İki qeybi xəbər
İllərin birində İmam Həsən (ə) piyada gedirdi. Onun ayaqları şişmişdi. Həzrət (ə)-ın nökərlərindən biri dedi: Əgər dəvəyə minsən, bu şişlər sağalar. Həzrət (ə) qəbul etməyib buyurdu: Yolun ortasındakı mənzildə istirahət etmək üçün dayanan zaman sənin yanına zənci bir kişi gələcək. Onun yanında dərman var. Onu alarsan. Nökər dedi: atam-anam sənə fəda olsun! Qarşımızda bir mənzil yoxdur ki, orada bir kəs olsun və dərmanı satsın.
İmam (ə) buyurdu: Bir az irəli gedək, onu görəcəksən. İki kilometr yol getdikdən sonra, həmin zənci kişi müşahidə olundu. İmam Həsən (ə) öz nökərinə buyurdu: O kişinin yanına get, bu dərmanı ondan al ve pulunu ver. Alış-veriş qurtardıqdan sonra, zənci kişi dedi: Bu dərman kim üçün istəyirsən?
Nökər cavab verdi: Həsən ibni Əli (ə) üçün. Zənci kişi dedi: Məni onun yanına apar. Hər ikisi yola düşdülər. Həzrətin hüzuruna çatdıqdan sonra, zənci kişi dedi: Atam anam sənə fəda olsun! Mən bilmirdim sizin bu dərmana ehtıyacınız var. İcazə versəniz onun pulunu almazdım. Çünki mən sizin dostunuz ve şiənizəm. Siz dua edin Allah-təala mənə siz Ehli-Beyti sevən sağlam bir oğlan bağışlasın. Çünki mən heyat yoldaşımın yanından gələndə o,uşaq dünyaya gətirmek istəyirdi. İmam Həsən (ə) buyurdu: Öz evinə get. Allah-təala sənə sağlam bir oğlan bağışlamışdır ki, bizim şiələrdəndir.
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı