» » » 24. Әli (ə)-ın fəzilətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    24. Әli (ə)-ın fəzilətləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 23-09-2014, 18:00 | Baxılıb: 5 700
     

    24. Әli (ə)-ın fəzilətləri

    Әli (ə)-ın fəzilətləri barədə ümumi və bəsit bir məlumat əldə etmək üçün həzrətin şəxsi keyfiyyətlərini bəyan edən üç məsələ ətrafında dayanmaq olar:
    1.Әli (ə)-ın əsil-nəsəbi:
    Әli (ə) Peyğəmbərin (s) tayfası Bəni-haşim nəslindəndir. Həzrətin doğma atası cənab Әbu Talibdən başlayaraq Adəm peyğəmbərə qədər babaları arasında müşrik və kafir bir kəs olmamışdır. Әli (ə)-ın ata-babaları aşağıdakı tərtiblə Adəm peyğəmbərə qədər gedib çatır:
    1.İmran Әbu Talib. 2.Әbdül-müttəlib. 2.Haşim. 3.Әbül Manaf. 4.Qusi. 5.Kilab. 6.Mərrəh. 7.Kəb. 8.Liva. 9.Ğalib. 10.Fəhr. 11.Malik. 12.Nəzr. 13.Kənanə. 14.Xəzimə. 15.Mudrikə. 16.İlyas. 17.Muzr. 18.Nizar. 19.Məd. 20.Әdnan. 21.Әdd. 22.Әdəd. 23.Yəsə. 24.Həmyəs. 25.Binət. 26.Salaman. 27.Həml. 28.Qəydar. 29.İsmail. 30.İbrahim. 31.Tarəx. 32.Tahur. 33.Şaru. 34.Әbrğu. 35.Taliğ. 36.Abir. 37.Şalih. 38.Әrfəxşəz. 39.Sam. 40.Nuh. 41.Ləmən. 42.Mətuşələk. 43.Әxnux. 44.Yarid. 45.Məhlail. 46.Qəynan. 47.Әnus. 48.Şəys. 49.Adəm Әbul-bəşər.
    Adları çəkilən şəxslər Әbdül-Müttəlibdən başlayaraq Peyğəmbərin (s) də babaları sayılırlar.
    Hamıya məlumdur ki, Peyğəmbərin (s) babaları arasında müşrik və kafir şəxs olmamışdır. Həzrət Әbu Talib istisna olmaqla, Әli (ə) babalarında Peyğəmbərlə (s) şərikdir. Bəzi qərəzli alimlər Әli (ə)-ın nəsəbini şübhə altına salmaq üçün həzrətin atası Әbu Talibin iman gətirməsinə şübhə ilə yanaşmışlar. Burada Әbu Talibin iman gətirməsini təsdiqləyən bir neçə dəlil gətiririk:
    Mir Seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Qazi Şukani «Hədisul-qudsi» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
    «Cəbrail nazil olub mənə dedi: Allah-taala sənə salam göndərərək buyurdu: Səni endirən sülbə (atası Abdullah), səni həml edən bətnə (anası Amənə) və səni himayəsinə götürən şəxslərə cəhənnəm odunu haram etdim.»
    Məlum olduğu kimi, Peyğəmbərin (s) himayədarı babası Әbdül-müttəlib, onun vəfatından sonra əmisi Әbu Talib olmuşdur.
    Həzrət Әbu Talibin söylədiyi şerlər onun imanından xəbər verir. Bu şerləri İbni Әbil Hədid, Әbul Qasim Bəlxi, Әbu Cəfər İskafi, Sibt ibni Cuzi kimi əhli-sünnət alimləri öz kitablarında qeyd etmişlər. Şerlərdən bəzi parçalarla tanış oluruq:
    «Bizdən istəyirlər ki, İslam dininə qarşı qiyam edək, əlimizə qılınc götürüb Məhəmmədlə döyüşək. Yox, yalan deyirsiniz; Allahın evinə and olsun ki, xaliqindən kitab nazil olmuş, insanları hidayətə səsləyən Məhəmmədlə döyüşmək əbəs və çox böyük səhvdir.»
    «Ey Allahın şahidləri şahid olun! Mən Әhmədin (Məhəmməd (s)) dinindəyəm. Hər kəs yolundan azırsa azsın, mən hidayət olmuşam!»
    Gördüyünüz kimi Әli (ə)-ın əsil-nəsəbində Allahın varlığına iman gətirməyən müşrik və kafir bir şəxs yoxdur.
    Әli (ə)-ın nurani xilqəti onun ən böyük fəzilətlərindən biridir.
    Hənbəli məzhəbinin imamı Әhməd ibni Hənbəl öz «Müsnəd» kitabında, həmçinin Mir Seyyid Әli Həmədani, İbni Məcazili Şafei, Məhəmməd ibni Təlhə öz kitablarında Peyğəmbərdən (s) nəql edirlər:
    «Mən və Әli Adəm peyğəmbər yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə,  imamət isə Әlidə qərar verildi.»
    Bütün İslam tarixçilərinin yazdığına görə, Әli (ə)-ın təvəllüdü müqəddəs Kəbə evində olmuşdur. Anası Fatimə binti Әsəd Məscidul-həramda olduğu zaman Kəbənin divarları yarılaraq içəri dəvət olundu. Həcərül-əsvədlə üz-üzə dayandıqda Kəbənin sol küncündə yarılmış divarın izləri bu günə qədər qalmaqdadır.
    2.Әli (ə)-ın iman və təqvası:
    Bütün tarixçilərin yazdığına əsasən, Әli (ə) körpəliyindən Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və ona ilk iman gətirən kişi olmuşdur. Әli (ə)-ın hamıdan əvvəl iman gətirdiyini təsdiqləyən dəlillərdən bir neçəsini gətiririk:
    İbni Әbdül-birr «İstiab» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Hakim Nişapuri «əl-Müstədrək» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
    «Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq.»
    Məşhur tarixçi Məhəmməd Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında öz mötəbər sənədləri ilə Üdey ibni Qeys Kəndidən nəql edir:
    «Cahiliyyət dövründə mən ətriyyat alveri ilə məşğul idim. Məkkə şəhərinə etdiyim səfərlərin birində Abbasla birlikdə Məscidul-hərama getdim. Günəş artıq xeyli qalxmışdı. Bu zaman ay kimi bir nurlu cavan məscidə daxil olub üzünü Kəbəyə tərəf çevirdi və namaz qılmağa başladı. Bir az keçdikdən sonra gözəl bir cavan gəlib onun sağ tərəfində, daha sonra örtüklü bir qadın gəlib onların arxasında durdu. Mən bu mənzərədən təəccüblənərək Abbasdan bunun nə olduğunu soruşdum. O cavab verdi: Әvvəl gələn cavan mənim qardaşım oğlu Məhəmməddir, sonra gələn isə başqa bir qardaşımın oğlu Әli, o qadın isə Məhəmməddin həyat yoldaşıdır. Məhəmməd iddia edir ki, ona Allah tərəfindən din nazil olmuşdur. İndi yer üzündə bu üç nəfərdən başqa bu dinə iman gətirən yoxdur.»
    Әli (ə)-ın təqvasına gəldikdə isə həzrətin dünyaya etinasızlığı, sadə həyatı bütün tarixçilər tərəfindən qələmə alınmışdır.
    Şeyx Süleyman Hənəfi, Məhəmməd ibni Təlhə Şafei, Məhəmməd Təbəri kimi tarixçilər Süveyd ibni Ğəflədən nəql edirlər:
    «Bir gün Әli (ə)-ı süfrə üstündə gördüm. Onun qarşısında bir kasa turşumuş ayran var idi. Әli (ə) qabığı təmizlənməmiş quru arpa çörəyini çətinliklə sındırır, ayranda isladaraq yeyirdi. Mən həzrətdən nə üçün təmizlənməmiş arpa çörəyi yediyini soruşduqda cavab verdi: Canım qurban olsun Peyğəmbərə (s)! O da belə çörək yeyirdi, ölən günədək doyunca buğda çörəyi yemədi...»
    İbni Әhməd Xarəzmi, İbni Məcazili Şafei və başqaları nəql edirlər:
    «Bir gün Әli (ə)-ın hüzuruna bir qab şirin halva gətirdilər. Həzrət barmağını halvaya batırıb dedi: Nə gözəl rəngi, nə xoş ətri var, amma Әli onun dadını bilmir. Həzrətdən halvanın onun üçün haram olduğunu soruşduqda cavab verdi: Allahın halalı haram olmaz. Amma mən necə qarnımı doyura bilərəm ki, ölkənin ətrafını aclar bürümüşdür.»
    Hafiz Әbu Nəim İsfahani, Şeyx Abdullah Şəbravi Şafei, Məhəmməd ibni Təlhə Şafei, İbni Səbbağ Maliki, Sibt ibni Cuzi və başqaları nəql edirlər:
    «Zirar Şam şəhərində Müaviyə ilə apardığı müzakirədə dedi: Bir gecə Әlini gördüm ki, ilan vurmuş adamlar kimi qıvrılır, ağlayaraq deyir: Ey dünya get məndən başqalarını aldat! Mən səni üç təlaqla boşamışam. Artıq sənin mənə qayıtmaq ümidin yoxdur. Sənin ömrün çox qısa, təhlükən isə böyükdür...»
    3.Әli (ə)-ın elmi:
    Әli (ə)-ın sonsuz elm və ilahi hikmət sahibi olduğunu bu günədək heç kim təkzib etməmişdir. Ötən bəhslərimizdə bütün səhabələrin, xüsusilə xəlifələrin Әli (ə)-ın hamıdan elmli olmasını etiraf etdikləri barədə söhbət açmışdıq. Әli (ə)-ın 1400 il bundan öncə buyurduğu elmi məsələlər bu gün də bütün alim və mütəfəkkirləri heyran qoyur.
    Yüzlərlə əhli-sünnət kitablarında nəql olunmuş bir hədis «Mən elmin şəhəriyəm, Әli isə onun darvazasıdır». Әli (ə)-ın Peyğəmbər (s) elminin varisi olduğunu gözəl şəkildə bəyan edir.
    Әli (ə)-ın həzrət Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətdən elmli və əfzəl olmasını bütün alimlər təsdiq etmişlər.
    Necə ki, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə»  kitabının 1-ci cildinin əvvəllərində yazır:
    «Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi.»
    Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır:
    «Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi.»
    Әli (ə)-ın dəfələrlə təkrarladığı bir cümlə onun elminin bir ecaz olduğundan xəbər verir:
    «Ey insanlar, istədiyiniz sualı məndən soruşun. Məndən əvvəlkilərin, məndən sonra gələnlərin bütün elmləri mənim sinəmdə yatır.»

    İstiab

    Bu hədis «Müsnəd», İstiab», «Yənabiul-məvəddə» «Fəraid», «Məvəddətul-qurba», «Mənaqib», «Tarixul-xüləfa», Fəthul-bari», «Təfsirul-itqan» və onlarla digər əhli-sünnət  kitablarında nəql olunmuşdur.
    «İstədiyiniz sualı məndən soruşun» demək, zahirən sadə görünsə də bu cümləni deməyə heç kimin cəsarəti çatmamışdır.
    İbni Әbdül-birr, Әbdul-Abbas Şafei, Xətib Bağdadi kimi alimlər çəkinmədən demişlər:
    «Bu cümləni Әli (ə)-dan özgə hər kəs demişsə, yalançı olduğu sübut olunmuşdur.»
    Bu mövzunu İbni Әbil Hədid Mötəzilinin bir cümləsi ilə sona yetiririk:
    «Çox təəccüblü və heyrətamizdir. Bu kişi ömrünün sonunadək bir dəfə də olsun bilmirəm demədi... yəqin ki, bu bir möcüzədir. Axı belə şeylər bəşər qüdrətindən xaricdir..!»

    Kitabın adı: İttihamla üz-üzə
    Müəllif: Mətləb Baqir

     
     
    Bölmə: Əhli Beyt / İmam Əli (ə)
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 23 Eylül 2014 21:54 | İstifadəçi | Şərh yazdı
    cox Shukur'ki Ali Shiyesiyik!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.