Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu il ərzində ilahi rəhmətin insanlara ən çox şamil olunduğu günlərdən biridir. Bu gün hacılar Ərəfə səhrasına gedir və orada gün batana qədər ibadət edirlər. Hədislərdə var ki, bu gün on ikinci İmam Həzrəti Mehdi (ə.f) da burada hacılarla birlikdə olur. Hacıların əmiri olur.
Peyğəmbərimiz həzrəti Məhəmmədin (s) son həccində isə islam peyğəmbəri özü müsəlmanların əmiri olub. Tarixi sənədlərə əsasən, həzrət Məhəmməd(ə) Ərəfə günü hacılarla birlikdə Ərəfə çölündə olub. Həzrət bu günü və bu səhranı son dəfə görürdü. Həzrət Peyğəmbər son həcc mərasimində hacılara belə müraciət edib: "Ey camaat, məni dinləyin. Bəlkə sizi bir də burada görə bilmədim...
Bilin ki, hamınız Allahın hüzuruna qayıdacaqsınız, yaxşı və pis əməllərimizə qiymət veriləcək. Mən sizə vəsiyyət edirəm ki, kimin yanında əmanət varsa, sahibinə qaytarsın.
Ey camaat, unutmayın, riba yemək islamda təkidlə haram buyurulub. Şeytana itaət etməkdən çəkinin.
Sizə vəsiyyət edirəm ki, qadınlara yaxşılıq edin, çünki onlar sizin əllərinizdə Allahın əmanətidirlər.
Sizin üçün iki əmanət qoyub gedirəm. Biri Allahın kitabı, digəri isə Əhli Beytimdir..."
Həmən bu ərəfə səhrasında Peyğəmbərin Quranla bərabər tutduğu, itrət kimi tapşırlan İmam Hüseyn (ə) idi ki, Əmisi oğlu Müslim ibni Əqli Kufiyə səfiri kimi göndərdi. Və ərəfə günü idi ki, bu ümmət onu qanına qəltan etdi...
İmam Hüseyn (əleyhis-salam) Aşura hərəkatında ilk tədbir ünvanı ilə Müslimi Kufəyə göndərdi. O, əvvəlcə Məkkədən Mədinəyə, oradan da İraqa gələrək Kufədə Muxtarın evində qaldı. Onun Kufəyə gəlişindən 35 gün keçəndə (60-cı hicri il şəvval ayının 5-də) təqribən 18 min nəfər onunla beyət etdi. Amma Kufənin hakimi işdən götürüldü və onun yerinə Übeydullah ibni Ziyad (lənətullahi əlehy) təyin olundu.
Übeydullah camaatı qorxutmaqla, bəzilərinə rüşvət verməklə qəbilə rəislərini o cənabdan uzaqlaşdırdı. Müslim yalqız qaldığı zaman Übeydullah onu tutmaq üçün bir qoşun göndərdi. Həmin vaxt Müslim Töv’ə adlı bir qadının evinə sığınmışdır. İbni Ziyadın əsgərlərinin səsini eşitdikdə döyüşə hazırlaşdı. Döyüşdə düşmən qüvvələrinə ağır zərbələr endirdi, bu zaman onlar məkr işlətdilər. Müslim mübarizəni davam etdirməyə taqəti olmadığı dövrdə məcburiyyət üzündən təslim oldu.
Onu Übeydullahın yanına gətirdilər, onların arasında baş verən sərt danışıqlardan sonra Übeydullah göstəriş verdi ki, onu darul-imarənin üstünə aparsınlar. Müslimin əli ilə yaranmış olan bir şəxs onun boynunu vurdu və İbni Ziyadın fərmanını icra etdi. (Mənbə : Cəfəriyan, Rəsul, “Aşura qiyamında mülahizələr”, səh. 165-171-dən iqtibas)
Qeyd: Ərəfə günü haqqında və Müslim İbni Əqil haqqında bu gün bundan sonrakı xəbərlərimizdə daha ətraflı məlumat veriləcək, buyurub oxuya bilərsiz .
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |