![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:
"Mənə naqis salavat göndərməyin!.”
Soruşdular: Naqis salavat necədir (hansıdır)?
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Naqis salavat budur ki, "Allahummə səlli əla Muhəmməd” və ardını davam etməməyinizdir. Əksinə gərək deyəsiniz: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Naqis salavatı (Ali Muhəmmədi zikr etmədən) mənim üçün dilinizə gətirməyin; əksinə mənim Əhli-Beytimə də salavat göndərin və salavat zamanı onları nəzərinizdən qaçırmayın; Çünki mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.”
Əmmar Sabati deyir:
"Mən İmam Sadiq (əleyhis-səlam)-ın yanında idim, bir kişi dedi: "Allahummə səlli əla Muhəmməd və əhli-beyti Muhəmmədin” İmam (əleyhis-səlam) ona buyurdu: "Ey kişi! Dairəni bizə təng tutdun, bilmirsənmi ki, əhli-beyt həmin kəsa-əhli beş nəfərdirlər və bəs?!.”
Kişi soruşdu: Necə deyim?
Buyurdu: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin” de ki, biz və bizim şiələr də daxil olaq.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər mənə salavat göndərsə, lakin mənim əhli-beytimə salavat göndərməsə, behiştin qoxusunu hiss etməyəcəkdir.”
Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mənə naqis salavat göndərməyin, əksinə mənə salavat göndərən zaman mənim Əhli-beytimə də salavat göndərin və onları salavat zamanı nəzərinizdən qaçırmayın, çünki qiyamət günü mənim nəsəbimdən başqa bütün nəsəblər kəsiləcək.”
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər mənə salavat göndərsə və mənim "əhli-beytimə” salavat göndərməsə, behişt iyindən məhrum qalacaqdır.”
Mənbə: ''Fatimeyi Zəhranın (s) zikrinin və salavatın savabı" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









