Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır
Allahın Peyğəmbəri(s): «Mən kimin mövlasıyamsa, Əli də onun
mövlasıdır.» (Tarixi dəməşq ,Əlinin(ə) tərcümeyi halı c.1.səh.366,
hədis 461)
Allahın Peyğəmbəri(s): «Əli məndəndir, mən Əlidən. O, hər bir
möminin vəli və başçısıdır.» (Kənzul-ummal , hədis 32938)
Əbdurrəhman ibn əbi Leyla: «Ruhbədə (Kufədə) Əlini camaata
belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən
kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin (s) «mən kimin
mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub
şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan
on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər –
durub dedilər: «Biz şəhadət veririk ki, Qədir günü Allahın
Peyğəmbərinin (s) belə buyurduğunu eşitmişik ki: «Mən
möminlərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey
Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu: «Mən kimin
mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni
sev və onunla düşmənçilik edənlə düşmən ol.» (Tarixi dəməşq
,Əlinin (ə) tərcümeyi halı c.2.səh.11, hədis 506)
Əli haqq və Qur’anladır
Allahın Peyğəmbəri (s): «Əli haqq ilədir və haqq Əli ilə və o harada
olsa haqq onun ətrafına fırlanar.» Nəhcül Bəlağənin şərhi İbn Əbil
Hədid c.2 səh 297)
Allahın Peyğəmbəri (s):«Əli hara üz çevirsə haqq onunladır.» Əl
Kafi c.1 səh 294 hədis 1)
Allahın Peyğəmbəri(s): «Əli Quran ilə və Quran Əli ilədir və onlar
hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə
kimi heç vaxt bir-birlərindən ayrılmazlar.» (Tarixi dəməşq
,Əlinin(ə) tərcümeyi halı c.3.səh.124, hədis 125)
Allahın Peyğəmbəri(s): «Əli haqq və Quran ilədir. Haqq və Quran
Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt
bir-birindən ayrılmazlar.» (Tarixi dəməşq ,Əlinin(ə) tərcümeyi halı
c.3.səh.124, hədis 125)