Həcərül-əsvəd ilə söhbət
İmam Hüseyn(ə) şəhadətə yetişəndən sonra, Mühəmməd Hənəfiyyə bir şəxsi imam Səccadın(ə) yanına göndərdi ki, onunla xüsusi görüş təyin etsin. İmam(ə) onun bu istəyinə müsbət cavab verdi və bir-biri ilə söhbət etməyə başladılar. Mühəmməd Hənəfiyyə dedi: Ey qardaşım oğlu! Sən yaxşı bilirsən ki, Allahın peyğəmbəri imamət və xəlifəliyi özündən sonra Əmirəl-möminin Əliyə(ə) sonra İmam Həsənə(ə) tapşırıb. Atanız da vəsiyyət etməmiş öldürüldü.
Mən sənin əminəm Atanla bir kökdənəm və Əlinin(ə) övladıyam. Səndən yaşlı olduğum üçün imamlığa da ləyaqətim səndən çoxdur. Buna görə imam və vəsi olmaq məsələsində mənimlə qalmaqal etmə.
İmam səccad(ə) buyurdu: Ey Əmi! Allahdan çəkin və həqqin olmayan bir şeyi iddia etmə. Mən səni moizə edirəm ki, cahil kəslərdən olmayasan. Ey Əmi! Atam(ə) İraqa getməmişdən qabaq əhd bağlamışdıq. Bu silah Allahın rəsulunun(s) silahıdır ki, mənim əlimdədir. Buna görə imamlıq məsələsinə dəxalət etmə, yoxsa pərişan olarsan və ömrün qısa olar. Allah imamlıq və vəsilik işini İmam Hüseyn(ə) nəslində qərar veribdir. Əgər bu həqiqətə agah olmaq istəyirsənsə, gəl birlikdə Həcərül-Əsvədin yanına gedək və ondan istəyək ki, bu həqiqəti bizə aşkar etsin.
Hər ikisi yola düşdülər. Nəhayət, Həcərül-Əsvədə yetişdilər. O zaman İmam Səccad(ə) Mühəmməd Hənəfiyyəyə buyurdu: Əvvəlsən Allah dərgahına üz tut və ondan istə ki, Həcərül-Əsvədi sənin üçün dilə gətirsin. Sonra ondan istə sənin imamlığına şəhadət versin.
Mühəmməd Hənəfiyyə nalə çəkərək dua edib Allaha yalvardı və Həcərül-Əsvəddən istədiyi onun imamlığına şəhadət versin. Amma heç bir cavab eşitmədi.
İmam Səccad(ə) buyurdu: Ey Əmi! Əgər sən doğrudan vəsi və imam olsaydın o sənə cavab verərdi.
Mühəmməd Hənəfiyyə dedi: Qardaşım oğlu sən dua et və Allahdan istə ki, həqiqət məlum olsun.
Əli ibni Hüseyn(ə) istədiyi kimi Allah ilə münacat etdi. Sonra Həcərül-Əsvədə xitab edərək belə dedi: Səndən peyğəmbərlərin, övliyaların və bütün insanların əhdini səndə yerləşdirən Allaha xatir istəyirəm ki, İmam Hüseyndən(ə) sonrakı imamın kim olduğunu bizə xəbər verəsən. Həcərül-Əsvəd yerində tərpəndi. Beləki az qalmışdı yerindən qopsun. O zaman Allah-təala onu dilə gətirdi və o, fəsih ərəb dilində dedi: And olsun Allaha! Doğrudanda imamlıq Hüseyn ibni Əlidən(ə) sonra, Əli ibni Hüseyn ibni Əli ibni Əbitalibə və peyğəmbərin qızı Fatimənin oğluna yetişib.
İş bu yerə yetişndə Mühəmməd Hənəfiyyə tutduğu yolundan qayıtdı və Əli ibni Hüseynin(ə) ardıcıllarından oldu.
Kitabın adı: 14 Məsumdan möcüzələr