Salavatın deyilmə qaydası
52 – Dəstəmazda salavat
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
Ya Əli! Dəstəmaz almaq istəyən vaxtda de:
"Bismillahi vəssəlamu əla Rəsulillah.”
53 – Təharətlə xətm
Salavatı xətm etmək istəyən şəxs gərək təharətlə üzü qibləyə və kamil diqqətlə aşağıdakı xətmləri yerinə yetirsin:
1-ci xətm: 786 dəfə "Bismillahir-rəhmanir-rəhim deyib sonra 132 dəfə salavat göndərsin.”
2-ci xətm: İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndərməklə davam etsin.
54 – Ucadan salavat deməyin sirri
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mənə salavat göndərən vaxtda səsinizi qaldırın, çünki bu iş nifaqı aradan qaldırır.”
Mənbə: ''Fatimeyi Zəhranın (s) zikrinin və salavatın savabı" kitabı