» » » Həzrət Əlinin (ə) şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrət Əlinin (ə) şəhadəti
    +5
    Müəllif: Admin | 18-07-2014, 21:00 | Baxılıb: 3 667
     
    Həzrət Əlinin (ə) şəhadəti Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli (ə) Ibn Mülcəm (l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə Imam Əlini (ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında təyin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini (ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm (l) boynuna götürdü.  Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: "Əgər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və Əlinin qanıdır.” Əli (ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də Əlini (ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız Əlini öldürmək üçün gəlmişəm. Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə Əli (ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi. O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: "Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. "And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və‟də verilmiş gecədir.”  Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli (ə) onu yuxudan oyadıb buyurdu: "Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra Imam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. Imam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. Imam Əli (ə) buyurdu: "And olsun Kə‟bənin Rəbbinə, azad oldum!” Məscidin mehrabı al qana boyandı. Əli şəqqül-qəmər mehrab tilitqan, Qulaq ver, məscid oxşar, mənbər ağlar. Yazanda Ali Taha nohəsin mən, Qələm gördüm sızıldar, dəftər ağlar. Əlidən Şəhriyar, sən bir işarə, Qucaqlar qəbrin Malik Əştər ağlar.” Həzrət Əli (ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin(ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər. Bəlkə də Qədr gecəsi ilə həzrət Əlinin(ə) şəhadəti bir-birinə aid olan məsələlərdir. Yəni Allah-təala insanlardan istəmişdir ki, Qədr gecəsində Imam Əlinin vilayəti ilə ünsiyyət tapsınlar. Və bu gecə Allaha dua edərkən Ona Əlinin (ə) adına and verib öz istəklərini diləsinlər. Allah-təala Imam Əlinin (ə) çox sevir və biz dua edərkən  Allaha Əlinin (ə) adına and verib öz istəklərimizi diləsək, Allah-təala o Həzrətin hörmət və fəziləti xatirinə bizi bağışlayıb qəbul edər. Qeyd etmək lazımdır ki,  yalnız biz yox, bəlkə bizdən əvvəlki ümmətlər və Islam Peyğəmbərindən (s) əvvəlki peyğəmbərlər belə həzrət Əlinin (ə) Allah yanında hörmət və fəzilətli bir şəxs olduğunu dərk etmişlər. Yer üzündə birinci yaranan insan Adəm (ə) olmuşdur. Biz də onun övladlarıyıq. Allah-təala Adəm (ə) peyğəmbəri yaratdıqdan sonra onu cənnətdə məskunlaşdırdı və onun bütün ne‟mətlərindən istifadə etməsinə icazə verdi. Lakin ona buğdadan yeməyi  qadağan etdi. Şeytan hiylə işlədib Adəmi (ə) yoldan çıxartdı və Adəm Allahın ona qadağan etdiyi bu ne‟mətdən yedi. Allah-təalanın onun bu hərəkətindən xoşu gəlmədi və cəzalandırmaq üçün yer üzünə göndərdi. Adəmin (ə) Cənnətdən qovulub yer üzünə gəlməsinə "Hübut” hadisəsi deyilir.  Hübut hadisəsindən sonra Adəm (ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. Allahın mələyi həzrət Cəbrail (ə) onun yanına gəlib dedi: "Ey Adəm! Istəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: "Bəli.” Həzrət Cəbrail(ə) dedi: "Elə isə göyə bax!” Adəm(ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə). Cəbrayıldan (ə) soruşdu: "Bunlar kimlərdir?” Cəbrail (ə) dedi: "Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır.  Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə,  Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”.  Adəmin (ə) bu adlar vasitəsilə  tövbə etməsini Allah-təala Bəqərə surəsində belə buyurur:   
    "Adəm Rəbbindən (bə‟zi xüsusi) kəlmələr öyrənərək (həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” Bu ayə barədə olan bir çox hədislərdə qeyd olunmuşdur ki, Allah-təalanın Adəmə (ə) öyrətdiyi o kəlmələr bu beş nəfərin adı idi: Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə). Adəm (ə) bu beş nəfəri bir-bir çağırıb Allaha and verdi. Allah da onun tövbəsini qəbul etdi. Yusif (ə) peyğəmbəri qardaşları quyuya atıb getdilər. Həzrət Yusif (ə) çox çalışdı, lakin quyudan çıxış yolu tapa bilmədi. Həzrət Cəbrail (ə) onun yanına gəlib eynilə Adəmə (ə) söylədiyi sözləri ona da dedi, beş nəfər müqəddəs şəxsin adını çəkməsini və quyudan nicat tapması yolunu anlatdı. Həzrət Yusif (ə) o beş nəfərə and verib, quyudan nicat tapmasını Allahdan istədi. Allah-təala bir karvanın əli ilə ona quyudan nicat verdi. Buna görə, Allah-təala bu beş nəfərə xatir bütün insanları bağışlayır və onların dualarını qəbul edir.  Xüsusən, bu gecə Həzrət Əlinin(ə) şəhadət gecəsidir. Bu gecə biz məscidlərə yığışıb və ya evlərimizdə səhərə qədər oyaq qalıb əhya saxlayır və Əlinin(ə) məzlumcasına şəhid olmağına görə əzadarlıq edirik. Bu gecə biz Əlinin (ə) adına and verib, Allahdan öz istəklərimizi diləsək, mütləq Allah bizim dualarımızı qəbul edər. Çünki Allah-təala Əlini (ə) çox istəyir. Ola bilməz ki, Allah onun adına and verənləri naümid geri qaytarsın.  Allah-təala Peyğəmbər (s) və onun Əhli-beytini (ə) sevir və bütün insanları da onların xatirinə bağışlayır. Allah-təala hədisi-qüdsidə Peyğəmbər (s)-ə buyurur: 
    ("Ya Peyğəmbər!) Sən olmasaydın, fələkləri yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, Əlini yaratmazdım.” Məhəmməd Fizuli Allah-təalanın peyğəmbərə buyurduğu bu sözü ərəb dilində iki  beyt şe‟rlə qələmə almışdır: 
    "Ey O kəs ki, Səndən qeyrisi Sənə pənah gətirər. Xoş o kəsin halına ki, Sənin rizayətinlə hidayət olub. Kamalda Sənin dəlilin kifayətdir, əgər olmasaydın, Aləm dövran etməzdi.” Məhəmməd Fizuli bu iki beyt şe‟rlə bildirmək istəyir: insanda o ləyaqət vardır ki, Allah bütün aləmləri ona görə yaratsın. Allah-təala insana kamillik mərhələsinin ən yüksək zirvəsinə çatmağa və Xəlifətullah olmağa qabiliyyət vermişdir. Bu sözün sübutu da Allahın Peyğəmbərə (s) buyurduğu, azaca irəlidə hədisi-qüdsidən qeyd etdiyimiz həmin hədisdir. 

    Mənbə: "Qədr gecəsi" kitabı
    Müəllif: Ocaq Nejad ağa

     
     
    Bölmə: Əhli Beyt / İmam Əli (ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 13:37 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN..İNSALLAH ALLAH İMAM ELİYE XATİR BİZİMDE GUNAHLARİMİZİN UZERİNE PERDE CEKER...
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 02:38 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN AMIN ALLAH IMAM ELI ELEHISELAMIN DUWMENLERINE LENET ELESIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 00:37 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.KEDERLI ANLARI YASHADIM......
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.