Uşaqlıq çağlarında söhbət etməsi
Əbu Süfyan Əlinin(ə) yanına gəlib dedi: Ey Əbəl Həsən! Bir hacətin qəbul olması üçün sənin yanına gəlmişəm.
İmam Əli (ə) buyurdu: hacətin nədir? Əbu Süfyan dedi: Gəl birlikdə əmin oğlu Mühəmmədin (s) yanına gedib ondan istəyək ki, bizimlə Əhd-peyman bağlasın və onu yazsın.
İmam Əli (ə) buyurdu: Ey Əbu Süfyan! Allahın peyğəmbəri sizinlə elə bir peyman bağlayıb ki, heç vaxt onu pozmayacaq. Bu anda Fatimə(s.ə) pərdənin arxasında oturmuşdu və Həsən(ə) dörd aylıq uşaq idi. Körpə uşaq Xanımın önündə beşikdə idi. Əbu-Süfyan Fatiməyə(s.ə) xitab edib dedi: Ey Mühəmmədin qızı! Bu uşağa de bizim üçün babası ilə söhbət etsin və ərəb-əcəm onun söhbətindən faydalansın.
Bu zamanda Həsən (ə) Əbu Süfyana üz çevirdi. Bir əlini Əbu Süfyanın burnuna, o biri əlini isə onun saqqalına sürtdü. O Allahın izni ilə dilə gəlib, dedi: Ey Əbu Süfyan! «La ilahə illəllah Muhəmmədun Rəsulullah» de! Sənin üçün babam ilə danışım və sizi şəfaət edim.
İmam Əli (ə) dedi: Şükr olsun Allaha! Mühəmmədin(s) nəslindən, Yəhya ibni Zəkəriyya (ə) peyğəmbər kimi bir şəxs qərar verdi ki, Allah-təala onun barəsində buyurmuşdur: «Biz ona uşaqlıqda Peyğəmbərlik verdik.»
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı