» » İmanın bəzi nəticələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmanın bəzi nəticələri
    0
    Müəllif: Fatimə Nuri Xuda | 12-04-2016, 16:00 | Baxılıb: 1 642
     
     
    İmanın bəzi nəticələri

    a) Yəqin: Qəlbdə iman sabitləşdikdən sonra onun səmərələri ortaya çıxır. İmam Səccad (ə) onun iki nəticəsinə işarə etmişdir: Allahın təqdirlərinə yəqin və ilahi qəzalarla razılıq: "İlahi, elə bir yəqin ver ki, Sənin təqdirin olmadan mənə heç nə çatmayacağına inanam”.
    Yəqin imanın ən üstün və ən kamil mərhələsidir. İman mə`rifətə bağlıdır, kamil mə`rifət insanda yəqin sifətinin yaranmasına səbəb olur. Yəqin mərhələsinə çatmış şəxs üçün rifahda və ya çətinlikdə olmağın heç bir fərqi yoxdur. O, maddi həyat hadisələri qarşısında e`tinasızdır. Çünki onun qəlbi başqa bir yerə bağlıdır. Kamil imana və yəqin mərhələsinə çatmış mö`min bütün işlərini Allahın öhdəsinə buraxır. O, mənfəətinin Allahın təqdir etdiyi şeylərdə olduğuna inanır.
    Beləliklə, mö`min xəyalən həmişə rahatdır. Çünki Allah onun həyatını öhdəsinə götürmüşdür və onun xeyiri Allahın təqdir etdiyi şeylərdədir. Me`rac hədisində Allah buyurur: "Bəndəm yəqin mərhələsinə çatdıqda həyatın ona ağır və ya asan keçdiyinə əhəmiyyət verməz.”
    İmam Rizadan (ə) "yəqinin” mə`nası soruşuldu. İmam buyurdu: İmam Baqir onu belə təsvir etmişdir:
    "Yəqin Allaha təvəkkül, Onun göstərişlərinə təslimçilik, ilahi qəzalardan razılıq və işləri ona tapşırmaqdan ibarətdir.”
    Beləliklə, imanın birinci nəticəsi insanın ona çatmalı olan şeylərin bir gün çatacağına və təqdir olmayanların çatmayacağına inanmasıdır.
    İmam Sadiq (ə) nəql edir ki, həzrət Əli (ə) buyurdu: 
    "Heç bir bəndə ona çatası şeylərin çatmamasının və ona çatmayası şeylərin çatmasının mümkün olmamasına (yəqin) elm tapmayana qədər imanın tamını dadmayacaqdır. (Ona çatmalı olan şeylər çatacaq və ya çatmışdır. Ona çatması qərarlaşdırılmayan şeylər ona çatmayacaqdır.) Yalnız böyük Allah fayda və ziyan verə bilər.”
    Çalışmaq və əziyyət nəticəsində hasil olan şeylərin yalnız özümüzdən olması əqidəsi şirk dolu bir baxışdır.
    Təkallahçı insan vücudunun, əqli və cismi enerjisinin, sərf etdiyi vasitələri Allahdan olduğunu bilməlidir. Bundan əlavə, bu şeylərdən istifadə etmək də Allahın tədbiri əhatəsindədir. İnsan mal, sərvət yığıb Allahın istəyi olmadan istifadə edə bilməz. Bir çoxları sərvət toplayır (istər halal, istər haram yolla), lakin ondan istifadə etməyə müvəffəq olmur. Beləliklə, sərvətdən istifadə etmək də Allahın istəyinə bağlıdır.
    Əlbəttə, "yəqin”i qəbul etməyin şərti cəbrə (məcburiyyətə) inanmaq deyil. Yə`ni elə də deyil ki, insan iş-güc dalınca getməyib tənbəllik etsin, dini e`tiqadları bəhanə gətirib, "işləsəm də, işləməsəm də Allahın təqdiri olan hər şey mənə çatacaq” desin. Burada cəbr-ixtiyar məsələsini geniş şəkildə açıqlamaq üçün imkan olmadığından, ümumi şəkildə qeyd edirik ki, təqdir olunan iş "vasitələrin səbəblər yolu ilə gerçəkləşməsidir”. Allah işləri müəyyənləşdirdikdə vasitələr və səbəblər nəzərdə tutmuşdur. Bu vasitələrdən biri insanın öz iradəsidir.
    Misal üçün, bir şəxs üçün 50 il ömür müəyyənləşdirilibsə, bu o deməkdir ki, Allah onun ömrü boyu hansı işlər görüb, hansıları görməyəcəyini bilir. Ömürü azaldan və ya uzadan şeylərə, məsələn, sileyi-rəhim (yaxınlarla əlaqə), qəti-rəhim (əlaqəni kəsmək), ana və atanın haqqını gözləmək, sağlamlığı gözləmək və bu kimi başqa məsələlərə nə qədər əhəmiyyət verəcəyini bilməsidir.
    Beləliklə, Allah öz geniş elmi əsasında şəxsin ixtiyari rəftar və əməlləri əsasında məsələn 50 il yaşayacağını müəyyənləşdirmişdir. Lakin insanın "mənim ömrüm 50 ildir və işlərimin ömrümün uzanıb-azalmasına heç bir tə`siri yoxdur” deməsi düzgün deyil. Allahın müəyyənləşdirdikləri  insanın ixtiyari işlərinin əsasındadır.
    İnsanın ixtiyari işlərinin Allahdan asılı olması bu işlərin onun özündən asılı olması ilə zidd deyil. Çünki bu əsaslanmalar bir xətt boyudur və bir-birlərinə maneə törətmirlər. Başqa sözlə, iş görənin insan olması bir səviyyədə və bu işin Allaha əsaslanması daha üstün bir səviyyədədir; bu səviyyədə insanın öz vücudu işin əsaslandığı maddələrin vücudu və iş vasitələrinin vücudu Allaha əsaslanır. Səbəblər toplumunun son tərkibi kimi insan iradəsinin işə tə`siri səbəblər toplumunun bütünlüklə Allaha aid olması ilə zidd deyil. Dünyanın, insanın, cismə aid bütün şə`nlərin ixtiyarı Allahın əlindədir. Allah daim onlara varlıq verir və heç bir mövcud hansısa zamanda ondan ehtiyacsız deyil. Belə ki, insanın azad şəkildə gördüyü işlər də Allahdan, Onun iradəsindən asılıdır. Bir işi müstəqil şəkildə insanın və ya Allahın iradəsindən asılı bilmək düzgün deyil. Çünki bu iki iradə bir-birindən ayrı deyil. İnsanın iradəsi də onun vücudu kimi Allahın iradəsinə bağlıdır. İnsanın iradəsinin gerçəkləşməsi üçün Allah-təalanın iradəsi zəruridir. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəməzsiniz!”
    Qur`an buyurur: 
    "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
    Sonra buyurur: 
    "Bu sizin əlinizdən çıxana görə kədərlənməməyiniz və sizə verilənə görə sevinib qürrələnməməyiniz üçündür.”
    Dünyada əzizlərimizin birini itirsək, kasıbçılıq, xəstəliyə düçar olsaq və bu kimi başqa çətinliklərə düşsək, naümid olub, özümüzü uduzmamaq üçün bütün bu şeylərin müəyyənləşdiril-miş və yazılmış olduğunu bilməliyik. Bütün bu ne`mətləri Allahın verdiyini, sonra isə məsləhət əsasında bizdən aldığını düşünməliyik.
    Allah həzrət Musaya (ə) buyurdu: "Bəndələrimdən ən sevimlisi o kəslərdir ki, sevimlilərini onlardan aldıqda Mənimlə müxalifət etmir və Mənə təslim olurlar.”
    Beləliklə, mö`min insan dünya ne`mətlərinə bağlanmamalı, onları itirən zaman qəmgin olmamalıdır. Mö`min daim bəndəlik və öz vəzifə-lərini yerinə yetirmək barədə düşünməlidir. Nəsə əldə edib, nəsə əldən vermək haqqında çox düşünməyə dəyməz.
    b) İlahi qəzavü-qədərə razı olmaq: İmanın ikinci tə`siri ilahi qəzavü-qədərə razılıqdır: "Ey mehribanların ən mehribanı, məni həyatımda qismət etdiyin şeylərə razı sal”
    Allah-təala öz bəndələri üçün işlər müəyyənləşdirmişdir. Bə`zən bu müəyyənləşdirmə insanın istəyinə müvafiq olur, bə`zən isə insan bu təqdirlərdən narazı qalır. Allah istəyir ki, insanlar Onun müqəddəratından razı qalsın və Onun qəzavü-qədərinə boyun əysinlər. Bu təqdir bə`zən şər`i işlərdə, bə`zən isə təkvini (təbiət) işlərdə gerçəkləşir.
    Şər`i işlər həmin göstərişlər, vaciblər və haramlardır. Bu yerdə razılıq vacibləri yerinə yetirmək və haramlardan çəkinmək mə`nasını bildirir.
    Təkvini işlərdə razılıq Allahın bəndə üçün müəyyənləşdirdiyi şeylərlə razılaşmadır. İstər pis hadisələr, istərsə də xoşa gələn hadisələr müəyyənləşdirilsin! İnsanlar xoşgəlməz hadisələr qarşısında necə reaksiya göstərəcəkləri ilə bağlı yoxlanılırlar. Bə`zi yoxlamalar imanın birinci mərhələsinə aiddir. Burada insanın ağır hadisələr qarşısında ilahi hökmlərə riayət edəcəyi, yoxsa üsyan qaldıracağı yoxlanılır. Daha üstün mərtəbə isə üstün bəndələrə aiddir. Bununla onların acı hadisələr qarşısında dözəcəyi, yoxsa Allaha şikayət edəcəyi yoxlanılır. Onların bu hadisələrə dözməsi "səbr” məqamı sayılır. Səbrdən daha üstün isə "razılıq” məqamıdır. Yə`ni razılıq əhli həm çətinliklərə və əziyyətlərə səbr edir, həm də razılıq bildirirlər. (Qəlblərinin dərinliklərində heç bir narahatçılıq çəkib şikayət etmirlər.) Çünki bütün olaylar Allah tərəfindəndir. Bu, imanın ən üstün mərhələsidir. Bu mərhələdə insan Allahın təqdiratından qəlbən razı qalır və ilahi müqəddəratın hikmətə əsaslandığına inanır. Buna görə də Allah me`rac gecəsi öz peyğəmbərinə buyurdu: "Mənim yanımda ən gözəl iş təvəkküldür.
    Əlbəttə, bu o demək deyil ki, insan iş-gücdən əl çəksin. Çalışmaq özü ilahi təqdirin nəticələrindəndir. Məqsəd baş vermiş hadisələrə razı olmağımızdır. Hər bir hadisənin hikmət əsasında olduğunu bilməliyik. Allah Musaya buyurur: "Ey Musa, mənim yanımda mö`min bəndədən sevimli heç bir yaranmış yoxdur. Ona bəla və ya çətinlik göndərirəmsə, bu onun xeyirinədir. Çünki mən bəndəmin məsləhətindən xəbərdaram.”
    Xəstə uşağına acı dərmanlar verən ana, şübhəsiz ki, övladını sevir. Ana bu işi övladına düşmən olduğu üçün yox, onu sevdiyi üçün edir. Allahın da işləri bu cürdür.
    Bir çox rəvayətlər göstərir ki, bə`zən Allah öz bəndəsinin məsləhətini yoxsulluqda bilir. Bə`zən din kasıblıqla islah olunur. Allah məhəbbət üzündən bəndəni yoxsul edir. Bə`zilərinin isə imanı sərvət və varlılıqdan başqa heç bir şey ilə qorunmur. Allah bu cür şəxsləri varlı edir. Bə`zən isə Allah kasıblıq və varlılığı bəndələri üçün imtahan vasitəsi edir.
    Yenidən tə`kid edirik ki, insan əlini əlinin üstünə qoyub, heç bir sə`y göstərmədən "Allahım, hər nə xeyirdir mənə yetir” deməməlidir! Vəzifəni yerinə yetirmək bir mövzu, işləri Allahın öhdəsində qoymaq və Onun qəzavü-qədərinə razı olmaq isə başqa bir mövzudur.
    Hər halda insan Allahın ona qismət etdiklərindən (istər az, istər çox) razı olmalıdır. Bu razılığın həm dünyəvi, həm də axirət nəticəsi var. Razı insan dünyada sakitlik və aramlıq hissi keçirir, axirətdə də "razılıq” məqamına nail olur.
    Təəssüf ki, bir çox insanlar iman zəifliyi nəticəsində öz yaşayış vəziyyətlərindən razı deyillər və şikayət edirlər. Allahın onlara verdiklərinə qane olmurlar. Buna görə də heç zaman aramlıq və sakitlik tapmır, daim nigaranlıq hissi keçirirlər. Lakin mö`min insan inanır ki, xalqın arzuladığı və əldə etmək istədiyi bir çox şeylər çox vaxt onların xeyrinə olmur, bə`zən isə onların narahatlıqlarına və çətinliklər yaranmasına səbəb olur.
    "İftitah” duasında oxuyuruq: "İlahi, Səndən bə`zi şeylər istəyirəm, Sən isə onların qəbulunu tə`xirə salırsan. Bu tə`xirə görə narahatlıq hissi keçirirəm. Lakin bir çox hallarda duamın tə`xirə düşməsi mənim üçün daha yaxşı olur. Çünki Sən işlərin sonundan agahsan”.
    Qur`ani-Kərim buyurur:
    "Bə`zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə`zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.”
    Bir çox hallarda insan özü də əldə etməyə maraqlı olduğu şeylərin ziyanına olduğunu və xoşuna gəlməyən şeylərin gerçəkləşdikdən sonra onun xeyrinə olduğunu anlayır.
    Qur`an zövcələr barəsində buyurur:
    "Əgər qadınlarınız xoşunuza gəlməzsə, (nifrət etməyin). Ola bilsin ki, sizin xoşunuza gəlməyən (nifrət etdiyiniz) hər hansı bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.”
    Beləliklə, bütün hallarda insan öz işlərini Allahın öhdəsinə qoymalı və başına gələnlərlə razılaşmalıdır. Buna görə də, kamil imanın nəticələrindən biri yəqin, digəri ilahi qəzavü-qədərə razılıqdır.
     
    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 13 Nisan 2016 09:50 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı  çox gözəl çox vacib və dəyərli xəbərdir bu xəbər barədə nə yazsam yenə azdır Çox sağ ol Allah əcrini versin Allah Hacətini versin bu kitabı hər bir möminin oxumağı lazımdır bu kitabı yazan Alimimizdəndə Allah razı olsun Allah bizləri sevdiyi və razı olduğu bəndələrindən qərar versin amin ƏLLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCCƏHUM 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 12 Nisan 2016 20:48 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum cox diqqetle oxudum ve cox beyendim gozel ibretli ve nesihetli sozlerdir cox ehtiyacım var idi sanki teselli oldu Allah razı olsun qelbim sram oldu Allaha tevvekkul edirem ve inanıramki hec bendesini darda qoymaz ona acılan elleri bow cevirmez komey ol ya Rebbim bizi ozunden bawqa hec kimi mohtac etme Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.