Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:
"Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin həyata keçməsinə səbəb olar. Allahı sizdən razı edər və sizin əməllərinizi pakizə edər.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər kəs Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) yüz dəfə salavat göndərsə, Allah onun yüz hacətini həyata keçirər.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Ey Əli! Hər vaxt bir iş səni kədərləndirsə, de: İlahi! Yatmayan gözlərinlə mənə gözətçi ol, məni təcavüzə məruz qalmamaq üçün öz himayət kölgəndə qərar ver. Səndən Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməyini istəyirəm və sənin tükənməz gücünlə düşmənlərin və zülmkarların boğazını yırtaram.”
Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:
"Hər kəs üç dəfə desə: "Allahummə səlli əla Muhəmməd (səlləllahu əleyhi və alihi)in və ali Muhəmməd (səlləllahu əleyhi və alihi)i” Allah onun hacətini həyata keçirər.”
Qəm-qüssə gətirən hadisələr aşkar olan bir vaxtda əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) təvəssül etmək ən gözəl sığınacaqdır. O Həzrətə təvəssül etmək 40 gün ardıcıl olaraq bu duanı 92 yaxud 132 dəfə zikr etməkdən ibarətdir. Dua belədir "Allahummə səlli ələn-nəbiyyir-rəhməti və şəfiul-ümməti vəkaşiful-ğəmmihi Muhəmmədin və alihi əcməinə.” Bu çox təcrübə olunmuş əməllərdəndir.
"Və iz nəccaynakum min ali-Fir`oni” ayəsinin təfsirində gəlmişdir:
Bəni-İsrail "Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə” salavat zikr etməklə Fir`onun yaratdığı çətinliklərdən və Fir`onun xidmətçiləri tərəfindən qərar verilmiş çətinlik və əziyyətlərdən nicat tapırdılar. Bəni-İsrail Fir`onun məcbur qoyduğu işin nəticəsində taqətdən düşürdülər, o vaxta qədər ki, Allah tərəfindən Musa (əleyhis-səlam)-a vəhy oldu ki, onlara (Bəni-İsrailə) "Muhəmməd (səlləllahu əleyhi və alihi) və Əhli-Beytinə” (səllalahu əleyhi və alihi) salavat göndərməyi öyrət ki, onların çətinliklərinin yüngülləşməsinə səbəb olsun.
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Sizin hər birinizə lazımdır ki, böyük və əzəmətli Allahın qarşısında hacətinizi aşkar (bildirən) edən zaman İlahi sitayişlə başlasın və Peyğəmbər (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə tə`rif desin. Sonra isə öz təqsir və günahlarını e`tiraf edərək Allahdan hacətini istəsin.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |