üsul elminə zidd olar. Bu baxımdan yalnız «ixtiyar sahibi» mə’nasının dəlilləri vardır. Həmin dəlilləri nəzərdən keçirək:
Əvvəla, Allah-təalanın Peyğəmbərin bu işi görməsini onun risaləti üçün şərt bilməsi məsələsinin ciddiliyindən danışır. «Mövla» kəlməsinin yalnız «ixtiyar sahibi» mə’nası ciddi mahiyyət daşıyır. Əgər uyğun kəlməni ixtiyar sahibi kimi tə’bir etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişini olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədire-Xumda nazil olmuşdur. Hacılar, adətən, Cöhfəyə çatdıqda bir-birlərindən ayrılaraq öz vətənlərinə yola düşürlər. Artıq onların bir yerə toplanması mümkünsüz olur. Əlbəttə ki, bu göstəriş Peyğəmbərə bir neçə gün əvvəl nazil olmuşdu. Amma onun dəqiq vaxtını tə’yin etmək çətindir. Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, həzrət Əli (ə) döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu üçün həmin qətlə yetirilənlərin qohum-əqrəbası Əliyə qarşı kinlidir. «Allah səni insanların şərindən qoruyacaq» və’di də Əliyə (ə) qarşı kinin mövcudluğundan danışır.
İkincisi, həzrət Peyğəmbər mövla mövzusunda danışmazdan qabaq «mən sizin ixtiyar sahibiniz deyiləmmi», deyə soruşur. Hamı həzrətin belə bir məqama malik olduğunu təsdiqləyir. «Mövla» kəlməsinin ixtiyar sahibi mə’nasında olması həmin bu cümlədən aydın görünür.
Üçüncüsü, həzrət Peyğəmbər (s) Əlinin (ə) mövlalıq məsələsinə toxunduqdan sonra göstəriş verir ki, Əliyə (ə) əmir ünvanında salam verilsin. Əgər məqsəd dost olsaydı, həzrət Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömərin «mənim mövlam hər bir kişi və qadının mövlasıdır» deməsi də həzrət Əlinin vilayətini təsdiqləyir.
Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın bəyanından sonra bu ayə nazil olmuşdur: «Bu gün dininizi kamil etdim və sizə olan ne’mətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim».
Həzrət Peyğəmbər (s) buyurur: «Dininin kamilləşməsi, ne’mətlərin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin (ə) vilayətinə Allahın razılığına təkbir!»
Beşincisi, haqqında danışılan ayədən qabaq Allah-təala buyurur: «Kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun».
Kafirlər və müşriklər elə düşünürdülər ki, Peyğəmbərin oğlan övladı olmadığından o dünyasını dəyişdikdən sonra din də aradan gedəcək. Amma Allah əmri ilə Əlinin Peyğəmbərə (s) canişinliyi bəyan olunduqdan sonra onların bütün ümidləri puça çıxdı. Düşmən anladı ki, bu din həmişəlikdir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, həzrətin buyuruğundakı «mövla» kəlməsi vilayət və canişinlik mə’nasında işlədilmişdir.
Bəli, mövla sözünün uyğun buyuruqdakı yeganə həqiqi mə’nası «ixtiyar sahibi»dir. Başqa mə’nalar məcazidir və onların təsdiqi üçün dəlillərə ehtiyac var. Üsul elminə əsasən həqiqət məcazidən irəlidir. Bir sözlə, «mövla» kəlməsi hədisdə, «ixtiyar sahibi» mə’nasını daşıyır.
Deyilənlərdən əlavə, bu mərasimdən sonra Həssan ibn Sabitin oxuduğu qəsidə mövla sözünün həqiqi mə’nasını aydın göstərir. Həssan öz qəsidəsində həzrət Peyğəmbərin dili ilə Əlinin (ə) canişinliyi haqqında, onun ümmətə imaməti barədə mə’lumat verir.
Əgər «mövla» sözü «dost» mə’nasında olsaydı, həzrət Peyğəmbər (s) Həssanın qəsidəsinə e’tiraz edərdi. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imam və canişin adlandırılmasına e’tiraz etmir, hətta Həssan haqqında xoş sözlər söyləyir.
Çıxış yolu görməyən bə’zi sünni alimləri bu mə’nanı e’tiraf etməyə məcbur olmuşlar. Onlar bildirirlər ki, həzrət Peyğəmbər (s) Qədire-Xum günü Əlinin vilayət və canişinliyini e’lan etmişdir.
"Əli (ə) kimdir"