Düşmən beli sındıran, çox təsirli cavab
Bağışlayan və mehriban Allahın adı ilə
Mənəviyyatlı şəxslərdən biri hatəmi Tainin oğlu Ədidir ki, imam Əli (ə)-ın tərəfdarlarından olub, Tərif, Tarif, Tərəfə adlı üç oğlu olub.Üçü də həzrətin xilafəti zamanı şəhid olmuşlar.
Bir gün Muaviyə istehza ilə Ədiyə belə deyir:
Sənin Tərəfatların (yəni oğlanların) haradadırlar?
Ədi cavab verir ki, imam Əli (ə)-ın qarşısında şəhid olublar.
Muaviyə istehza ilə belə deyir:
Əli (ə) səninlə yaxşı rəftar etməyib. Öz oğlanları imam Həsən (ə) və imam Huseyn (ə) sağdırlar. Sənin oğlanların isə ölüblər. Bu söhbətdə imam Əli (ə) şəhid olandan sonra baş verir. Allaha, peyğəmbər (s)-a, imam Əli (ə)-a həqiqətən, qəlbən iman gətirdiyindən muaviyənin belə çirkin istehzası qarşısında imanın zəiflətməyib, bəlkə öz imanın saflığını bir daha təsdiq etmək üçün düşmən beli sındıran, çox təsirli bir cavab verərək belə deyir:
Mən İmam Əli (ə) ilə yaxşı rəftar etməmişəm. Mənim imamım Əli (ə) şəhid olub, mən isə hələ diriyəm...
"Hikmətli nəsihətlər" kitabı.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.