» » » Salavatın təsirləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Salavatın təsirləri
0
Müəllif: Fatimə Nuri Xuda | 20-06-2014, 14:00 | Baxılıb: 2 783

Salavatın təsirləri

 

14 – Günahları məhv edir

İmam Rza (əleyhis-səlam) buyurdu:

"Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə  çoxlu salavat göndərsin,  çünki salavat günahları məhv edir.”

15 – Behişt iyindən məhrum qalmaq

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

"Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-Beyimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”

16 – Salavat savabının günahlara üstün gəlməsi

Bir katibi vəfatından sonra yuxuda gördülər və onun halını soruşdular. Cavab verdi: "Mənim günahlarımı Peyğəmbərin (səlləllahu əleyhi və alihi) adına yazdığım salavatla tərəzidə  çəkdilər salavatın savabı  çox ağır gəldi və məni bağışladılar.”

17 – On günahın məhv olması

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

"Hər kəs mənə bir salavat göndərsə Allah-təala ona görə o şəxsə on salavat göndərər, on günahını məhv edər və on ehsan onun üçün yazar. Ona iki mələyi müvəkkil edər ki, ruhuma o salavatı  çatdırmaq üçün bir-birilə ötüşərlər.”

18 – Salavatın bərəkətinə üzün xoş iyli olması

"Şəfaul-əsqam” da Muhəmməd ibn Səiddən rəvayət olub ki, dedi: Özümlə əhd bağladım ki, yuxudan əvvəl müəyyən sayda Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərim. Bir gecə ailəm ilə bir otaqda yatmışdım və yuxuda gördüm ki, o Həzrət daxil oldu və otağın divarları camalının nuru ilə işıqlandı və buyurdu:

"Mənə salavat göndərən o ağız hardadır ki, onu öpüm?”

Mən ağzımı qabağa aparmağa utandım, üzümü irəli apardım ki, onu öpsün. Sevincimdən yuxudan oyandım və ailəmi oyatdım. Xoş ətir iyi otağı bürümüşdü və elə bil əzfər müşkündən ev dolmuşdu.

O iy səkkiz günə qədər üzümdə dolandı və hər kəs onu iyləyirdi.”

19 – Fəqirin ağzının xoş iyi

Şeyxlərin birindən hekayət edirlər ki, dedi:

"Bir gecə İsfahanda fəqirlərdən birinin otağında qaldım. Gecə yarısı yuxudan oyandım xoş bir iy burnuma yetişdi ki, ondan daha xoş iy heç vaxt eşitməmişdim. Qalxdım və o iyin haradan gəldiyini bilmək üçün axtarmağa başladım, hər hara baxdımsa o iyin guşəmin daxilindən gəldiyini gördüm. Baxanda otağın küncündə bir fəqirin züm-zümə etdiyini gördüm. Qulaq asan kimi salavat göndərdiyini eşitdim və o ürək oxşayan xoş ətir iyi onun ağzından gəlirdi.”

20 – Qəbirdə salavatın fəryada  çatması

Şibli nəql edibdir ki: Mənim bir qonşum var idi ki, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: Allah-təala səninlə necə rəftar etdi?

Dedi: Ey Şeyx! Böyük dəhşətlər gördüm,  çoxlu əziyyətlər  çəkdim. O cümlədən Münkər və Nəkirin sualları zamanı dilim işdən düşdü. Özüm-özümə deyirdim: Vaveyla, bu əzab və bəla mənə hardan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm. O iki mələk  qəzəblə məndən cavab tələb etdilər. Qəflətən gözəl tüklü və xoş iyli bir şəxs gəldi mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə təlqin (öyrətdi) etdi ki, onların sualına düzgün şəkildə cavab verdim. O, şəxsdən soruşdum: Sən kimsən?–Allah sənə rəhm eləsin- ki, məni qüssədən xilas etdin!

Dedi: Mən sənin Peyğəmbərə (səlləllahu əleyhi və alihi) göndərdiyin salavatdan xəlq oldum və hər zaman və hər yerdə ki, əlacsız qaldın sənin fəryadına yetişmək üçün mə`mur olmuşam.”

21 – Bərzəxdə salavatın kəraməti

"Fəzl Kindi” ni vəfatından sonra yuxuda görüb ondan soruşdular: Allah-təala səninlə nə etdi?

Dedi: Məni bağışladı və əzizlədi, bir əmələ görə ki, mənim bu iki barmağımdan –yə`ni şəhadət və baş barmağımdan- sadir olmuşdu.

Dedilər: Onlar nə iş gördülər ki, sənə olan kəramətə səbəb oldu?

Dedi: "Səlləllahu əleyhi və alihi və səlləm” i  çox yazırdım.

22 – Gül iyləyən zaman salavat demək

Mö`təbər hədisdə Malik Cəhənidən rəvayət olmuşdur ki: Bir gülü İmam Cə`fər Sadiq (əleyhis-səlam)-a verdim. Həzrət aldı və iylədi, sonra hər iki gözünün üstünə qoydu və buyurdu: Hər kəs bir gülü alsa, iyləsə və gözlərinə qoysa və desə -"Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum.”

Hələ yerə qoymamış onun günahları bağışlanar.

23 – Unutqanlığın dərmanı

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

"Bir şeyi unutduğunuz zaman mənə salavat göndərin ki, o şeyin yada düşməsinə səbəb olar.”

24 – Günahın bəxşişi

"Uyunul-Məcalis” kitabında, (o da əhli-sünnə kitablarındandır) rəvayətdir ki: "Bəndələrdən biri Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) salavat göndərən zaman, münadi (nida edən) qeyb aləmindən nida edər ki: Allah-təala bu bəndəyə on salavat göndərdi. Bu nida birinci göyün əhlinə yetişən zaman ona min salavat göndərərlər. İkinci göyün əhlinə yetişən zaman min dəfə də artırarlar. Həmçinin "Sifətul-Müntəhaya” yaxınlaşdıqda yeddi min dəfə salavata yetişəcəkdir.

Bu vaxt Haqq-təala mələklərə xitab edər ki: Siz mənim bəndəmin salavatının öhdəsindən gələ bilməzsiniz. Onu mənə tapşırın ki, mən onun cəzasını verim. Onun cəzası odur ki, onun günahlarını bağışlayım.”

25 – Keçmiş və gələcək günahların bağışlanması

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) buyurdu: "Hər vaxt bir-birilə dost olan iki bəndə Allaha xatir əl-ələ verib mənə salavat göndərsələr bir-birindən ayrılmadan öncə Allah-təala hər ikisinin keçmiş və gələcək günahlarını bağışlayar.”

Başqa bir rəvayət budur ki, Həzrət buyurdu:

"Hər kəs bir müsəlmanl a müsafihə etsə (əlini sıxsa) və müsafihə vaxtında desə: "Allahummə səlli əla Muhəmmədin və ali  Muhəmməd və səlləm.”

Bu əməl onun günahlarından bir şey saxlamaz.

26 – Qiyamətdə nur

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

"Hər kəs mənə bir salavat göndərsə, Allah-təala qiyamət günündə onun başı üstündən, sağ, sol, yuxarı və aşağı tərəflərdən bədən üzvlərinə nur verər.”

27 – Qiyamət üçün salavatın zəxirə olması

"Hər bir mö`minin beş müvəkkil (vəkil) mələyi vardır:

Birinci onun qarşı tərəfindədir ki, şeytanı ondan uzaqlaşdırır.

İkinci onun arxa tərəfindədir ki, göyün bəlalarını ondan uzaqlaşdırır.

Üçüncü onun sağ tərəfindədir ki, onun yaxşı əməllərini yazır.

Dördüncü onun sol tərəfindədir ki, pis əməllərini yazır.

Beşinci onun alnındadır ki, ona "hafiz”"qoruyan”- deyirlər və o mö`min şəxs gecə vaxtı hər bir salavatı ki, göndərir, o mələk onu günəş  çıxana qədər saxlayır və o vaxt gedir. Yenə salavatı qoruyub saxlamaq üçün gündüz gəlir. O mələyin getməsi ona görədir ki, kainatın Seyyidi Rəsulullahın (səlləllahu əleyhi və alihi) pak mərqədinə (qəbrinə) gedir və qəbrin müqabilində durur və deyir:

"Əsslamu əleykə ya Rəsulullah filan oğlu filan bu gecə vəya bu gündə sənə bir neçə salavat göndərdi.”

O həzrət buyurdu:

"Mənim salavat və salamım ona olsun!”

Onda o mələk ərşin altına gedər və deyər: "İlahi! Sənin filan oğlu filan bəndən – sənin həbibinə neçə salavat göndərmişdir və mən onun müqəddəs qəbrinə getdim və onun ərzinə  çatdırdım və o həzrət ona salavat və salam göndərdi.”

Pak və sübhan Allah buyurar: "O bəndəyə salavat olsun.”

Və buyurur: "Mənim o bəndəmin salavatını nurlu ağ bir buluda qoyub, ərşin rüknlərindən birində saxlasınlar və o salavat qiyamət gününə qədər izzət hicabında qorunub saxlanılar. Onda o bəndənin əməli ölçülən bir vaxt Haqq-təala buyurar ki, o salavatı gətirsinlər və o bəndənin yaxşı əməlləri olan tərəzinin gözünə qoysunlar ki, ağır olsun”

28 – Siratın üstündə nur

Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur ki, buyurur:

"Mənə  çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbrdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”

29 – Şəfaətin vacib olması

Əziz İslam Peyğəmbəri (səllalləhu əleyhi və alihi) Əmirəl-mö`minin Əli (əleyhissalam)-a öz vəsiyyətində buyurdu:

"Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə, şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları böyük günahlardan olmuş olsun”

30 – Behiştdə bir töhfə

Bir nəfər Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sual etdi: Ümmətin salavatı sizə bir töhfə göndərməkdir. Görəsən, siz tərəfdən onlar üçün bir töhfə olacaqdır? O həzrət (səlləllahu əleyhi və alihi) buyurdu: "Bu gün ümmətimin mənə salavatı onlardan mənə bir töhfədir və sabah onlar üçün mənim töhfəm behiştdə olacaqdır.”

31 – Bu salavatın bərəkətindəndir

Bir qadın hamilə idi, Məkkədən Mədinəyə yalqız mühacirət (köç) etdi və bu səbəbə görə ona "Mühacirə” deyirdilər. Qadın bir oğlan doğdu. Uşağı bir parça ətə oxşayırdı, əl və ayağı yox idi.

Mühacirə qüssələndi, mamaçaya dedi: Mən Allahın hökmünə razıyam; amma düşmənlərin şəmadətindən qorxuram. Məkkə kafirləri deyərlər ki, filanə (mühacirə) bizim şəhərdən getdiyi və islam dinini qəbul etdiyi üçün bizim bütlər onun uşağının əl-ayağını aldılar.

Mamaça dedi: Gərək bu qəziyyədə Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gedəsən. Mühacirə o sərvərin xidmətinə gəldi və vəziyyəti o Həzrətə ərz etdi. O cənab buyurdu ki, de:

"Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin kəma  barəktə əla İbrahimə.”

Mühacirə bu kəlimələri təkrar etdi və öz evinə qayıtdı. O, öz uşağının əl-ayağını yerində gördü və dərhal bu xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alihi)  çatdırdı. O həzrət buyurdu: "Bu, mənə  göndərdiyin salavatın bərəkətindən idi.”

32 – Behiştə daxil olmağın şərti

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:

"Hər kəsin "ölüm vaxtı” axırıncı sözü mənə və Əli (əleyhis-səlam)-a salavat olsa, behiştə daxil olar.”

33 – Günahdan üç gün pak olmaq

Əziz İslam Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:

"Hər kəs mənə bir salavat göndərsə, ona hafiz (gözətçi) olan o iki mələk üç günə qədər heç bir günahı onun üçün yazmazlar.”

34 – Behişt müjdəsi

Allahın Rəsulu (səllalahu əleyhi və alihi) buyurdu: "Hər kəs mənə min dəfə salavat göndərsə, behişt müjdəsi almayana qədər ölməz.”

Şəhid Sani (rə) cümə risaləsində bu tə`siri 1000 dəfə salavat üçün cümə günündə qeyd etmişdir.

35 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) nisbət ən layiqli şəxs

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

"Qiyamət günündə mənə ən yaxın şəxs mənə  çoxlu salavat göndərən şəxs olacaqdır.”

36 – Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yol göstərmə

Əbu Səid Xüdri deyir: Əmmar Yasir Peyğəmbərə (səllallahu əleyhi və alihi) dedi:

 "İstəyirəm Nuhun (əleyhis-səlam) ömrü qədər aramızda yaşayasan!

Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:

37 – Şeytanı dəf etmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu: 

"Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) tə`yin edir ki, xatirində olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın "xəllas” adlı həmkarı tə`yin olunmuş vəzifəsinə əməl etməyə  çalışır. Bəs hər vaxt bir nəfər bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin və aliMuhəmmədin və əccil-fərəcəhum). Və Şeytanı lə`nətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan  çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”

38 – Ürəyin nuraniliyi

Xızr Peyğəmbər (əleyhis-səlam) İmam Həsən Müctəba (əleyhis-səlam)-ın məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu:

"Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”

İmam (əleyhis-səlam) cavab verdi: "Bəşərin qəlbi "haqla” möhkəmlənmişdir və "haqq” ilə qarışmışdır və "haqq” üzünə örtük  çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun "qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o "haqq” üzərinə  çəkilmiş örtük elə o cür də qalacaqdır və bu haldadır ki, insan bildiyi mətləbi də yadından  çıxarır.”

39 – Sağlamlıq

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

"Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”

40 – Ölüm və təhlükədən nicat tapmaq

"Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: "Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və aliMuhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlliəla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”

41 – Rəhmətdən bir qapı

Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:

"Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”

42 – Günahı aradan aparmaq

 

Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:

"Bir nəfər mənə salavat göndərsə, onun günahları aradan gedəcəkdir.”

43 – Hacətlərin həyata keçməsi

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

Bir nəfər yüz dəfə "Ya rəbbi  Səlli əla Muhəmmədin və ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”

44 – Siratın işıqlı olması

Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:

"Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”

 

 

 Mənbə: ''Fatimeyi Zəhranın (s) zikrinin və salavatın savabı" kitabı


 
 
Bölmə: Hədislər-yazılı / Zikrlər
Şərhlər: 5
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 22 Temmuz 2014 04:50 | İstifadəçi | Şərh yazdı
ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏDİN KƏMA SƏLLƏYTƏ ƏLA İBRAHİMƏ VƏ ALİ İBRAHİMƏ İNNƏKƏ HƏMİDUN MƏCİD.  ALLAH RAZI OLSUN.FAYDALI BİLGİ ÜÇÜN SAĞ OLUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Haziran 2014 15:44 | Sayt nəzarətçisi | Şərh yazdı
MEHEMMED VE ALI MUHEMMEDE SALAM VE SALAVAT GONDERIREM ALLAHUMMESELLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 22 Haziran 2014 16:31 | Redaktor | Şərh yazdı
Gul xanim cox sag olun Allah sizden razi olsun Amin InsAllah.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Tamara | Status: İstifadəçi Offline | 20 Haziran 2014 16:22 | İstifadəçi | Şərh yazdı
ALLAHUMME SELLI ALA MUHAMMEDIN VE ALI MUHAMMED KEMA SALLEYTE ALA IBRAHIME VE ALI IBRAHIM  ALLAHUMME BARIK ALA MUHAMMEDIN VE ALI MUHAMMED KEMA BAREKTE ALA IBRAHIME VE ALI IBRAHIM

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 20 Haziran 2014 14:21 | Administrator | Şərh yazdı
Allahın salamı Peyğəmbərə və pak ailəsinə olsun.Çoox sağ ol bacı.Əllərin var olsun.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.Və əccil fərəcəhum.Ya Muhamməd (s).

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.