrət Zəhra (ə.s) on məsum övladları ilə birgə belə bir istəyin olmasına şəfaət istəyiblər. Amma Peyğəmbər (s.ə.v.v) üzrlü olmuşdu ki, hələ mömin kafirdən seçilməyib.
"Əgər möminlər kafirlərdən ayrılıb, seçilsəydilər, hökmən kafirləri dərdli əzaba düçar edərdik.”
Bu ayə səbəbindən intizar bu qədər uzanıb. Bu halda dua edirik… "Allahummə fərric fərəcən acila...”O qədər ya Mühəmməd, ya Əli dedik ki, bu iki əzəmətli şəxsi də sarsıtdıq. Həzrət Zəhra (ə.s) da əlini dua üçün qaldırdı. Yanımızda bu aləmdə olan bütün söhbətlərin həkk olunduğu lövhə vardı. Biz hər söhbətdən xəbərdar olurduq.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |