» » Həzrət Zəhranın (s) təsbihatının savabları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrət Zəhranın (s) təsbihatının savabları
    0
    Müəllif: Elya | 3-07-2014, 09:00 | Baxılıb: 1 659
     
     
    Həzrət Zəhranın (s) təsbihatının savabları
    1-Bu, təkidli müstəhəbbi əməllərdən biridir.
    2-Şiə imamlarının və din alimlərinin nəzərində xüsusi əhəmiyyətə malikdir.
    3-Onun qısa və sadə olmasına baxmayaraq, çoxlu savabı və xeyir-bərəkəti vardır. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) onu qızı xanım Zəhra (ə)-a öyrədib buyurdu: "Sənə dünya və onun içindəkilərdən yaxşı olan bir şey əta edəcəyəm.” (Sonra bu zikri ona əta etdi.)
    4-İmam Baqir (ə) buyurmuşdur: "Allaha həmd-səna etmək baxımından, həzrət Zəhra (ə)-ın təsbihindən üstün və fəzilətli bir ibadət yoxdur. Əgər ondan fəzilətli bir əməl olsaydı, həzrət Mühəmməd (s) onu Fatimeyi-Zəhra (ə)-a öyrədərdi.
    5-Namazdan sonra ən fəzilətli əməl həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihidir.
    6-Yaxşı olar ki, vacibi namazlardan sonra, yatanda və Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edəndə onun zikrinə müdavimət edilsin.
    7-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs vacibi namazdan sonra Fatimə (ə)-ın təsbihatını desə, sağ ayağını sol ayağının üstündən götürməzdən öncə, onun bütün günahları bağışlanar. Bu təsbih "Əllahu-əkbər”lə başlanır.
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Mənim üçün hər gün vacibi namazlardan sonra həzrət Zəhra (ə)-ın təsbihatını demək, gündə qılınan min rükət (müstəhəbbi) namazdan sevimlidir.
    9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs gecəni Fatimə (ə)-ın təsbihini deməklə başa vursa (yəni yatanda onu desə), Allahı çox yad edən qadın və kişilər sırasındadır (və "Allahı çox yad edin!” – ayəsinə əməl edənlərdəndir).
    10-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihini demək Allahın razılığına səbəb olur.
    11-Əməl tərəzisində insanın yaxşı əməllərinin ağır gəlməsinə səbəb olur. Bu barədə imam Sadiq (ə) Əmirəl-möminin Əli (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Sübhanəllah” demək əməl tərəzisinin yarısını, "Əl-həmdu lillah” demək tərəzinin hamısını, "Əllahu-əkbər” demək isə yerlə göyün arasını doldurur.”
    12-Allahın razılığına səbəb olur. Belə ki, imam Baqir (ə) buyurmuşdur: "Hər kəs həzrət Zəhra (ə)-ın təsbihatını dedikdən sonra tövbə etsə, Allahın məğfirətinə şamil olar.
    13-İnsanı behiştə aparar. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs həzrət Fatimə (ə)-ın təsbihatını vacibi namazda (salamı dedikdən sonra) ayaqlarını bir-birinin üstündən götürməmişdən öncə desə, Allah-taala behişti ona vacib edər.
    14-Xanım Zəhra (ə) onu həmişə oxuduğuna görə o həzrətin təsbihi adı ilə məşhurlaşdı. O, məsum imamların yanında yüksək əhəmiyyətə malik idi.
    15-İmam Sadiq (ə) buyurmuşdur: "Namazdan sonra Fatimə (ə)-ın təsbihini "Əllahu-əkbər” deməklə başlayıb, onu otuz dörd dəfə deyin. Sonra otuz üç dəfə "Əl-həmdu lillah” və otuz üç dəfə də "Sübhanəllah” deyin. Lakin yatanda və (möminlərin qəbrini) ziyarət edəndə əvvəlcə "Əllahu-əkbər”, sonra "Sübhanəllah” və daha sonra isə "Əl-həmdu lillah” deyin.
    16-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs vacibi namazdan sonra Allahı yad etməyi həzrət Fatimə (ə)-ın təsbihini deməklə başlayıb, "La ilahə illəllah” desə, Allah-taalanın məğfirətinə şamil olar.
    17-Onu yaddan çıxarmayın və göstəriş verildiyi şəkildə icra edin.
    18-İbadətin, xüsusilə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını ən yaxşı şərti diqqətli olmaqdır.
    19-Onun digər şərtlərindən biri də, onu namazdan dərhal sonra yerinə yetirməkdir.
    20-Həmçinin onun başqa bir şərti də ardıcıllıqla, sözlərin arasında heç bir fasilə vermədən və (Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək müstəsna olmaqla) başqa bir söz danışmadan yerinə yetirməkdir.
    21-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının çoxlu faydaları vardır, o cümlədən: İnsanı bədbəxtlikdən xilas edir.
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Ey Əba Harun! Biz öz övladlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, həzrət Fatimə (ə)-ın təsbihatını deməyi də əmr edirik. Sən də onu heç vaxt yaddan çıxarma; çünki bu zikri həmişə deyən şəxs heç vaxt bədbəxtliyə düşməz.
    23-Şeytanın insandan uzaqlaşmasına səbəb olan əməllərdən biri də həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deməkdir.
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs öz yatağında uzandığı halda həzrət Fatimə (ə)-ın təsbihatını desə, Allah-taala onun əməl dəftərində həmin gecəni ibadətlə başa vurma savabını yazar.
    25-Rəvayətlərə və tarixi şahidlərə əsasən, həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatı bəzi xəstəliklərə, o cümlədən qulaq ağrısına dərmandır.
    26-İmam Sadiq (ə)-dan nəql olunan rəvayətə əsasən, həzrət Zəhra (ə)-ın təsbihatı "Allahı çox yad edin!” – ayəsinin xarici nümunələrindən biridir.
    27-Hər kəs Allahı çox yad etsə, Allah-taala onu iki şeydən uzaq edər: 1-Cəhənnəm odundan. 2-Nifaq (münafiqlik) sifətindən.
    28-Bu təsbihi zikr etməyin üç məxsus vaxtı vardır: 1-Hər bir namazdan sonra. 2-Yatan vaxtı. 3-Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edən zaman.
    29-İmam Baqir (ə) buyurmuşdur: "Yatmazdan öncə həzrət Zəhra (ə)-ın təsbihatını deyin, ondan sonra "Fələq” və "Nas” surələrini, eləcə də "Ayətəl-kürsü”nü oxuyun.
    30-Əgər bir kəs təsbih edərkən sayında şəkk etsə, məhəllindən keçməyibsə, niyyətini aza qoymalıdır. Əgər səhv edərək təkbirlərin və sairənin sayını artırsa, artıq deməməli və niyyətini otuz dörd, yaxud otuz üçə qoymalıdır. Bu kimi hallarda yaxşı olar ki, təsbihdə (Sübhanəllah) yox, təkbir (Allahu-əkbər) və təmhiddə (Əl-həmdu lillah) niyyəti buna qoysun ki, bir dənə az demişdir. Sonra birini əlavə etməklə sayı təkmil etsin.
    31-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını hər bir namazdan sonra, o cümlədən həzrət Peyğəmbər (s)-ə qılınan ziyarət namazından, "istiğasə” namazından, "Cəmkəran” məscidində imam Zaman (ə)-a qılınan namazdan və Əmirəl-möminin Əli (ə)-a qılınan ziyarət namazından sonra da deyilir.
    32-Adətən zikrlər, xüsusilə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatı təsbehlə deyildiyinə görə, yaxşı olar ki, zikr imam Hüseyn (ə)-ın türbətindən düzəlmiş təsbehlə deyilsin.
    33-İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə)-ın türbətindən düzəlmiş təsbehlə zikr etmək, yaxud tövbə etmək (və onu təsbihlə saymaq) digər torpaqdan, yaxud daşdan düzəlmiş təsbehlə deyilən yetmiş zikrə, yaxud tövbəyə bərabərdir.
    34-İmam Kazim (ə) buyurmuşdur: "Möminin beş şeyi olmalıdır: Misvakı, darağı, (üzərində namaz qılınan) Səccadəsi, otuz dörd dənəli təsbehi və əqiq üzüyü.
    35-Bu təsbihi demək zahirdə asandır, lakin onu diqqətlə dedikdə, çoxlu çətinliklər aradan qaldırılar.
    36-Bu zikr sünnülərin "Səhihi Müslüm”, "Səhihi Buxari”, "Sünəni ibn Macə” və "Ehyau ülumid-din” kimi kitablarında qeyd olunmuşdur, lakin onun həzrət Fatimeyi-Zəhra (ə)-a məxsus olmasına işarə edilməmişdir.
    37-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını xüsusiyyətlərindən biri də onun çoxlu savaba malik olmasıdır.
    38-İmam Baqir (ə) buyurmuşdur: "Bu təsbih yüz zikrdən ibarətdir, lakin (qiyamət günündə) əməllər ölçüləndə ona min savab verilər, Şeytanı insandan uzaq edər və Allahın razılığına səbəb olar.
    39-İmam Sadiq (ə) həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını deyəndə, həmişə öz mübarək barmaqları ilə yavaş-yavaş sayırdı.
    40-İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatının neçə dəfə dediyini şəkk etsən, yenidən de.

    Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

     
     
    Bölmə: Zikrlər
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 11:33 | İstifadəçi | Şərh yazdı
    ALLAH BIZLERI IBADET VE ZIKR EHLINDEN OLMAQIMIZA QERAR VERSIN.ALLAH SIZDEN RAZI OLSUN.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Temmuz 2014 13:58 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH SONSUZ RAZI OLSUN BACI ELLERINE SAGLIQ COX GOZEL MELUMATDIR

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.