Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Orucun kamil olması zəkatı ödəməklədir; yə`ni fitrədir. Necə ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat namazı kamil edər.”
"Misbahe-kəfəmi” nin haşiyəsində yazılmışdır ki, "Xəvassul-Qur`an” kitabında buyurulur ki, hər kəs cümə gecəsi gecə namazından sonra min dəfə "Kövsər” surəsini oxusa və min dəfə Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görər.”
Bir kişi İmam Cavad (əleyhis-səlam)-a ərz etdi:
Atam ölüb və özünün var-dövlətini bir yerdə saxlayıb ki, (yerini) bilmirəm hardadır, mən ailəli və sizi sevənlərdənəm.
İmam (əleyhis-səlam) ona buyurdu: "Gecə işa (xüftən) namazından sonra Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndər, atanı yuxuda görərsən, o malı qoyduğu yeri sənə göstərəcəkdir.”
Kişi o Həzrət n göstərişinə əməl etdi. Atasını yuxuda gördü və ona dedi: Oğlum! Mal filan yerdədir. Allah Rəsulunun (səlləllahu əleyhi və alihi) övladına de ki, mal yerindən səni agah etmişəm. O, yuxudan oyandı, gedib malı həmin yerdən götürdü və sonra hadisəni İmam Cavad (əleyhis-səlam)-a xəbər verdi.
İmam (əleyhis-səlam buyurdu: "Şükür Allaha olsun ki, səni əziz tutdu.”
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Hər kəs Allahın Rəsulunu (səlləllahu əleyhi və alihi) yuxuda görmək istəsə işa namazından sonra kamil bir qüsl etsin və 4 rəkət namaz 400 ayətl-kürsü ilə qılsın (hər bir rəkətdə həmddən sonra 100 dəfə) və min dəfə Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra heç kəsin yatmadığı təzə bir yataqda yatsın. Sağ əlini sağ yanağına tərəf qoysun və 100 dəfə təsbihat-ərbəəni (Subhənallahi vəl-həmdu lil-lahi və la ilahəilləl-lahu vəllahu əkbər) desin ki, onun ardınca "La həvlə və la qüvvətə illa billah” və 100 dəfə "Maşaallah” desin.”
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Sübh namazından sonra heç bir söz demədən yüz dəfə deyin: "Ya rəbbi səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil-fərəcə alə Muhəmmədin vəmin rəqəbətin min ən-nar.”
İmam Baqir (əleyhis-səlam) buyurdu:
"Hər kəs öz rükü, səcdələr və qiyamında desə: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.” Allah onun savabını onun rükü, səcdələr və qiyamının savabı kimi yazar.”
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Mən səlla əla Muhəmmədin və alihi fima bəynəz-zuhrəyni ədələ səbinə rəkətən.”
"Hər kəs zöhr və əsr namazlarının arasında Peyğəmbər (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, o salavat 70 rəkət namazla bərabər olacaq.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər kəs zöhr namazından sonra 100 dəfə salavat göndərsə Allah onun üçün üç iş görər.
Əvvəl budur ki, borclu olmasın və əgər borclu olsa, Allah borcunu əda edər.
İkinci budur ki, imanını zavaldan qoruyar ki, ən böyük bəxşişdir.
Üçüncü budur ki, qiyamət günü ona verdiyi nemətdən sual etməz.”
Əziz İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) nəql olub:
"Hər kəs cümə gecəsində 2 rəkət namaz qilsa və hər rəkətdə həmddən sonra on dəfə ayətəl-kürsü və iyirmi beş dəfə "Qul huvəllahu əhəd”i oxusun və namazdan sonra 1000 dəfə desin "Allahummə səlli ələn-nəbiyyil-ümmiyyi və alihi.”
Haqq-təala min peyğəmbərin şəfaətini ona əta edər və on həccin və on ümrənin savabını onun üçün yazar, ona behiştdə bir qəsr əta edər ki, dünyanın ən böyük şəhərlərindən daha geniş olar.”
Mənbə: ''Fatimeyi Zəhranın (s) zikrinin və salavatın savabı" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |