Duanın qəbulunda təxirin hikməti
Həyatda çatışmazlıqların olması insanın Allahına qarşı pis zənnə düşməsinə səbəb olmamalıdır. Çünki O bəndəsinin xeyrinin nədə olduğunu daha yaxşı bilir. İnsan istəklərinin çox tez həyata keçməsi və dualarının çox tez qəbul olmasını gözləməməlidir. Bir çox hallarda insanın xeyiri və məsləhəti istəklərinin bir az da gec qəbulunda ola bilər. Hətta bəzi vaxtlar insanın məsləhəti duasının bu dünyada qəbul olmayıb, axirəti üçün azuqəyə çevrilməsində ola bilər. Demək, bizim Allaha qarşı pis zənnə düşməyimizə heç bir şey səbəb ola bilməz.
"Bir çox hallarda duamın qəbul olmasının təxirə düşməsi mənim üçün daha yaxşı oldu. Çünki Sən işlərin sonundan xəbərdarsan.”
Bəlkə də, istəklərimin qəbulunu təxirə salmağın mənim məsləhətimə və mənim üçün daha yaxşı olsun. Çünki yalnız Sən işlərin sonundan, xeyir və zərərindən xəbərdarsan. Mən öz cahillik və nadanlığım üzündən tələsirəm.
Təəssüf ki, Allahın hikmətini düşünmür, Onun sifətlərinə lazımınca inanmırıq. Allahın Rəuf və Rəhim olmasına inanmırıq. Elə təsəvvür edirik ki, Allah qıymamazlıqdan (nəuzubillah) bizim istəklərimizi qəbul etmir. Lakin yuxarıda bildirildi ki, hər kəs Allahın evinə gedib, Ondan ehtiyacını tələb edərsə, Allah bu bəndənin dili və sözünü nəzərə almadan öz lütfü ilə onun həqiqi məsləhətini nəzərdə tutar. Allahın insanın xeyir və səadətinə əsasən onun istəklərini qəbul etməsi böyük bir lütfdür. Bütün hallarda insanın səadət və kamilliyi dua və Allahı düşünməkdədir. Allah da öz hikmətinə əsasən əməl edir.
"Ey Rəbbim, Sən məni dəvət edirsən, lakin mən Səndən üz çevirirəm. Sən həmişə mənim məhəbbətimi soraqlayırsan; amma mən Səninlə düşməncəsinə rəftar edirəm. Sən mehribanlıq göstərirsən, lakin mən qəbul etmirəm. Guya Sənə minnətim var. Lakin heç bir alçaqlıq və etinasızlığım məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı. Beləcə, bu nadan bəndənə rəhm göstər, fəzl və ehsanatla ona kərəm et. Sən çox əta edən və kəramətlisən.”
Mənbə: "Rəbbin dərgahında" kitabı