319. Vacib əməllər
1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.
4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan.»
4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın.»
4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu sə‘ylərinizin məqsədinə çevirin və sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək və uğur diləyin.»
4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə rəftar et.
Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et.
Belə hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən.»
4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur.»
4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz.»
4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil,
Öz kərəm və rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu.
Bu, tək olan Allahın sizə rəhmət və mərhəmətindəndr.
Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin.»
4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır.»
4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir.»
1463. Pak olan Allahın insanlara vacib buyurduqları.
5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib buyurmuşdur ki, özünü kasıb camaatla eyniləşdirsin və yoxsul öz kasıblığından qeyzlənməsin.»
5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə də imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz.»
5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür və lovğalıqdan uzaqlaşmaq və zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu.»
5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək.»
1464. Vacib əməllərin cəmi.
5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud və sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc və digər dörd vacib əməlin qoruyucusu olan imamət.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild