İmam Hüseyn (ə) Aşura günündə bir nur kimi parlayaraq öz əshabına qüvvət və ümüd verdi . Həmin imam ki, babası onun haqqında belə buyurmuşdur: "Hüseyn hidayət çirağı və ümmətin qurtuluş gəmisidir”.
Hüseyn (ə) fəryad edirdi: "Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: ... ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillətə və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox uzaqdı. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm.”
Daha sonra Həzrət imam Hüseyn (ə) Yezidin əsgərlərinin qarşısına çıxıb onlara xitab edərək buyurdu:
"Mənimlə məni öldürməyiniz din və dünyanızın xeyirinə deyildir.
Əgər müharibə etmək istəyirsinizsə , yaxşı olardı ki, bir şura təşkil edib orada iştirak edənlərdən soruşarsınız ki, kim "Peyğəmbərin övladı ilə döyüşün”–deyir və hansı azğın və bədbəxt məni öldürməkdə sizinlə əməkdaşlıq etməyə hazırdır. İraqın valisi Mərcanənin oğlu ( İbn Ziyad) murdar və iqtidar dalınca olan bir kişidir. O, sizi bədbəxt etmək istəyir. Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir – birinizi qınayacaqsınız . Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün.Bilin ki , mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğunu eşitmişəm : "Dünya kafirlərə cənnət , möminlərə isə zindandır ”. . Ölüm bizim üçün şəhadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu dünya ilə o dünyanın arasında bir körpü vardır ki, o da ölümdür.
Əgər siz müharibə etsəniz , biz də öz əshab və övladlarımızla müdafiə olunmağa başlayacağıq. Əgər qələbə çalsaq , bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya bilir ki, biz məğlub olmamışıq. Ay yazıqlar! Bilici adamlar çalışırlar ki, yolu azmamaq üçün özlərinə bir çıraq tapsınlar. Mən bu ümmətin çırağıyam. Siz isə öz çırağınızı söndürmək istəyirsiniz. Kiminlə döyüşdüyünüzü bilirsinizmi ? Siz mənimlə deyil, Allah və Peyğəmbəri(s) ilə döyüşürsünüz.
Həzrət imam Hüseyn(ə) sözlərindən sonra düşmən qoşunlarında qarmaqarışıqlıq yarandı. Müharibə istəyənlər gördülər ki , əgər müharibəyə başlamasalar,Hüseyn(ə) öz sözləri ilə onların ordusunu hərəkətə gətirib bütün planlarını puça çıxaracaq dır. Elə buna görə də müharibəni başlamaq əmrini verdi.
Hüseyn (ə)-isə belə fəryad etdi: " Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır ! ” Züheyr və Həbib kimi əshabı imamın müharibə əmrini verdiyinə görə sevindilər. Onlardan hər biri birinci olmaq imamın onun müharibə meydanına ketmək icazəsi verməsini istəyirdi. Bəni Haşimin ay parçası olan Əbülfəzlil- Abbas, Əli Əkbər, Qasım və başqaları da döyüş üçün hazırlaşdılar. Onlar şir kimi düşmənin qoşununa hücum edib qarşılarına çıxanları cəhənnəmə vasil edirdilər. İmam Hüseyn(ə) özü elə igidlik və sücaət göstərirdi ki, İbn Şəhraşubun yazdıgına görə, təkcə o Həzrətin özü təxminən iki min düşmən əsgərini öldürmüşdür.
Hüseyn (ə) əshabından və yaxınlarından birisi gözlərinin qabagında şəhid olanda, daha qüvvətli, güclü və qərarlı addımlarla Irəlləyirdi. Düşmən əsgərlərindən olan bir nəfər Aşura günü haqqında bel deyib. "Aşura günündə Hüseyn(ə) bir şəhid verəndən sonra ruhdan düşmək əvəzinə, onun sifətinin açiq və daha parlaq olduğunu və daha da qüvvətlə döyündüyunü görürdük.
Döyüşçülər , ac və susuz olmalarına baxmayaraq, elə igidlik və qəhramanlıq göstərirdilər ki, düşmən əsgərlərinin sərkərdəsi olan ibn Səd belə bağırmaq məcburiyyətində qaldı: "Əgər belə döyüşəcəksinizsə,hamınız Hüseyn əshabının qılıncı ilə öldürüləcəksiniz.
Buna görə də təxminən dörd min nəfər ox atanlara birdən ox atmalarını, qılıncla döyüşənlərə isə birdən yürüş etmələrini əmr etdi. Müharibə qızışdı