Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
89.İmamət
Qur’an:
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.»
Hədis:
347.İmam Əli (ə):«İmamət ümmətin (işlərinin) nizamıdır.»
348.İmam Baqir (ə):«İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər də‘vət olunmayıb.»
349.İmam Sadiq (ə):«Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir.»
350.İmamKazim (ə):«İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır.»
351.İmam Rza (ə):«Peyğəmbərin(s) ömrünün son ilində yerinə yetirilmiş vida həccində «Bu gün dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir.»
352.İmam Rza (ə):«İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur.»
353.İmam Rza (ə):«İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır.»
90.İmamətin nübüvvətdən üstünlüyü.
Qur’an:
«(Yadına sal ki,) İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona«səni insanlara imam təyin edəcəyəm» dedi.»
Hədis:
354.İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim.»
91.Höccətin (ilahi rəhbərin) zəruriliyi.
Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)
355.İmam Baqir (ə) və ya İmam Sadiq (ə):«Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən seçilməzdi.»
356.İmam Sadiq (ə):«Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu:«Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...»
92. Höccət tanınmış imamdır.
357.İmam Sadiq (ə):«Allahın yaratdıqlarına höccəti tanınmış imamsız bərqərar olmaz.»
93.Bəzən höccət qorxu içində və ya naməlum olur.
358.İmam Əli (ə):«Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum – boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin.»
359.İmam Baqir (ə):«Yer üzü imamsız – istər aşkar olsun və ya gizlin qalmır.»
94.İmam olmasa yer üzü bir-birinə dəyər.
360.İmam Sadiq (ə):«Əgər yer üzü imamsız qalsaydı bir-birinə dəyər, dağılardı.»
361.İmam Sadiq (ə):«Yer üzündə həmişə höccət mövcuddur. Çünki insanları höccətdən başqa bir şey islah etməz və yer üzünü ondan başqa bir şey abadlaşdırmaz.»
95.Hər bir ümmət öz imamı ilə çağrılacaqdır
Qur’an:
«Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.»
Hədis:
362.İmam Sadiq (ə):«Qiyamət günü …. Allah-taaladan nida gələr ki, kim dünya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt :«tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, üz döndərəcəklər.»
96.İmamı tanımaq.
363.Allahın Peyğəmbəri(s):«Kim imamını tanımamış ölsə cahiliyyət ölümü ilə ölüb.»
364.Allahın Peyğəmbəri(s):«Kim imamı olmadan ölsə cahiliyyət ölümü ilə ölüb.»
365.İmam Hüseyndən (ə) Allahı tanımaq barəsində sual soruşularkən buyurmuşdur:«Hər bir zamanın insanlarının tabe olmalı imamı tanımaları (Allahı tanımalarına səbəb olar. Çünki Allahı tanımaqla onun tərəfindən olan mə‘sum imamın tanınması arasında sıx bağlılıq mövcuddur).»
366.İmam Sadiq (ə) «Kimə hikmət əta edilsə…. « (ayəsi) barəsində buyurmuşdur:« (Hikmət) Allaha tabe olmaq və imamı tanımaqdır.»
367.İmam Sadiq (ə):«İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir.»
368.İmam Sadiq (ə):«Kim bizi tanımasa və bizi inkar da etməsə, o, Allahın ona vacib etdiyi hidayətə, yəni bizə tabe olmağın zəruriliyənə qayıdana kimi azğındır. Əgər o, azğınlıq halında ölsə Allah onunla özü istədiyi kimi rəftar edəcək.»
97.İmamətin şərtləri və imamın xüsusiyyətləri.
Quran:
«Səbr etdiklərinə və bizim ayələrimizə və nişanələrimizə yəqinlikləri olduğu üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik.»
«Doğru yola yönəldən kəs ardınca getməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?»
«Allah onu sizin üçün seçmiş, elm və bədəncə ona üstünlük vermişdir.»
Hədis:
369.İmam Əli (ə):«Bu işi (imaməti) ancaq səbr əhli olan, gözüaçıq və işlərdən baş çıxaran kəs çiyinlərində çəkə bilər.»
370.İmam Əli (ə):«İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun.»
371.İmam Əli (ə):«Özünü camaatın rəhbəri etmiş kəs başqalarını öyrətməmişdən qabaq özünü öyrətməli və (başqalarını) söz ilə ədəbləndirməmişdən qabaq əməl ilə özünü ədəbləndirməlidir.»
372.İmam Əli (ə):«Allahın əmrini ( ilahi hökmün icrasında) bac verməyən, geri çəkilməyən və (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa heç kəs icra və bərpa edə bilməz.»
373.İmam Əli (ə):«İtaəti vacib olan imamın vilayətinin böyük sərhədləri bunlardır: Məlum olmalıdır ki , o səhvdən, büdrəmədən, bilərəkdən edilən günahdan,ümumiyyətlə bütün günahlardan – istər böyük olsun istərsə, də kiçik – uzaqdır, pak və müqəddəsdir.O, nə büdrəyər, nə səhv edər.O, dinin devrilməsinə heç cür qol qoymaz, heç vaxt əyyaşlıq və kef etməz, Allahın halal-haramına, Onun vaciblərinə, müstəhəbbilərinə və (digər) hökmlərində insanların ən biliklisidir,o heç kəsə möhtac deyil, amma başqaları ona möhtacdır, o insanların ən səxavətli və ən şücaətlisidir.»
374.İmam Əli (ə):«Bildiniz ki, müsəlmanların namus, can, qənimət, hökumət və rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Çünki o, onların mallarına həris olar. Həmçinin nadana tapşırmaq olmaz, çünki o da öz nadanlığı nəticəsində onları azdırar. Eləcə də rəhmsiz və zülmkara! Çünki o da öz rəhmsizliyi ilə müsəlmanları möhtac olduqları şeylərdən məhrum edər. Malların bölüşdürülməsini ədalətsiz adama da tapşırmaq olmaz. Çünki o, bir dəstəyə bağışlayar, bir dəstəni isə məhrum edər. Nə də qəzavət edəndə rüşvət alana ki, camaatın hüqüqlarını tapdalayar və haqqı sahiblərinə çatdırmaqda səhlənkarlıq edər və nə də sünnəni tərk edən kəsə ki, ümməti məhvə aparar.»
375.İmam Hüseyn (ə) küfəlilərə yazdığı məktubunda buyurmuşdur: «Öz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında hökm çıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır.»
376.İmam Baqir (ə) imamın nişanəsinin izahında buyurmuşdur: «Halalzadə və gözəl tərbiyəyə malik olmalı və əyyaşlıqla məşğul olmamalıdır.»
377.İmam Rza (ə) imamın xüsusiyyətləri barəsində buyurmuşdur: «İmam rəhbərlikdə bacarıqlı, siyasətdən və ölkənin idarəçiliyindən xəbərdar olmalıdır.»
98.Allahın haqq rəhbərlərə vacib etdiyi şeylər.
378.İmam Əli (ə):«Allah məni öz yaratdıqlarının imam və başçısı etdi. Buna görə də mənə yeyib-içmək və geyimimdə yoxsullar kimi olmağımı əmr edib ki, yoxsul öz yoxsulluğunda mənimlə təsəlli tapsın, varlını öz zənginliyi azğınlıq və itaətsizliyə çəkməsin.»
379.İmam Əli (ə):«Həqiqətən imama Allahın onun öhdəsinə qoyduğu şeylərdən başqa heç nə vacib deyil(və onlar ibarətdir): moizə və öyüd-nəsihət verməkdə səhlənkarlıq etməməli, xeyirxahlıq istiqamətində çalışmalı, sünnəni dirçəltməli, layiq olan kəslər barəsində Allahın müəyyənləşdirdiyi ilahi hədd və cəzaları icra etməli və (beytül-maldan olan) payları payı olan kəslərə çatdırmalıdır.»
99.İmamla ümmətin qarşılıqlı haqları.
380.İmam Əli (ə):«İmam Allahın kitabı əsasında hökm çıxarmaq və əmanəti sahibinə qaytarmaq vəzifəsi daşıyır. O belə edəndən sonra camaatın vəzifəsi onun sözlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və onları (hər hansı bir işə) çağıranda (çağırışına) cavab verməkdir.»
381.İmam Əli (ə):«Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir.»[
100.İmamlarınız sizin nümayəndələrinizdirlər.
382.Allahın Peyğəmbəri(s):«Həqiqətən sizin imamlarınız Allah yanındakı nümayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri nümayəndə olaraq göndərdiyinizə diqqət edin.»
383.Allahın Peyğəmbəri(s):«İmamlarınız sizi Allaha tərəf aparan bələdçilərinizdirlər. Buna görə də din və namazlarınızda kimə iqtida etməyinizə diqqət edin.»
101.Haqq imamdan başqasına tabe olmaq.
384.İmam Baqir (ə):«Allah-taala buyurub:«İslam rəiyyətindən kim qeyri-ilahi zalım rəhbərin hakimiyyətini qəbul etsə, ona mütləq əzab verəcəyəm.»
385.İmam Sadiq (ə):«Kim qeyri-ilahi rəhbəri imaməti Allah tərəfindən olan imamla şərik etsə Allaha şərik qoşub.»
102.Cəhənnəmə aparan rəhbərlər.
Qur’an:
«Biz onları Cəhənnəmə çağıran rəhbərlər etdik»
Hədis:
386.İmam Əli (ə):«Allah yanında ən pis adam özü azğın olduğu halda camaatı da azğınlığa salan zülümkar rəhbərdir. Çünki o əməl olunan sünnəni öldürür və tərk edilmiş və atılmış büd’əti dirildir. Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm :«Qiyamət günü zülmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir.»
103.İmamət iddiaçısı.
387.İmam Baqir (ə) «Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən» (ayəsi) barəsində buyurmuşdur:«O, imam olmadığı halda «mən imamam» deyən kəsdir.»
388.İmam Sadiq (ə):«Layiq olmadığı halda imamət iddiası edən kəs kafirdir.»
104.Allah-taalaya itaət etməyən kəsə tabe olmaq olmaz.
Quran:
«Onlar deyəcəklər:«Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.»
Hədis:
389.Allahın Peyğəmbəri(s):«Allaha itaət etməyən kəsə tabe olmaq olmaz.»
390.Allahın Peyğəmbəri(s):«Ey Əli! Dörd şey insanın belini qırar: Özü Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….»
391.İmam Əli (ə):«Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların başçısı təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi:«Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə çatdı.» O Həzrət buyurdu:«Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu:«Allaha itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır.»
105.Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir.
392.Allahın Peyğəmbəri(s):«İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hökmdarla Quranın bir-birinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi öldürərlər.»
Dedilər:«Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu:«İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də ölmək günah içində yaşamaqdan daha yaxşıdır.»
106.Qiyamdan çəkinməyə səbəb olan amillər.
393.İmam Baqir (ə):«Əgər imama kömək etmək üçün «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir.»
394.İmam Sadiq (ə):«Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keçi balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keçi balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər.»
107.İmamın seçilməsi.
395.İmam Mehdi (ə) Sə’d ibn Abdullah Quminin «camaat nə üçün özü üçün imam seçə bilməz?» sualının cavabında buyurmuşdur:«Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim:«Saleh əməl sahibi.» Buyurdu:«Onu seçənlərin heç biri onun zehnindən nələr keçdiyini bilmədiyi üçün ola bilərmi ki, həmin şəxs pis əməl sahibi çıxsın?» Dedim:«Bəli.» Buyurdu:«Səbəb budur.»
108.Səqəleyn hədisi.
396.Allahın Peyğəmbəri(s):«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz.»
109.Əhli –beytə tabe olmağın vacibliyi.
397.Allahın Peyğəmbəri(s):«Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular.»
398.İmam Əli (ə):«Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»
399.İmam Əli (ə):«Bilin! Məhəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib.»
400.İmam Əli (ə):«Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!»
401.İmam Əli (ə):«Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar.»
402.İmam Əli (ə):«Biz yolun ortasında olan söykənəcəyik. Geridə qalan özünü ona çatdırar və çox qabağa keçən ona tərəf qayıdar.»
403.İmam Sadiq (ə) imamların vəziyyətləri və onların xüsusiyyətlərini açıqlayarkən buyurmuşdur:«Allah onları insanların həyatı (həyat amili), qaranlıqların çıraqları, söz açarları və İslamın sütunları edib.»
110.Əhli-Beytə qarşı özbaşına davranılmasının səbəbi.
404.İmam Əli (ə):«Bizim nəsəbimiz üstün və Peyğəmbərlə (s) bağlılığımızın daha möhkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə özbaşına və təcridedici rəftar edilməsinin səbəbi, xilafətin rəğbət bəslənilən və cazibəli olması idi. Bir dəstə həriscəsinə ondan yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan keçdi. (Bizimlə onlar arasında) hakim Allahdır.»
111.Əhli-Beyt baxımından hökumətin fəlsəfəsi.
405.İmam Əli (ə):«Allahım! Sən özün bilirsən ki, bizdən baş verənlər nə qüdrət əldə etmək üçün aparılan rəqabətə görə idi, nə də dünya malından bir şey əldə etmək üçün. Əksinə, biz Sənin zülmə məruz qalmış bəndələrinin əmin-amanlıq və rahatlıq tapmalarını və icra edilməyən hədd və hökmlərinin yenidən icra edilməsi üçün Sənin dininin nişanələrini öz yerinə qaytarmaq və Sənin vilayətlərində abadlığı üzə çıxarmaq istəyirdik.»
112.Parçalanma qorxusu.
406.İmam Əli (ə):«And olsun Allaha əgər müsəlmanların pərakəndə olmaları, küfrə qayıtmaları və dində nöqsan yaranması qorxusu olmasaydı, imkanımız olan qədər mövcud şəraiti dəyişdirərdik.»
113. On iki imam.
407.Allahın Peyğəmbəri(s):«Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qüreyşdəndir.»
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |