İmam Hüseyn (ə) duasının dərhal qəbul olunması
Ravi deyir: Aşura günündə, Kərbala hadisəsinə və İmam Hüseynin(ə) başına gələnlərə şahid idim. Əbdullah ibni Cüveyrə adlı bir kişi, Həzrət Hüseynin(ə) yanına gəlib dedi: Ey Hüseyn! İmam(ə) cavab verdi: Nə istəyirsən?
Dedi: Sənə atəşi gözaydınlığı verirəm. (Yəni cəhənnəmə gedəcəksən.)
İmam Hüseyn(ə) buyurdu: Belə deyil. Mən bağışlayan və şəfaət edən Allah-təalanın yanına gedəcəyəm. Xeyr içində, yaxşılığa doğru hərəkət edirəm. Sən kimsən?
Cavab verdi: Mən ibni Cüveyrəyəm.
İmam(ə) onu əlini tutub, yuxarı qaldırıb dedi: İlahi bunu cəhənnəmə göndər.
İbni Cüveyrə qəzəblənib, İmama(ə) hücum etdi. Amma hücum edən zaman onun atı yerə yıxıldı və İbni Cüveyrənin ayağı üzəngiyə ilişib, başı yerə dəydi. At onu yer üzərində sürüyür. Onun başını daşa və ağaca vururdu. Onun ayağını parçaladı və bədəninin bir hissəsi üzəngidə olan halda cəhənnəmə vasil oldu.
Kitabın adı: 14 Məsumdan möcüzələr