» » Orucun faydaları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Orucun faydaları
    +5
    Müəllif: Ewqi_Kerbela | 13-07-2015, 15:00 | Baxılıb: 952
     
     
    Orucun faydaları

    Hədisdə həzrət Peyğəmbərin (s) belə ərz etdiyi bildirilir: "Pərvərdigara, orucun bəhrəsi nədir?” Allah-təala buyurur: "Orucun bəhrəsi hikmət, hikmətin bəhrəsi mə’rifət, mə’rifətin bəhrəsi isə yəqinlikdir.” Allah-təalanın hədisdəki bu bəyanı ən üstün tərbiyə üsullarındandır. Allah bir şəxsi tərbiyələndirmək istədikdə, onu bir işə sövq etmək istədikdə, həmin işin faydalarını sadalayır. Belə olduqda işə maraq artır və insan daha həvəslə irəli gedir.
    Həqiqətən də, oruc tutmaq gündə iki dəfə yeməkdən ibarət olan qidalanma rejimidir. Əslində insan orqanizmi məhdud miqdarda qidaya ehtiyac duyur. Bizlər isə mə’dəmizi, adətən, artıq yükləyirik. Qidalanmaq üçün rejim hazırlamaq zəruridir. Təəssüf ki, bizlər rejimsiz qidalanır və nəticədə sağlamlığımızı itiririk. Bura qədər deyilənlər orucun insan orqanizminə olan faydasıdır. Amma orucun misilsiz ruhi faydaları da vardır. Əvvəla, insan az yemək nəticəsində daha dərindən düşünə bilir. Demək, orucun əsas mə’nəvi faydalarından biri hikmətdir. Çox yeyən insanın fikri daim maddi ləzzətlərə məşğuldur. Təbii ki, daim maddi ləzzətlər fikrində olan insan mə’nəvi ləzzətlərdən məhrum olur. Çünki diqqət bir şeyə yönəldikdə o biri şeydən yayınır. Daim yemək-içmək fikrində olan şəxs, şübhəsiz ki, ibadətdən ləzzət ala bilmir. Çünki belələri yalnız maddi şeylərin dadından xəbərdardır. Oruc iradəni möhkəmləndirməklə yanaşı, maddiyyata aludəliyin qarşısını da alır. Allahın razılığını qazanmaq məqsədi ilə yemək-içməkdən çəkinən oruc tutmuş insan gün uzunu Allah haqqında düşünə bilir. Bundan əlavə, insan çox yedikdə ağırlaşır və düşüncə qabiliyyətini itirir. Çünki bədənin enerjisi qəbul olunmuş qidanın həzminə sərf olunur. Tibbi baxımdan da tövsiyə olunmuşdur ki, insan yedikdən sonra dərhal zehni işə məşğul olmamalıdır. Çünki həzm prosesini yerinə yetirmək üçün qan mə’dənin ətrafında toplanır. Zehni iş zamanı isə qan beyin ətrafında cəmləşir. Həm mə’dənin, həm də zehnin eyni vaxtda işləməsi qan dövranına mənfi tə’sir göstərir. Çox yeməyin başqa zərərləri də vardır. Ləzzətli xörəklərə meyilli insan bu yeməkləri hazırlamaq üçün bir müddət çalışmalı olur. Nəticədə mə’nəviyyat yaddan çıxır. Zikr olunmuş rəvayətə əsasən, oruc və ümumiyyətlə, az yemək insanın hikmət əldə etməsinə səbəb olur və o, həqiqətləri dərk etmək qüvvəsi tapır. Əlbəttə ki, ən əsası ilahi məhəbbət, Allahın sifətləri və Allahla bağlı işlərdir. Digər bir tərəfdən insanın mə’rifəti gücləndikcə onun iman və yəqinliyi də artır. Çünki yəqinlik məhz mə’rifətin bəhrəsidir.
    Yəqin mərtəbəsi imanın ən kamil mərtəbəsidir. Əlbəttə ki, yəqinin də öz mərtəbələri var. Rəvayətlərdə qeyd olunduğu kimi, elmül-yəqin, eynül-yəqin kimi yəqinlik mərtəbələri mövcuddur. İnsanın iman gətirməsinin səbəbi olmalıdır. Bir şeyi tanımadan ona iman gətirmək mümkünsüzdür. Təbii ki, mə’rifət artdıqca insanın imanı da artır. Kamil mə’rifət yəqin mərtəbəsi üçün zəmindir. Kamil yəqinlik və imanın əsərləri vardır. Bu əsərlərə əsasən, kimin yəqin mərhələsinə çatdığını müəyyənləşdirmək olar. Rəvayətdə həmin əsərlərdən birinə işarə olunur: "Bəndə yəqin məqamına çatdığı vaxt əhəmiyyət vermir ki, onun həyatı çətinliklə, yoxsa asanlıqla keçir.” Bəli, yəqinliyə çatmış insanın həyat səviyyəsi baxımından çətinliyi olmur. Axirət səadəti haqqında düşünən insan üçün dünyanın şirinlikləri və acılıqları fərqsizdir. Həyat səviyyəsi mö’minin qəlb dəryasını dalğalandıra bilmir. Kamil imana malik mö’min öz işlərini Allaha tapşırır və bilir ki, onun xeyiri Allahın məsləhətindədir. İmanı güclənmiş insan işlərini Allaha həvalə etdikdə Allah da onun işlərini öz öhdəsinə götürür.
    Demək, yəqinliyə çatmış mö’min daha mühüm məqsədə malik olduğu üçün dünya həyatına əsir olmur və dünya ləzzətləri onun diqqətini Allahdan yayındıra bilmir. Allah-təalanın ayətlərinə, adlarına, sifətlərinə, cilvələrinə məşğul olan düşüncədən başqa fikirlərə yer yoxdur. Digər bir tərəfdən, imanlı insan öz işlərini Allaha həvalə etdiyindən arxayındır. O Allahın məsləhətini hər şeydən üstün tutur. Yəqinə çatmış insan üçün əldə etdiyi mə’rifətin əməli rolu vardır. Adi insanların Allaha, behiştə və cəhənnəmə inamı onların əməlinə tə’sir göstərmir. Biz dildə Allahın hər şeyi gördüyünü desək də, əməldə dediyimiz sözü unuduruq. Belə bir biliyə yəqin deyilmir. Yəqin elə bir mərhələdir ki, insanın biliyi və mə’rifəti işdə özünü göstərir

    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 13 Temmuz 2015 20:28 | İstifadəçi | Şərh yazdı
    ALLAH BUTUN ORUC NAMAZLARI QEBUL ETSIN AMIN. ELLERIN DERD GORMESIN BACIM ,ALLAH ETDIYIN EMELLERI QEBUL ETSIN IN SE ALLAH.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.