Əlinin (ə) qədrini Peyğəmbər (s) bilər!
«Füsulul-muhimmə»səh. 15.
Necə zər qədrini bir zərgər bilər.
Haqqında «onu çox qüvvəli olan öyrətdi»6 ayəsi nazil olmuş, özü də ilahi bir məktəbdə tərbiyə almış həzrət Peyğəmbər (s) kimi bir mürəbbi və müəllimə həzrət Əli (ə) kimi şagird və tələbə lazımdır.
Həzrət Əli (ə) uşaqlıq dövründə Məhəmməd səciyyələri ilə cilvələnmiş və həzrətə dərin bağlarla bağlanmışdı. Bu bağlar heç vəchlə qırılası deyildi.
Həzrət Əli (ə) Peyğəmbəri (s) sayəbə-sayə izləmiş, birbaşa onun tərbiyəsi altında ərsəyə çatmışdır. O, Peyğəmbərin əqidə və adətlərinin ardınca getmiş, belə ki, qısa bir müddətdə onun bütün hərəkətlərini, xallarını, əxlaqını və adətlərini əxz etmişdir.
İnsanın həyatı bir neçə mərhələyə bölünür. İnsan hər bir həyat mərhələsində öz yaş tələblərinə əməl edir. Uşaqlıq dövrünün də özünəməxsus hərəkətləri vardır. Amma Həzrət Əli (ə) bütün başqa uşaqlardan fərqli olaraq uşaq oyunları ardınca getməmiş, əyləncələrdən çəkinmiş, elə uşaq dövründən başlayaraq ali düşüncələrə qərq olmuş, əməl və rəftarlarında mə’nəvi bir təkamül, ilahi əzəmətin bir nümunəsi müşahidə edilmişdir.
Həzrət Əli (ə) səkkiz yaşınadək Peyğəmbərin (s) himayəsində olmuşdur. Sonra atasının yanına qayıtsa da, bu qayıdış onun Peyğəmbərlə ünsiyyətinə mane olmamışdır. Həzrət Əli (ə) vaxtının çoxunu həzrətin yanında keçirmişdir. Həzrət Peyğəmbər də qəlbində toplanmış Əbu-Talib məhəbbətini Əlinin (ə) qəlbində əks etdirmiş, Əlinin tərbiyəsini öz əxlaqi fəzilətləri üzərində qurmuşdur. Beləcə, həzrət Əlinin (ə) həyatının ilk on ili Peyğəmbərin pənahında və himayəsində ötüşmüşdür. Həmin ilkin tə’lim-tərbiyə nəticəsində həzrət Əli (ə) Peyğəmbərin (s) ilahi də’vətlərini hamıdan qabaq qəbul etmiş və ömrünün sonunadək haqq və həqiqət yolunda fədakarlığa hazır olmuşdur.
"Əli (ə) kimdir"